Bakıda nə qədər Yağlama Mərkəzi var ? - Bu mərkəzlər vergidən necə yayınır ?
21-12-2021, 13:28
140

Bakıda nə qədər Yağlama Mərkəzi var ? - Bu mərkəzlər vergidən necə yayınır ?

Bu mərkəzlərdə satılan bəzi maşın yağları saxtadır…

“Yeganə” şadlıq sarayının yaxınlığındakı Yağlama Mərkəzi  karantin qaydalarını ciddi şəkildə pozub..

Yağlama mərkəzləri ilə bağlı yazıya başlamazdan öncə bu sahə ilə bağlı media üzərindən xırda bir araşdırma apardıq. 
Və məlum oldu ki, təkcə paytaxt Bakıda  müxtəlif yerlərdə, yol qıraqlarında yüzlərlə  YAĞLAMA MƏRKƏZLƏRİ fəaliyyət göstərir. Və hər birində də  xeyli sayda  çilingər, mexannik və digər peşə sahibləri çalışırlar. 
Deməli, ümumi götürəndə  bu sferada  minlərlə işçi çalışır. 
Ən maraqlısı odur ki, Mobil yağlama, Etibarlı yağlama, Peşəkar yağlama, Castrol yağlama və digər yağlamalar var. 
Bütün bunlar  ciddi  araşdırma yazısı üçün mövzu ola bilər. 
Əbəs  yerə yazmadıq ki,  bu sferada minlərlə işçi çalışır. 
Deməli, bu sahənin 10 minlərlə istifadəçisi var. 
Bu sferada  hər ay  nə qədər yağ istifadə olunur ? 
Bu yağlar  haradan alınır ? 
İndi isə keçək konkret  obyektə…
Deməli, Nəsimi rayonu ərazisində, Yeganə şadlıq evindən, Vorovskiyə gedən yolda, Araz marketinə çatmamış  Yağlama Mərkəzi  fəaliyyət göstərir. 
Birincisi, Yağlama Mərkəzində karantin qaydaları kobud şəkildə pozulur,  işçilər maskadan istifadə etmir. 
Yağlama Mərkəzinin löhvəsində  012-480-41-11 nömrəsi  və Vüqar Bank yazılıb. 
Ən  ciddi hal odur ki,  Yağlama Mərkəzində  xidmət üçün müştəriyə  heç bir kassa çeki verilmir.
Deməli, Bakıdakı yüzlərlə Yağlama Mərkəzləri  ciddi şəkildə vergidən yayınır. 
Bütün bunlar azmış kimi, Yağlama Mərkəzində satılan yağlar  deyilənə görə saxtadır. 
Yəni yağların  istehsal yeri  və digər məlumatlar məlum deyil. 
Hələ işçilərin əmək müqavilələri və digər  məsələlər də ciddi araşdırma mövzusudur. 
Növbəti yazıda bu mövzunu ciddi araşdırmağa çalışacağıq. 
Bizi izləyin. /Gundelik-baku.com/

Oxşar xəbərlər