Bakının Yasamal rayonunda dəhşətli “sxodka”…- SXODKADA SABİQ MƏMURLARDA İŞTİRAK EDİB ?
10-12-2021, 18:54
173

Bakının Yasamal rayonunda dəhşətli “sxodka”…- SXODKADA SABİQ MƏMURLARDA İŞTİRAK EDİB ?

Gundəlik-Bakı "Unikal"ın yayımladığı oğruların "sxodka"sı xəbərini daha dərindən araşdıraraq, bəzi bilgiləri oxuculara çatdırır. Gündəlik Bakının əldə etdiyi məlumata görə bir neçə gün əvvəl Bakının Yasamal rayonu ərazisində  yerləşən, dəyəri milyonlarla ölçülən “oğruların sxodkası” məkanı kimi tanınan "Quzu Qabırğası" restoranında keçirilib. 
Deyilənə görə “Sxodka”da  iştirak edənlər arasında  bir nəfər keçmiş hərbçi, Mədəniyyət  Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin sabiq nümayəndəsi də olub. 
Məlumatda o da bildirilir ki, Yasamalda  “sxodka”nın keçirildiyi məkan  keçmiş hərbçinin və  Bakı meriyasının əməkdaşının şərikli obyekti olub.  
“Sxodka” gedərkən  hüquq-mühafizə orqanları əməkdaşları obyektə daxil olaraq 9 nəfər “sxodka”  iştirakçısını həbs ediblər. 
“Sxodka”nın hansı məqsədlə toplanması da çox maraqlıdır. 
Deyilənə görə “sxodka” zamanı Yasamaldan olan bir gəncin gələcəkdə oğru aləmində yer tutması üçün hansı addımları atacağı müzakirə mövzusu olub.
Daxil olan məlumatdan o da  bəlli olur ki, yuxarıda qeyd etdiyimiz hərbçi və  Bakı ŞİH-nin sabiq məmuru gələcək oğrunun dostları kimi “sxodkaya”  dəvət olunub. 
Amma, daxil olan məlumata görə, hüquq-mühafizə orqanları  9 nəfər “sxodka” iştirakçısını həbs edib.  
"Unikal"ın verdiyi məlumatda o da qeyd edilir ki, noyabrın 30-da gürcü və digər millətlərdən olan "qanuni oğru"ların iştirakı ilə keçirilən "sxodka"da "qanuni oğru" "Zviad Tbilisikiy" kimi tanınan Ozmanov Zviad Nodaroviç "oğru" adından məhrum edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, həmin "sxodka"da azərbaycanlılardan "qanuni oğru" Əmirov Rafət Əlirza oğlu (Rafət Əlibayramlinskiy) iştirak edib.

Zviad Ozmanov vaxtı ilə "Rövşən Lənkəranski"nin "qanuni oğru" kimi qəbul edilməməsi barədə "proqona" imza atan "oğru"lardan biri olub.
Onu da qeyd edək ki, Rafət Əlibayramlinski kimi tanınan Əmirov Rafət Əlirza oğlu "Quzu Qabırğası" restoranının sahibinə yaxınlığı ilə tanınır.
Sonda  9 nəfər  “sxodka”  iştirakıçısının 7-si sərbəst buraxılıb, 2-si  isə  saxlanılıb. 
Sərbəst buraxılanlar arasında yuxarıda  bəhs etdiyimiz keçmiş hərbçi və Bakı ŞİH-nin sabiq məmuru  da var.
Mövzunu diqqətimizdə saxlayacağıq, həbs olunanlar və azadlıqda gəzib milyonlarına yer tapa bilməyənlər haqqında araşdırmalarımız davam edəcək. /Gundelik-baku.com/

Oxşar xəbərlər