Vidadi Zeynalov-Ceyhun Cəfərov – Elnur Abbaszadə biznes üçlüyü… - Elnur Abbaszadə tez-tez həbsxanadakı Ceyhun Cəfərova baş çəkir…
22-12-2021, 10:37
416

Vidadi Zeynalov-Ceyhun Cəfərov – Elnur Abbaszadə biznes üçlüyü… - Elnur Abbaszadə tez-tez həbsxanadakı Ceyhun Cəfərova baş çəkir…

Bir Ceyhun Cəfərov var idi...
Deməli, Xətainin sabiq icra başçısı İbrahim Mehdiyev hara gedirdisə, onu da dalınca sürüyürdü. 
İbrahim Mehdiyev Xətainin icra başçısı olanda Ceyhun Cəfərov rayonda “Kommunxoz”un, yəni Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi  idi. 
İbrahim müəllim Yasamala icra başçısı təyin olunan kimi Ceyhun Cəfərovu özünə 1-ci müavin gətirdi. 
Həmin vaxtdan Ceyhun Cəfərovla  Yasamal RİH-də sosial-iqtisadi inkişaf  şöbəsinin müdiri olan  Elnur  Abbaszadənin dostluq və biznes əlaqələri başladı. 
Deməli,  Elnur  Abbaszadə  boş torpaq sahələri,  obyekt yerləri tapan kimi  Ceyhun  Cəfərova  xəbər edirdi və  az vaxtda həmin “pullu”  sahələr ələ keçirilirdi. 
Beləcə, Ceyhun Cəfərovla  Elnur  Abbaszadənin xeyli sayda şərikli  obyektləri  fəaliyyətə başladı. 
Bir sözlə,  Elnur  Yasamal RİH başçısınn 1-ci müavini  Ceyhun Cəfərovun “sağ əli” idi. 
Beləcə  2006-2011-ci illərdə Ceyhunla  Elnurun biznes əməkdaşlığı davam etdi. 
Düzdür, sonradan, yəni 2011-ci ildə Ceyhun Cəfərov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olundu. Buna baxmayaraq  dostu Elnurla biznes əlaqələrini davam etdirdi. 
Məlumdur ki, Ceyhun Cəfərov 2014-cü ildə Kürdəmirin icra başçısı oldu. 
Və 2020-ci ildə  vəzifəsindən azad edilərək  həbs olundu. 
Bütün bu baş verənlərə baxmayaraq  Yasamal RİH-nin şöbə müdiri  Elnur  Abbaszadə  bu gün də  Ceyhun Cəfərovun hər bir tapşırığını can-başla yerinə yetirir. Və Ceyhun Cəfərovun Bakının müxtəlif rayonlarındakı, əsasən Nəsimi rayonu ərazisindəki  obyektlərini öz nəzarəti altında saxlayır və vaxtlı-vaxtında “haqq-hesab”ı  Ceyhun Cəfərovun evinə çatdırır. 
Elnur hətta  ayda bir dəfə həbsxanadakı Ceyhun Cəfərova baş çəkməyi də unutmur. 
Məlumat üçün onu da qeyd edək ki, Ceyhun Cəfərovun karyerasında təkcə  İbrahim Mehdiyevin deyil, həm də onun yeznəsi, Rabitə Nazirliyinin sabiq Aparat rəhbəri  Vidadi Zeynalovun da böyük rolu olub. 
Məlumdur ki, sabiq Aparat rəhbəri olan  Vidadi Zeynalov həbs olunsa da,  tezliklə  canını qurtara bildi. 
Bu gün Çexiyada  Vidadi Zeynalovla  Ceyhun Cəfərovun xeyli sayda şərikli biznesi var. 
Hətta daxil olan məlumata görə, Ceyhun Cəfərovun bır sıra vacib  biznes tapşırıqlarını  Elnur Abbaszadəyə  Vidadi Zeynalov çatdırır. 
Bir sözlə, Ceyhun Cəfərov-Vidadi Zeynalov və Elnur Abbaszadənin biznes  şəbəkəsi çiçəklənməkdə davam edir. 
Deyəsən, Elnur  Abbaszadə  dostu və şəriki  Ceyhun Cəfərov üçün darıxır...
P.S Elnur Abbaszadəyə bir məsləhət verərdik, qaynatanız Rauf müəllimin "vasmoy" bazarındakı problemlərin həllində Vidadi Zeynalovun və Ceyhun Cəfərovun rolundan az danışsanız yaxşı olar.
Elnur müəllim, Qarabağ qazisi ona olan 25 min manatını geri istəyir. /Gundelik-baku.com/

Oxşar xəbərlər