Şahdağ Milli parkının direktoru Nizaməddin Tağıyev meşələri vəhşicəsinə məhv edir... - Direktor parkın ərazisini məmurların istirahət mərkəzlərinə satır...
9-12-2021, 11:15
211

Şahdağ Milli parkının direktoru Nizaməddin Tağıyev meşələri vəhşicəsinə məhv edir... - Direktor parkın ərazisini məmurların istirahət mərkəzlərinə satır...

Nizaməddin  Tağıyev  heç nazir Muxtar Babayevi də saya  salmır...

Şahdağ Milli Parkı, yoxsa fermerlərin örüş yeri ? 


Yaşılıqların və meşə zolaqlarının qırılması, talan edilməsi, ümumiyyətlə, “yaşıl terror”la bağlı  ölkə mediası neçə illərdir ki, yazmaqda, həyəcan siqnalı çalmaqda davam edir. Amma “yaşıl terror” davam edir. 
Bütün cəmiyyət düşünürdü ki, Ekologiya va Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov  vəzifəsindən gedərsə, bəlkə  vəziyyətdə dönüş yarana  bilər. 
Amma…
Əmması odur ki, Hüseynqulu Bağırov nazir  postundan getdi və onu  Muxtar Babayev əvəz etsə də vəziyyət dəyişmədi. Əksinə  meşələrin qırılması əvvəl gizli şəkildə həyata keçirilirdisə, indi proses aşkar şəraitdə həyata keçirilir.
“Yaşıl terror”a  məruz qalan  parklarlımızdan  biri də Şahdağ Milli Parkıdır. 
Təsəvvür edirsiniz, Cənubi Qafqazın ən böyük parklarından biri olan Şahdağ Milli Parkı  2006-cı ildə cənab Prezident İlham Əliyevin sərəncamı əsasında yaradılıb. 
Bəlkə də çoxlarına adi park kimi gələ bilər, amma bu parkın ərazisi  130 hektardır. Və ən əsası parkın ərazisinə Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz, Şamaxı rayonları ərazisindəki meşə sahələri aiddir. Hətta Pirqulu Dövlət  Təbiət Qoruğu da…
Təsəvvür edirsiniz, Azərbaycan Milli Elmlər Akademiyasına məxsus  Pirqulu  Astrofizika Rəsədxanası da bu ərazidədir. 
İri məmurların  bu Astrofizika  Rəsədxanasının  başına açdığı oyunlardan bəhs edəcəyik. 
Öncə onu qeyd edək ki, Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda  nəsli kəsilməkdə olan növlərin, dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi olub. Həm də bu parkın ərazisində elmi-tədqiqat işlərinin  aparılması  nəzərdə tutulmuşdu. 
Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada, quşlardan qırqovul, qaratoyuq, alapaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur.
Hətta  Qafqazda sonuncu zubr (meşə kəli) 1927-ci ildə bu ərazidə  ovlanıb. İndi orada  zubr balaları var. 
Parkı yaratmaqda məqsəd həm də ölkədə turizm  sektorunu inkişaf etdirmək idi. Axı, Prezident hər dəfə deyir ki, qeyri-neft sektoru…
Bu gün dünyada elə ölkələr var ki, dövlət büdcəsinin 30 faizi  turizmdən gəlir. 
Bizim məmurlar isə Perzidentin  yaratdığı  Milli Parkı məhv edirlər. 
Şahdağ Milli Parkı yaradılanda  bütün nəzarət  Ekologiya Nazirliyinə  həvalə edilmişdi. Amma ekonazirliyin gəlib-gedən rəhbərləri  bu parkın hesabına  milyonlar qazandılar, itirən isə Azərbaycan təbiəti oldu. 
Çünki  Şahdağ Milli Parkının ərazisinin bir qismi  iri məmurlar tərəfindən zəbt olundu, həmin ərazidə villalar, istirahət mərkəzləri və iaşə obyektləri  tikildi. 
Təsəvvür edirsiniz, İsmayıllıda Şahdağ Milli Parkının bir hissəsi olan  meşələr  ayrı-ayrı məmurlara  satılıb. 
Hətta parkın ərazisində fermer təsərrüfatları var. 
Allah qoymasa, bunun harası  Milli Park oldu ? 
Hələ Şahdağ Milli Parkında ov edənlərdən, quş quşlayandan, kəl  ovlayanlardan bəhs etmirik. 
Əə, bəs deyrisiniz, vəhşi ermənilər təbiətimizi məhv edir ? 
Bəs siz məmurların məhv etdiklərini kim(lər)in ayağına yazaq ?
Yalandan ov edənləri  2-3 min manat cərimə edirsiniz və məsələ bitir. O məmur üçün 2-3 min manat  heç bir abbası, 20 qəpik də deyil...
Təsəvvür edirsiniz, Şahdağ Milli Parkına aid olan ərazidə  Pirqulu Astrofizika Rəsədxanası var, bu nadir elm  mərkəzidir. 
Ancaq  SOCAR-ın bəzi məmurları, sabiq baş nazirin müavini Abid Şərifovun yaxınları həmin ərazidə binalar, otellər tikirlər. 
Və ən dəhşətlisi odur ki, bu qanunsuz  tikililər  Rəsədxananın  teleskopunun qabağını kəsir...
Vallah, bunu əcnəbilər gəlib görə, üzümüzə...nə deyərlər..? 
Bütün bunlar hamısı Şahdağ Milli Parkının direktoru Nizaməddin Tağıyevin gözünün qarşısında  baş verir. 
Nizaməddin Tağıyev Şahdağ Milli Parkının ərazisində hər ovçudan, hər ağac kəsəndən, hər otel  tikəndən pulunu almasa, buna icazə verməz. 
Bu adam parkın ərazisini  fermerlər üçün örüş yerinə çevirib. 
Bakıda əyləşən iri məmurların əli həmişə Nizaməddin Tağıyevin cibində olur. Və əvəzində parkın ərazisində istirahət mərkəzləri inşa edilir. 
Sözün qısası, Şahdağ Milli Parkının direktoru Nizaməddin Tağıyev  parkı dağıdır, satır, vəhşicəsinə məhv edir. 
Hətta daxil olan məlumata görə, Nizaməddin Tağıyev nazir Muxtar Babayevi də  saymır, onun tapşırıqlarına barmaqarası baxır.
/Gundelik-baku.com/

Oxşar xəbərlər