60 illik dövlət şirkəti Ağalar Vəliyevə necə “hədiyyə” edildi ? - Konstitusiyamızın 89-cu maddəsi Ağalar Vəliyevə niyə şamil edilmir ?
22-12-2021, 17:40
175

60 illik dövlət şirkəti Ağalar Vəliyevə necə “hədiyyə” edildi ? - Konstitusiyamızın 89-cu maddəsi Ağalar Vəliyevə niyə şamil edilmir ?

20 kilo  qızıl hədiyyə edilən  toyda Ağalar Vəliyev iştirak edibmi ? 

İsgəndər Ərtuş  Ağalar Vəliyevin oğlunun toyunda 1 milyon dollarlıq hədiyyəni niyə verdi ? 



Bir müddət əvvəl  dərc etdiyimiz  “ Biznesmen deputatlar..”  başlıqlı yazımıza yenidən qayıtmağa və daha detallı yazmağa ehtiyac hiss etdik. 
Öncə onu qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir:
“Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir”. 
Bəs görəsən, az qala yarısından çoxu  biznes fəaliyyəti ilə məşğul olan  deputatlarımızın niyə heç olmasa bir nəfəri  bu günədək  89-cu maddə əsasında  deputat mandatından məhrum edilməyib ?
Belə olan halda 89-cu maddəni konstitusiyada nə üçün saxlamısınız ? 
Bəli,  biznes fəaliyyəti ilə məşğul olan  deputalarımızdan biri də  97 saylı Goranboy – Ağdam – Tərtər Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilən Ağalar Vəliyevdir. 
Öncə onu qeyd edək ki, Ağalar Vəliyev 1996-1998-ci illərdə "Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışmışdır.
Burada bir STOP...
Bəli, adından da göründüyü kimi  60 ildən çox fəaliyyət göstərən bu qurum  dövlətə məxsusdur. 
Bəs  dövlətə məxsus bu boyda  qurumu necə  1998-ci ildə  ASC adı ilə  Ağalar Vəliyevə  “hədiyyə” etdilər ? 
Dünyanın heç  bir yerində belə hadisə ola bilməz axı...
Bu qurumun bütün əmlakı Ağalar Vəliyevin dədəsinə, babasına  deyil, mənz dövlətə məxsus idi, amma  bu gün Ağalar Vəliyevin özəl şirkətidir.  
Təsəvvür edirsiniz, Ağalar Vəliyev  vaxtilə dövlət şirkətində çalışan işçilərdən  ASC-nin səhmlərini 200 manata alır. Axı, bu insanlar ömür boyu dövlətin şirkətində işləyib, indi ona məxsus payı  Ağalara niyə 200 manata satmalıdır ?
200 manata bizdə uzağı  20 kiloqram ət almaq olar. Amma Ağalar Vəliyev  60 illik şirkəti  bu yolla əlinə keçirdi. 
Və bu gün Ağalar Vəliyevin dünyanın müxtəlif ölkələrində biznesi var, göydələnlər tikir, oğlunun  Avropada mülkəri və s. 
Biz  Gündəlik-Bakı olaraq  ötən yazımızda  Ağalar Vəliyevə  suallar ünvanlamışdıq. Bu gün həmin suallara yenilərini də əlavə edib cənab deputatdan cavab gözləyəcəyik:    
1. Ağalar Vəliyev  1992-93-cü illərdə  Yol idarəsinin müdiri işləyərkən, Yevlax rayonunda qanunsuz mahlıc əməliyyatında iştirak edibmi ? Ağalar Vəliyevlə  pambıq zavodunun  həbs olunan direktorunu hansı maraqlar birləşdirib..?
2. Ağalar Vəliyevin  keçmiş baş nazir Sürət Hüseynovla hansı qohumluq əlaqələri var ? 
3. Ağalar  Vəliyevin Milli Məclisin təmirində niyə adı hallanır ? 
4. Ağalar Vəliyevin Binəqədidəki dəmir-beton zavoduna direktor qoyduğu  Təyyar Yusifov kimdir ? 
5. 2003-cü ildə Azərbaycana gətirilən  200000000-luq  armaturun məsələsi necə yekunlaşdı ? 
6. Ağalar Vəliyevin Türkiyənin  Van vilayətindəki Ərtuş-Əşirətinin  başçısı İsgəndər Ərtuşla hansı əlaqələri var ?
Daxil olan məlumata görə,  İsgəndər Ərtuş  Ağalar Vəliyevin  oğlunun toyunda  1 milyon dollar dəyərində hədiyyə verib. 
İsgəndər Ərtuşun kimliyi ilə bağlı  oxuculara qısaca olaraq onu deyə bilərik ki, Türkiyənin Van vilayətinin Ərtuş tayfasından olan İskəndər Ərtuş oğlunun toyunda 4 mindən artıq qonaq iştirak edib. Və qonaqlar arasında Azərbaycandan da olanlar var. Toyda  20 kilodan artıq  qızıl hədiyyələr bağışlanıb. 
Ağalar Vəliyev həmin toyda iştirak edibmi ?
Əgər iştirak edibsə, nə bağışlayıb ?
Suallarımız çoxdur. Və cənab deputatdan cavab gözləyirik. /Gundelik-baku.com/

Oxşar xəbərlər