Elton Məmmədov məhkəmədə Ramiz Mehdiyevi uddu… - Ramiz Mehdiyev erası tarixin arxivinə verildi…
22-12-2021, 10:33
140

Elton Məmmədov məhkəmədə Ramiz Mehdiyevi uddu… - Ramiz Mehdiyev erası tarixin arxivinə verildi…

Elton Məmmədovun kimliyi barədə əlavə məlumat verməyə  elə də ciddi  ehtiyac yoxdur. 
Elmdən uzaq olan texnika elmləri doktoru, 10 il Milli Məclisdə oturmuş  Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun  qardaşıdır. 
Həə, burada xırda bir haşiyə. 
Deməli, Ziya Məmmədov  “Dəmiryolu”nun şefi olanda o zamankı spiker Rəsul Quliyevlə birgə nəzarətsiz ərazilərdəki  dəmir yol relslərini doğrayaraq satıblar və milyonlar qazanıblar. Həmin vaxt  Naxçıvan prokurorluğu  Ziya Məmmədovu  həbs etmək üçün Bakıya gəlib. 
Və 3 gün, 3 gecə Ziya Məmmədov Ramiz Mehdiyevin  bağının qapısında yatandan sonra nəhayət qəbula düşə bilib və canının qurtarıb. 
Bu yerdə deyirlər ki, ay gidi dünya….
Bizim üçün Ramiz Mehdiyev, Ziya Məmmədov, Əli İnsanov, yaxud Rəsul Quliyev  faktoru əsas deyil, dövlətçilik önəmlidir. 
Bəli, Ziya Məmmədovla Ramiz Mehdiyev  20 ildən çoxdur ki, canbir qardaş  idilər.  
Məhz buna görə də Ramiz Mehdiyev AMEA-ya prezident gələndə ən  “yağlı vəzifəni”  Ziya Məmmədovun qardaşı  Elton Məmmədova təklif etdi. Əbəs yerə demirlər ki, dost dostun ayağını tapdalamaz…
Bir sözlə,  Ramiz Mehdiyev  Elton Məmmədovu  AMEA-da İşlər İdarəsinin müdiri təyin etdi. Və düşündü ki, onlar bir-birinə arxa durar. Amma…
Əmması odur ki,  Ziya ilə Ramizin  bazarlığı baş tutmayanda  Ramiz Mehdiyev  qələminin ucu ilə Eltonu silib atdı vəzifədən və onun yerinə kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi təyin etdi. 
Elton Məmmədov işdən azad edilməsi ilə bağlı jurnalistlərin suallarına  “Nə bilim…hələ bilmirəm…işdən çıxmamışam…məzuniyyətdəyəm…istəsəm verərəm…istəməsəm vermərəm…”  kimi  cavablar versə də sonda bəlli oldu ki, Elton Məmmədov Ramiz Mehdiyevi məhkəməyə verib. 
Bəli, iki gün öncə bəlli oldu ki, Bakı şəhər Səbail rayon Məhkəməsində professor Elton Məmmədovun Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı növbəti məhkəmə prosesi baş tutub. 
Hakim İlkin Rüstəmlinin icraatında olan mülki iş üzrə qətnamə elan edilib.
İddiaçı, AMEA-nın İşlər idarəsinin sabiq müdiri Elton Məmmədovun AMEA-nın rəhbərliyinə qarşı qaldırdığı "işə bərpa" və "əmək münasibətləri üzrə" iddiası təmin edilib.
Həə, burda bir STOP. 
Deməli, ölkənin ali elm ocağına rəhbərlik edən Ramiz Mehdiyevin özbaşınalıqlarına  və kaprizlərinə son qoyuldu. 
Ramiz Mehdiyev son 1-2 ildə kimlərin qələmini qırmadı, tanınmış alimləri AMEA-dan uzaqlaşdırdı, AMEA-da özü üçün bir “kansey” yaratdı və daha nələr…
Beləliklə, AMEA-nın Texonolgiyalar Parkının sabiq müdiri, İşlər İdarəsinin müdiri  Elton Məmmədov işinə bərpa olundu. 
Çoxları yazır ki, haqq-ədalət bərpa olundu-zad…
Amma  bunlar gəlişi gözəl sözlərdir. Əsas odur ki, Ramiz Mehdiyev erası  arxivə atıldı. Vəssəlam. /Gundelik-baku.com/

Oxşar xəbərlər