Xanəndə Babək Niftəliyev deyir ki, sənətkarı xalq dolandırar… - Bəli, SƏNƏTKARI, amma nanay-nanay oxuyanı yox…
24-12-2021, 14:38
150

Xanəndə Babək Niftəliyev deyir ki, sənətkarı xalq dolandırar… - Bəli, SƏNƏTKARI, amma nanay-nanay oxuyanı yox…

Məlumat üçün bildirək ki, bir neçə gün  əvvəl  Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Əməkdar artist Babək Niftəliyevi  işğaldan azad olunmuş  ərazilərimizdə  oxuduğu uyğun olmayan mahnılara görə sərt tənqid  etmişdi. 
Şair hətta bu barədə sosial şəbəkədə kəskin status yazmışdı. 
Babək Niftəliyev isə  şairin bu tənqidini qərəz kimi dəyərləndirmişdi. 
Əlbəttə, biz kiminsə fikirlərinə deyil, öz gördüklərimizə əsaslanıb söz deyə bilərik. 
Məlumat üçün bildirək ki, Niftəliyev Babək Muğan oğlu Kəlbəcərdə anadan olub, Bakıda 6 saylı musiqi məktəbində oxuyub  Məmmədbağır Bağırzadədən dərs alıb. Sonra Asəf Zeynallı adına Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci) Canəli Əkbərovdan dərs alıb. Sonra Arif Babayevin sinifində oxuyub.  2014-cü ildən isə Azərbaycan Respublikasının əməkdar artistidir. 
Müsahibələrində  uşaqlıqdan saza  bağlı olduğunu, cins şalvarda muğam oxumadığını deyən Babək Niftəliyevdən soruşan lazımdır ki,  toylarda  nanay-nanay, diringi oxumaq nə vaxtdan muğam sənəti hesab olunur ? 
Camaat  sənə böyük məbləğdə pul verib (4000 manat)  toyuna nanay-nanay oxumağa çağırmayıb axı…
 Başına 3-4 qız yığıb guya yaxşı toy aparırsan, guya sən hansısa insanların ruhunu oxşayırsan, amma sən insanlara əsəb verməkdən başqa heçnə bacarmırsan. Sən Masazırdakı ət dükanına girib, öz yaxın dostunun 4kq ətin pulunu ödəməkdən başqa heçnə bacarmazsan. Sənin heç əməlli oxumağın da yox imiş. Bu ara müğənnilərinə qoşulub, "Camış bağa girdi gəl" oxumağı səndən heç gözləməzdik. Siz ümumiyyətlə unudursunuz ki, səzə Əməkdar artist titulunu pay verməyiblər, nəzir deməyiblər. Bu adı sizə muğam oxuduğunuz üçün, muğam sənətində fəaliyyətinizə görə veriblər. Nanay-nanaya ğörə yox. Babək Niftəliyev sən bilməlisən ki, tarla qavalın birləşməsindən alınan musiqi ümumi alətlərin birləşməsindən alınan musiqidən çox fərqlidir. Sən bunu başa düşmürsənsə toya gələn camaat səndən qat-qat savadlıdır, onların musiqi duyumları var. Sən birbaşa toyun məsuliyyətini üzərinə göturub, bütov toyu idarə edə bilməzsən, buna sənin qabiliyyətin çatmır. Sən gəlib müəyyən məbləğdə pulunu alıb, muğam ifa edib gedə bilərsən. Daha "Neynimi" oxumaq sənlik deyil. Əğər sən oxuduğun "Neynimi" Niyaməddin Musayev görsəydi elə oradada ürəyi partlayıb ölərdi. Nə isə... 
Bir də ki, özünü xalq sənətkarı hesab edirsənsə, küçə mahnılarını, ara mahılarını oxumaq  SƏNƏTKAR  adına yaraşan deyil. 
Axı,  sən özün deyirsən ki, əvvəlcə aşıq havaları oxuyurdum, sonradan xanəndəliyi peşə seçdim. 
Bəli, XAN-əndə sözünün önündə XAN sözü var. 
Musiqimizin  XAN Şuşunski, Süleyman Abdullayev kimi, Seyid Şuşinski, Cabbar kimi nəhəngləri olub. 
Yəni muğam əslində XAN sənətidir. Sizin kimi diringi oxuyanlar  heç vaxt  xalqın sevgisini qazana bilməz. 
Yaxşı 3-4 saatlıq toyda muğam olumadın, heç olmasa, doğulduğun Kəlbəcərin xatirinə bir aşıq mahnısı oxusaydın min dəfə urvatlı oalrdı, nəinki  nanay-nanay oxumaq…
Sonra deyirsən ki, kumirim  Alim Qasımovdur. 
Ay Babək, axı Alim Qasımov  sənin kimi  yüngül, sənətdən uzaq mahnılar oxumur..? 
Barı, müəllimin, dərs aldığın Arif Babayevdən nümunə götürəydin. Amma bu da yoxdur. 
Atalar əbəs yerə deməyib ki, su tökməklə quyu sulu olmaz…gərək quyunun özü sulu olsun, 
Özün deyirsən ki, mən xalq sənətkarıyam, xalqın içindəyəm, el arasında bir misal var: sənətkarı xalq dolandırar…
Bəli, ay Babək, sənətkarı xalq  dolandırar. Amma sənətkarı, sənin kimi  üç badam bir qoz oxuyanları deyil…
Ardı var... /Gundelik-baku.com/

Oxşar xəbərlər