Biznesmen deputatlar, məmurlar... - Ağalar Vəliyev kimi oliqarx-deputatlar dövlət üçün çox təhlükəlidir..
16-12-2021, 11:46
368

Biznesmen deputatlar, məmurlar... - Ağalar Vəliyev kimi oliqarx-deputatlar dövlət üçün çox təhlükəlidir..

Ağalar Vəliyevin cavab verməli olduğu  mühüm suallar...

Bütün  dünyada məmurun, deputatın biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı olaraq qadağandır. 
Bu məsələ o qədər ciddidir ki, hətta ölkənin ali qanunlarında da öz əksini tapıb. 
Səbəb nədir ? 
Çünki məmur, yaxud  deputat əlində olan dövlət resursları vasitəsilə  öz biznesini çiçəkləndirə, dövlət  vəsaitini mənimsəyə bilər. Ona görə də bu kateqoriya şəxslərin binzes fəaliyyətinə qadağa qoyulub. Əgər belə bir hal ortaya çıxarsa, həmin şəxsi birmənalı olaraq cəza gözləyir. 
Amma təəssüf ki, ölkəmizdə bu məsələ öz həllini tapmır. Nəinki bu məsələ, hətta adicə  gəlirlərin bəyyannaməsi, deklarasiya məsələsi də neçə illərdir ki, öz həllini tapmır. 
Bir soruşan yoxdur ki,  sən cənab deputat,  konkret əmək haqqı ilə bu boyda sərvətə necə nail olmusan ? 
Bəlkə, elmi kəşfin olub, onda qoy ortaya. 
Bəlkə, xəzinə  tapmısan, bəlkə babandan  sərvət qalıb, bəlkə...
Bəlkələri saymaqla  bitən deyil. 
Onu da xüsusi olaraq  qeyd edək ki, cəmiyyətdə sahibkarlığın, biznes fəaliyyətinin rolu danılmazdır. 
Amma iki stulda oturan, həm məmur-deputat, həm də biznesmen olan şəxslər, yəni oliqarxiya  həmişə dövlət və cəmiyyət üçün ciddi təhlükə yaradır. Bunu başa düşmək lazımdır. 
Belə oliqarx-biznesmen-deputatlarımızdan biri də  Ağalar Vəliyevdir. 
Məlumat üçün qeyd edək ki, Ağalar Vəliyev 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır.
“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.
Bir soruşan yoxdur ki,  dövlətin hazır qurumu olan “Azəraqrartikinti”ni bu adam necə  ASC-yə çevirdi ? 
Əslində ASC Ağalar Vəliyevin özəl şirkətidir, nə ASC-filan?
Hələ üstəlik Ağalar Vəliyev  97 saylı Goranboy – Ağdam – Tərtər Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 
Bu adam ömründə bircə dəfə də öz gəlirləri ilə bağlı deklarasiya təqdim etməyib. 
Bu adam barəsində ölkə mediası biznes imperatoru kimi uzun illərdir ki, yazır.
Bu adam bircə dəfə də olsun, deyilənləri təkzib etməyib.
Bu adamın tikinti biznesindən, göydələnlər ucaltmasından, oğlunun xarici ölkələrdəki mülklərindən və daha nələrdən yazılır. Amma Ağalar Vəliyev susur. 
Çox maarqlıdır ki, dövlət qurumları da  yazılanları araşdırmır. 
Biz də Gündəlik-Bakı olaraq  Ağalar Vəliyevə  suallar ünvanlayırıq.   
1. Ağalar Vəliyev  1992-93-cü illərdə  Yol idarəsinin müdiri işləyərkən, Yevlax rayonunda qanunsuz mahlıc əməliyyatında iştirak edibmi ? Ağalar Vəliyevlə  pambıq zavodunun  həbs olunan direktorunu hansı maraqlar birləşdirib..?
2. Ağalar Vəliyevin  keçmiş baş nazir Sürət Hüseynovla hansı qohumluq əlaqələri var ? 
3. Ağalar  Vəliyevin Milli Məclisin təmirində niyə adı hallanır ? 
4. Ağalar Vəliyevin Binəqədidəki dəmir-beton zavoduna direktor qoyduğu  Təyyar Yusifov kimdir ? 
5. 2003-cü ildə Azərbaycana gətirilən  200000000-luq  armaturun məsələsi necə yekunlaşdı ? 
Bu sualların sayını kifayət qədər artıra bilərik. 
Buyur, cənab biznesmen-deputat  Ağalar Vəliyev, suallara cavab ver. 
Onsuz da bu gün olmasa da, gec-tez bu və digər vacib suallara cavab verməli olacaqsan.
P.S Sualların cavablarını Ağalar Vəliyevdən gözləyirik. /Gundelik-baku.com/

Oxşar xəbərlər