Müştərilər “Exspressbank”dan narazılıq edirlər… - Yaxın zamanda bağlanacaq banklardan biri də “Exspressbank” olacaq…
7-12-2021, 16:02
151

Müştərilər “Exspressbank”dan narazılıq edirlər… - Yaxın zamanda bağlanacaq banklardan biri də “Exspressbank” olacaq…

Məlumat üçün  qeyd edək ki,  mövcud banklar içində ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. 
“Expressbank”ın  səhmlərinin 40%-i  “Azenco Group”a, 25%-i  Hikmət Xammədova, 17,69%-i “Enerqoservis” MMC-yə, 17%-i  Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.
“Exspressbank”ın xeyli sayda filialları var. Və filiallarda   fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, depozitlərin qəbulu, bank kartları, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri göstərilir.
Onu da vurğulayaq ki, bankın filiallarında  daha çox müştərilərə  istehlak kreditləri təklif edilir. 
Və “Exspressbank”ın ən zəif yeri də məhz budur. 
Çünki bank faizinin yüksək olması, komissyon xərclər, xidmətin  aşağı səviyyədə  olması  müştərilər tərəfindən ciddi narazılıqla  qarşılanır. 
Son iki ildə bankın aktivləri xeyli azalıb, hətta dəfələrlə bankın bağlanacağı barədə məlumatlar yayılıb. 
Əslində Azərbaycanda  2015-ci ildə baş verən güclü devalvasiyadan sonra  bankların bir çoxunda  ciddi böhran yaşandı. 
“Exspressbank” da bu böhrandan yayına bilmədi. 
Hətta  “Exspressbank”ın rəhbərliyində dəyişiklik edildi,  “Express Bank”ın  İdarə Heyətinə  yeni  sədr təyin edilsə də bank əvvəlki vəziyyətinə qayıda bilmədi. Əksinə bankda maliyyə durumu pisləşməkdə davam etdi. 
Bütün bunlar azmış kimi  bankın öz müştərilərinə qarşı sayqısız davaranışı da ciddi rol oynadı.
Təsəvvür edirsiniz bankın müştərisi yazır ki, kampaniya ilə bağlı sifariş vermişəm, 5 gündür bankla əlaqə saxlaya bilmirəm, bu bankda müştəri ilə maraqlanan yoxdur. 
Görəsən, “Exspressbank”ın  rəhbərliyi öz reklamında yerləşdirdiyi müştəri məmnunluğunun nə olduğunu başa düşürmü ? 
Əgər müştəri xidmətdən məmnun olmasa,  əlbəttə bank ayaqda qala bilməz. 
Başqa  bir müştəri  yazır ki, “Exspressbank”da  son zamanlar  xidmətin səviyyəsi sıfıra düşüb, proqlamları ləng işləyir, bankın filiallarında işçilərin sayını o qədər azaldıblar ki, saatlarla gözləməli olursan və s. 
Əlbəttə, bankda işçilərin sayının kəskin  azaldılması  bankın maliyyə durumu ilə bağlıdır. 
Başqa bir müştəri isə  bankın çatdıracağı  bağlamanın itirilməsi ilə  bağlı şikayət edir və heç kimə  bu bankla əməkdaşlığı məsləhət görmür. 
Düzdür,  bank əhalinin sıx olduğu  metro çıxacaqlarında  filiallar açmaqla  nəyəsə nail olmağa çalışsa da, unudur ki, əsas məsələ müştəri rəyidir. 
Axı, bu günün müştərisi 10 il əvvəlin mustərisi deyil ee.
Bu günkü müştəri  narazı  qalan kimi sosial şəbəkəyə  daxil olub öz narazılığını minlərlə insana çatdıra bilir. 
Bizim  müşahidəmizə  görə, yaxın zamanda  Azərbaycanda  xeyli sayda bank  öz fəaliyyətini dayandıracaq. 
Belə banklardan biri, bəlkə də birincisi, “Exspressbank”dır. 
Əlbəttə, biz bunu arzulamazdıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər