Dövlət Reyestr Xidməti və Yelobank vətəndaşın qanuni mülkiyyətini necə mənimsədi ?- ŞOK FAKTLAR
17-12-2021, 13:09
143

Dövlət Reyestr Xidməti və Yelobank vətəndaşın qanuni mülkiyyətini necə mənimsədi ?- ŞOK FAKTLAR

Mülkiyyətin toxunulmazlığı  nəinki qanunlarda, konstitusiyalarda, hətta  müqəddəs  dini kitablarda belə təsbit olunub. 
Azərbaycan qanunvericiliyi  də bunu  ölkə qanunlarında  təsdiq edir. 
Təəssüf ki,  bəzi hakimlər, bəzi dövlət qurumları  bu qanunun üstündən  kefləri istədiyi kimi keçirlər. 
Gündəlik-Bakıya  müraciət  edən vətəndaş da bu barədə şikayətini bildirir. 
Vətəndaş öz müraciətində qeyd edir ki, Bakı  şəhəri  46 sayli  notarius T.H.Kərimova tərəfindən  təsdiqlənmiş  09. 10. 2012- ci il tarixli  bağışlanma müqaviləsinə  əsasən   Bakı  şəhəri   Yasamal  rayonu,  Zərgərpalan küçəsi, dalan 9, ev  2  saylı fərdi  yaşayış evi 27. 10. 2012- ci il tarixli 1112094438  qeydiyyat  nömrəsi  ilə  qızım  Həsənova Səkinəxanım  Elxan  qızının  adına  qeydiyyatdan keçmişdi və ona RXm 0066219 seryali  ÇIXARIŞ verilmişdi.  
Yəni  yuxarıdakı ünvanda yerləşən  ev  Həsənova Səkinəxanım  Elxan qızının qanuni  mülkiyyəti olub. 
Vətəndaş sonra qeyd edir ki, fərdi  yaşayış  evi  xüsusi  mülkiyyət  hüququ əsasında qızım    Həsənova  Səkinəxanım  Elxan qızına  məxsus olmasına   baxmayaraq  Əmlak  Məsələləri  Dövlət Komitəsi  ( ƏMDK ) yanında  Dövlət  Reestr  Xidmətinin  Bakı  Ərazi  İdarəsi,  hərrac  keçirilən Daşınar  və  Daşınmaz   Əmlakların  Satışı  üzrə  Hərrac Mərkəzi  və  Nikoil bank   əlbir olaraq mövcud olmayan, artıq  etibarsız  olmuş,  Həsənova Səkinəxanım  Elxan qızının  adına  olmayan,  başqa bir ÇIXARIŞ  əsasında  Həsənova  Səkinəxanım Elxan qızının  hüquqi  sahibi olduğunu  bilə-bilə  hərracda iştirakını  təmin etməmiş , xüsusi mülkiyyətində olan evi  Həsənova  Səkinəxanım Elxan qızının xəbəri olmadan saxtakarlıqla  Nikoil bank  ( indiki Yelo bank)  mənimsəmişdi. 
Vətəndaşın yazdıqlarından məlum olur ki, iki dövlət qurumu  və  Rusiyaya məxsus olan bank bilərəkdən, məqsədli şəkildə  vətəndaşın qanuni evini ələ keçirmişlər. 
Bu  sözün bitdiyi, qanunların işləmədiyi  bir məqamdır. 
Necə deyərlər, əlbir olub bir ayı bir şir ilə, ovladılar dovşanı tədbir ilə. 
Ümid edirik ki,  bu şikayəti oxuyan  müvafiq dövlət qurumları öz sözünü  deyəcəklər  və haqq-ədalət yerini tapacaqdır. /Gundelik-baku.com/

Oxşar xəbərlər