Sumqayıtdakı DƏYİRMAN restoranı qumarxana, hətta əxlaqsızlıq yuvasıdır...- DƏYİRMAN restoranı hansı generala məxsusdur ?
20-12-2021, 18:21
203

Sumqayıtdakı DƏYİRMAN restoranı qumarxana, hətta əxlaqsızlıq yuvasıdır...- DƏYİRMAN restoranı hansı generala məxsusdur ?

DƏYİRMAN deyəndə halallıq, ruzi-bərəkət  yada düşür...



Dəfələrlə yazmışıq və yenə yazmağa məcburuq ki, hər hansı bir obyekt açanda  ona münasib ad qoymaq lazımdır. 
Təsəvvür edin ki,  paytaxtda  “Qeyrət”, “Namus” adlı obyekt açıb oranı əxlaqsızlıq yuvası kimi işlədirlər. 
Yaxud  spirtli içki istehsal edir  və üstünə  dahi şairimiz  Nizami Gəncəvinin şəkilini vurur. 
Buna başa salan yoxdur ki, Nizaminin adının önündə ŞEYX  sözü var. 
Ümumiyyətlə,  adlar sadə, gözəl və təyinatına uyğun olmalıdır. 
20 Yanvar metrosundan çıxanda HOQQA  restoranı var. Hər dəfə görəndə düşünürəm ki, hoqqa  hara restoran adı hara ? 
Nə isə, sözümüzün canı odur ki, şəhərlərimizdə, rayonlarımızda  AD məsələsinə ciddi nəzarət olmalıdır. 
İndi  təsəvvür edin ki, Sumqayıtda  DƏYİRMAN  restoranı açıb hansı oyunlardan çıxmırlar. 
Birincisi, xalqımızın  təfəkküründə  DƏYİRMAN halallıqla, bərərkətlə, çörəklə bağlı addır. Dəyirman  deyəndə ruzi-bərəkət düşünülür, and içilən çörək yada düşür. 
Amma  Sumqayıtdakı  DƏYİRMAN  restoranında nə mənəviyyat, nə əxlaq, nə bərəkət-filan...
Bura sözün tam mənasında qumarxana, hətta ....xanadır. 
Bəli, restoranın  kabinetlərində  yemək-içməkdən söhbət gedə bilməz. Kabinetlərdə  səhər, axşam şıdırqı  qumar oyunları gedir, bura əsl cinayət yuvasıdır. 
Restoranın sahibi üçün elə bil ki, ölkədə pandemiya, koronavirusla karantin qaydaları-filan olmayıb. 
Bu adamlar nə qədər həddini aşıb ki, Nazirlər Kabinetinin, Azərbaycan hökumətinin tətbiq etdiyi karantin qaydalarını gözə almayıblar. 
Dəyirman  restoranının adı  hər yerdə  bir məşhur generalın adı ilə hallandırılır. 
Məgər adam general olanda  DƏYİRMN-ı  quşxanaya döndərər ? 
Bəli, qumar oyunlarından başqa  DƏYİRMAN restoranının kabnetləri həm də gecələr  əyləncə, istirahət məkanı kimi də  istifadə edilir. 
Bir sözlə, cənab generalın adı ilə bağlı olan DƏYİRMAN restoranında ruzi-bərəkət-hallalıq  yox, mənəviyyatsızlıq baş alıb gedir. 
Bu suallara növbəti  yazıda cavab tapmağa çalışacağıq. 
Bizi izləyin. /Gundelik-baku.com/

Oxşar xəbərlər