Tarixdə 2 il öncə Bu gün dekabrın 6-da Habil Vəliyev və “Gündəlik Bakı” azadlığa çıxdı… - Dövlətin və dövlətçiliyin alınmaz qalası olan “Gündəlik Bakı” yoluna davam edir…
7-12-2021, 11:14
231

Tarixdə 2 il öncə Bu gün dekabrın 6-da Habil Vəliyev və “Gündəlik Bakı” azadlığa çıxdı… - Dövlətin və dövlətçiliyin alınmaz qalası olan “Gündəlik Bakı” yoluna davam edir…

Bu gün  zamanında  ölkənin  bir saylı  media  orqanı olan, oxucuların səbrsizliklə gözlədiyi, rüşvətxor və korrupsioner məmurların  qənimi, eyni zamanda  dövlətin-dövlətçiliyin  ALINMAZ  QALASI  olan “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin azadlığa çıxdığı gündür. 
Habil Vəliyev qəzet təsisçisi və baş redaktoru olmazdan öncə, BDU-nun tələbəsi olaraq  1-ci Qarabağ savaşında ləyaqətli bir yol keçib, bütün yaşıdlarından öncə  təhsilini yarımçıq  qoyaraq  torpaqlarımız uğrunda  müharibəyə qatılıb. Və bu gün də bədənində Qarabağ müharibəsinin  qəlpələrini-yaralarını daşıyır. 
Müharibədən sonra Habil Vəliyev  Veteranlar Birliyinin Yasamal rayon şöbəsinin sədri kimi Qarabağ qazilərinə dövlətin qayğısının və ən  əsası veteranlara qarşı ədalət prinsipinin  qorunması üçün  mübarizə aparıb. 
Eyni  zamanda  seçki orqanlarından birinə sədrlik edərək  seçkilərdə bəzi xarici və yerli qüvvələrin seçkini pozmaqla bağlı  arzularını onların gözündə qoyub.  
Hələ gənc yaşlarından “Mən Ulu Öndər Heydər Əliyevin əsgəriyəm”  deyən Habil Vəliyevi mediaya gətirən də bu məqsəd və bu amal olub. 
Yəni  o zaman da Əli İnsanov, Eldar Həsənov, Zakir Qaralov, Səlim Müslümov  kimilər  özlərini Ulu Öndərin  silahdaşı hesab  etsələr də, əslində Ulu Öndərin portretinin arxasında gizlənib öz  şəxsi maraqlarını güdürdülər.
Söhbət təkcə Əli İnsanovdan getmir. Belə məmurlar kifayət qədərdir. 
Həmin vaxt  Habil Vəliyevin rəhbəri olduğu  “Gündəlik Bakı” qəzeti və onun kollektivi belə məmurlara qarşı  sözün əsl mənasında mübarizə aparırdı. 
Onun bu cəsarətli və prinsipial  mövqeyi  bəzi üzdəniraq  məmurları  qəzəbləndirirdi. 
Habil Vəliyevin təkcə  rüşvətxor və korrupsioner məmurlara qarşı deyil, həm də VƏ ƏN ƏSASI RADİKAL MÜXALİFƏTƏ, Əlİ KƏRİMLİ, CƏMİL HƏSƏNLİ kimilərə QARŞI BARIŞMAZ MÖVQEYİ  müxtəlif cəbhələrdə olan adı İqtidar özü isə müxalifət olan qüvvələri birləşdirdi. 
Habil Vəliyevə qarşı təkcə müxalifət  qüvvələri deyil, həm də  iqtidarda olub müxalifətə dəstək verən qüvvələr də hərəkətə keçdilər. 
Və nəticədə Habil Vəliyevin həbsinə nail oldular. 
Onlar düşünürdü ki, Habil Vəliyev təkləndiyini görüb iqtidara, dövlətə qarşı nəsə deyəcək, ən azı incik olduğunu bəyan edəcək. 
Ancaq bütün məhkəmə proseslərində və həbsxanalarda olduğu dövrlərdə Habil Vəliyev dövlətə, dövlətçiliyə, Ulu Öndərin siyasi kursuna, onun layiqli davamçısı cənab İlham Əliyevin  milli mənafelərə cavab verən  fəaliyyətinə sadiq olduğunu və dəstəklədiyini bəyan etdi. Hətta məhkəmə zalında oturanlar da məəttəl qalmışdı. Onların proqnozu başqa idi. Onlar düşünürdü ki, Habil Vəliyev siyasi səbatsızlıq göstərəcək və s...
Habil Vəliyev ən çətin məqamlarda “Mən Heydər Əliyevin əsgəriyəm”  deyərək öz missiyasını ortaya qoydu. 
Bütün bunlar ölkə rəhbərliyi tərəfindən də müşahidə olunurdu. 
Nəhayət uzun-iztirablı günlər-aylar-illər başa çatdı. 
Haqq və ədalət öz yerini tapdı. 
2019-cu ilin  bu günkü günü, yəni dekabrın 6-da Habil Vəliyev və onunla birgə “ Gündəlik Bakı” qəzeti də azadlığa çıxdı. 
Bu uzun və keşməkeşli  illərdə ən azı mənəvi cəhətdən bizimlə olanlara sağ ol deyirik. 
Bu ağır prosesdə  sevinənlər, sözün  obrazlı mənasında ƏL ÇALANLAR  da oldu. 
Çətin günlərdə haqqımızda sosial şəbəkələrdə canfəşanlıq edənlərdən biri , həmyerlimiz olan vəkil dayanmadan komment yazırdı : (Nəhayət haqq-əladət yerini tapdı...)
Bu adama demək istəyirik ki, sənin üçün haqq-ədalət sənin yolunu 10 il gözləyən öz ömür-gün yoldaşını tərk edib  küçə adamlarının dalınca düşməkdir. 
Səninlə bizim haqq-ədalət  tərəzimiz  fərqlidir...
Sən nə bilirsən ki, haqq və nahaq nədir ?  
Və sonda bizi sevənlərə də, hətta sevməyənlərə də bəyan edirik ki,  SABAHDAN  DAYANDIĞIMIZ  YERDƏN  BAŞLAYIRIQ.  
Gələcək “Gündəlik  Bakı”nındır ! 
Başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycanın uğuru üçün hər şeyə hazırıq !

Oxşar xəbərlər