Sabiq nazir Misir Mərdanovun gecikmiş islahat təklifləri… - Laborant Nəzakətləri, Təranələri “professor” edən Misir Mərdanov…
22-12-2021, 10:35
261

Sabiq nazir Misir Mərdanovun gecikmiş islahat təklifləri… - Laborant Nəzakətləri, Təranələri “professor” edən Misir Mərdanov…

Sabiq nazirin  cakuzilərinin qiyməti….

Keçmiş təhsil naziri, hazırda Riyaziyyat  institutunun direktoru işləyən  Misir Mərdanov son vaxtlar yaman fəallıq  göstərir, təhsil sahəsindəki islahatlardan danışır, yeni-yeni təkliflər verir, özündən razı şəkildə təhsil sahəsinə yol göstərir...
Əlbəttə, hər bir şəxsin fikir bildirmək, təklif vermək, münasibət sərgiləmək, tənqid etmək hüququ var. 
Azərbaycan dövləti də bir demokratik dövlət kimi vətəndaşların  hüquqlarını, söz azadlığını, plüralizmi dəstəkləyir. 
Amma,  sabiq təhsil naziri Misir Mərdanaovdan soruşan lazımdır ki, bu dediklərini niyə zamanında tətbiq etmirdin?
Bir el məsəlı var deyir, müharibə kənardan asan görünür. İndi nazir postundan kənarda dayanan Misir Mərdanov üçün  gündə bir təklif verməyə nə var ki..? 
Əsas odur ki, özün vəzifə başında olanda bunları həyata keçirərdin. 
Misir Mərdanovun vaxtında ali məktəblərdə, eləcə də orta məktəblərdə rüşvət və korrupsiya halları rekord həddə çatmışdı. 
Tələbələrin köçürmələrindən ( “perevod”) hər il milyonlar qazanılırdı. 
Misir Mərdanovun zamanında  açılan özəl ali məktəblərin qiyməti milyona çatırdı. 
Orta məktəblərə müəllim düzəlmək 10 min manat civarında idi. Müəllimlərin əmək haqları isə ən aşağı idi. Niyə sabiq nazir bu məsələni bircə dəfə də olsun qaldırmadı ? 
Misir Mərdanovun nazir olduğu illərdə məktəb direktorları  rüşvət verməkdən, hər ay müəllimlərdən pul yığmaqdan bezmişdilər. 
Bütün bunlar ortada ola-ola  indi Misir Mərdanov təhsil islahatlarından danışır, mənasız təkliflər irəli sürür, az qala təhsil nazirinə qarşı ittiham elan edir və s. 
Misir Mərdanov unudur ki, onun kabinetindəki cakuzilərin qiyməti az qala neçə min idi...
Misir Mərdanov unudur ki, adi laborantları  professor səviyyəsinə  qaldıran da sabiq nazirin özü olub. 
Biz hələ Misir Mərdanovun Nəzakətlərindən, Təranələrindən və başqa nələrindən danışmırıq. 
Ona görə də sabiq nazirə məsləhətimiz budur ki, get otur oturduğun yerdə. Sənə  o boyda vəzifə veriblər, get, vəzifəni icra elə. Qalan işlər sənlik deyil...Səninki daldan daş atmaq kimi bir işdir..
P.S Biz kimlərinsə vəkili deyilik, amma xalqımızın əlinə üzüyola bir Təhsil Naziri düşüb. İmkan verin işini görsün. Biz də zaman-zaman Emin Əmrullayevin fəaliyyətini tənqid edirik. Şəxsən sənin, Misir Mərdanov bu haqda danışmağa haqqın çatmır. /Gundelik-baku.com/

Oxşar xəbərlər