“Soliton” şirkətinin adından danışan Gəncəli İsmayılova tövsiyyəmiz… - “Gündəlik Bakı”nın səninlə məşğul olmağa nə həvəsi, nə də vaxtı var…
10-12-2021, 18:56
165

“Soliton” şirkətinin adından danışan Gəncəli İsmayılova tövsiyyəmiz… - “Gündəlik Bakı”nın səninlə məşğul olmağa nə həvəsi, nə də vaxtı var…

Lazım gələrsə, şantaj dolu müraciətlərinin cavabını hüquqi müstəvidə verə bilərik…

Gəncəli, ibtidai hüquqi  savadın yoxdursa,  bir vəkil tap məsələhət al…


“Soliton” şirkəti  ilə bağlı, konkret olaraq  adı və soyadı  bəlli  şikayətçilərin müraciəti əsasında  yazı hazırlayıb “Gündəlik Bakı”da dərc edəndən sonra  redaksiyamıza anonim zənglər, təhdidlər olub. 
Hətta  yazıda adı keçən və “Saliton” şirkətinin adından danışan Gəncəli İsmayılov  barəmizdə Prezidentə, hüquq-mühafizə orqanlarının rəhbərliyinə  şantaj məktubları yazaraq qəzetimizin nüfuzuna kölgə salmağa çalışır. 
Mediaya hədə-qorxu gəlməyə cəhd edən Gəncəli İsmayılova və onun kimilərə üz tutaraq deyirik ki, Azərbaycan  Avropa Şurasının üzvü olan sivil, hüquqi, demokratik ölkədir. Bu ölkədə  bütün mübahisə və çəkişmələr  hüquqi müstəvidə, məhkəmə yolu ilə həllini tapır. Yəni qoçuluq, dərəbəylik, mağara qaydaları  dövrü deyil. 
Bəli, cənab Prezidentimiz  2003-cü ildə birinci dəfə  ölkə rəhbəri seçiləndə öz ilk  müsahibəsində demişdir:
“Biz  feodal düşüncəsi, quldarlıq təfəkkürü, mağara psixologiyası ilə heç nəyə nail ola bilmərik”. 
Başa düşdünmü, cənab Gəncəli İsmayılov. 
Orda-burda, onun-bunun adından  qəzetimizin və rəhbərliyinin ünvanına  dediyin şər-şəbədə, böhtan dolu sözlərə görə hüquq dilində cavabını ala bilərsən. Bu bizim üçün çətin məsələ, problem deyil. 
Əgər ibtidai hüquq  savadın çatmırsa, buyur  yanındakı vəkildən-zaddan birinə müraciət elə və öyrən bil ki, kimin nə vaxt  və necə  həbsdə olub-olmamasının sənə və Solitonla bağlı yazdıqlarımıza  zərrəcə dəxli yoxdur. 
Cənab Prezident  ölkənin ciddi  problemləri  ilə məşğul olduğu bir zamanda  öz  cızma-qara, şantaj dolu müraciətlərinlə ölkə rəhbərinin vaxtını alma. 
Əgər barəndə yazdıqlarımızdan  narazılığın, şikayətin varsa, buyur məhkəməyə müraciət elə və hüquqi müstəvidə layiq olduğun cavabı al. 
Digər tərəfdən, dərc etdiyimiz yazılarda  səninlə bağlı deyilənlər  konkret şikayətçilərin tələbləri olub. 
Və məcburuq ki, onları yenidən sənə xatırladaq. 
Belə ki, sənin  yaxın qohumların,  Müseyib-Sahib-Rahib Bağırov qardaşlarının idarə etdiyi  “Soliton”  şirkəti ilə  Rasim və Mənsur Sadıqov qardaşları  arasında  100 min manat pul münaqişəsi var. 
Şikayətçi Rasim və Mənsur Sadıqov qardaşları  bildirir ki,  2009-cu ildə Karaca qab-qacaqlarını satmaq üçün Saliton  şirkətinin əməkdaşı Gəncəli İsmayılovla görüş təyin etdik, görüş zamanı ölkəyə yeni gətirilən Karaca qablarının satışına razılıq verdi və şad olduğunu bildirdi  və bu qabların satışı üçün bizə Saliton şirkət rəhbərliyinin şərtlərini sadaladı. 
Şərtlərdən  biri bu idi ki, mağazaların  təmiri yüksək səviyyədə olmalıdır  və mağazaların daxili dizaynı Soliton rəhbərliyinin tələbinə tam cavab verməlidir.  
Bizim mağazalar  orta təmirli olmasına baxmayaraq Soliton şirkətinin əməkdaşı tərəfindən bəyənilmədi. Mağazanın yeni dizaynı üçün ön şüşələrin dəyişdirilməsi, qiymətli alkopan örtüklə bəzədilməsi, mağazanın daxilinin  isə rəhbərliyin verdiyi dizayna uyğun mebel vitrinlərlə təchiz olunması bizdən tələb olunurdu. Hesablamalar zamanı bizə küllü miqdarda pul vəsaiti lazım olacağını gördük və qəti olaraq  etirazımızı bildirdik. 
Bu zaman şirkət əməkdaşı Gəncəli İsmayılov bizə bildirdi ki, mağazaya çəkilən bütün xərclər Soliton şirkəti tərəfindən ödəniləcək”. 
Başa düşdünmü, ay Gəncəli,  bu adamları sən qəbul etmisən, şirkətin adından sən söz vermisən, onları 100 min ziyana sən salımısan ee, “Gündəlik  Bakı”  yox…
Ay Gəncəli, təkcə qardaşlar səninlə bağlı şikayət etmir ee…
Sənin öz yaxın qohumun, şirkətin rəhbəri  Müseyib müəllim də deyir ki, sən şirkətə külli miqdarda vəsait atmısan. 
Yenə başa düşmədin, ay Gəncəli ? 
Get problemini  bu insanlarla həll elə, bizimlə sənin nə problemin ola bilər ? 
Axı, biz sənin özəl həyatınla bağlı nəsə yazmırıq, 4-5–ci sinifdə oxuyanda başına gələnlər  barədə  sinif yoldaşlarının danışdıqlarını, çəkdiyin acıları ictimailəşdirmirik. Biz demirik ki, sənin o zaman…
Biz deyirk ki, ortada konkret şikayətçilər var, buyur  hüquqi  müstəvidə problemini həll et. 
Biz sadəcə, səninlə  məşğul olmaq istəmirik, buna heç vaxtımız və həvəsimiz  də  yoxdur… /Gundelik-baku.com/

Oxşar xəbərlər