Rəhim Hüseynovun da adamları Əli İnsanovun “şayka”sına qarışdı… - Bundan sonra Rəhim Hüseynovun qohumları Telman Orucovla, Akif Muradverdiyevlə, Yusif Hümbətovla partiyadaş olacaq…
24-12-2021, 14:43
303

Rəhim Hüseynovun da adamları Əli İnsanovun “şayka”sına qarışdı… - Bundan sonra Rəhim Hüseynovun qohumları Telman Orucovla, Akif Muradverdiyevlə, Yusif Hümbətovla partiyadaş olacaq…

Rəhim Hüseynovun da adamları Əli İnsanovun “şayka”sına qarışdı…

Bundan sonra Rəhim Hüseynovun qohumları  Telman Orucovla, Akif Muradverdiyevlə, Yusif  Hümbətovla  partiyadaş olacaq…

Söhbət AXC hakimiyyətində Baş nazir, sonra “Xəzər” fondunun rəhbəri olan Rəhim Hüseynovdan gedir… 


Xeyli müddət Dövlət Plan Komitəsinin sədri olmuş, hətta 1992-93-cü illərdə Azərbaycan Hökumətinə, yəni Nazirlər Kabinetinə rəhbərlik etmiş, Baş Nazir olmuş Rəhim Hüseynov barəsində  internet mediada çox cüzi məlumata rast gəldik. Ona görə də haqqında bəhs edəcəyimiz şəxs barəsində  bildiklərimizi  oxucularla bölüşüb sonra əsas mövzuya keçid etmək qərarına gəldik. 
Bu gün çoxlarının tanımadığı Rəhim Hüseynov  1936-cı ildə anadan olub, 1959-cu ildə Moskva Polad İnstitutunu bitirib,  Azərbaycan Boru-Prokat zavodunda rəis olub, 
25 il, Respublika Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri  olub. 
1989-1992-ci illərdə Rəhim  Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur. 
Yaşlı nəsilin yaxşı yadında olar ki, 1992-ci il mayın 14-də Ali Sovetin sessiyası çağırılmışdır. Bu sessiyada Xocalı faciəsi üzrə komissiyanın qərarı elan olunmuş, Moskvaya qaçmış  Ayaz  Mütəllibov  qayıdaraq  yenidən prezident  kürsüsündə oturmağa cəhd elədi. Və həmin sessiyada 
Rəhim Hüseynov Baş nazir oldu. 
Ən maraqlısı  odur ki,  AXC hakimiyyətə gələndə və Əbülfəz Əliyev prezident seçiləndə  Rəhim Hüseynov cəbhəçilərlə  dil tapıb Baş Nazir kreslosunu qoruya bildi. 
Və AXC  hakimiyyətinin təxminən sonuna az qalmış, baş nazir oldu. 
Sonra bir müddət, daha doğrusu, Ulu Öndər  ikinci dəfə hakimiyyətə qayıdanda Rəhim Hüseynov “qeybə çəkildi”, onu görən olmadı. 
1994-cü ildə Azərbaycanda  siyasi qarşıdurma, OMON hadisələri olanda  Rəhim Hüseynov yenidən ortaya çıxaraq  Beynəlxalq  “Xəzər”  fondunu yaratdı. 
Həə, vəziyyətin gərginləşdiyini görən Rəhim Hüseynov tələm-tələsik  “Xəzər” fondunu  sabiq prezident,  Moskvada yaşayan Ayaz Mütəllibov üçün yaratmışdı. 
Və düşünürdü ki, “Bəlkə də qaytardılar...”. 
Amma Rəhim Hüseynov kimilərin arzusu baş tutmadı, Ulu Öndər  qısa vaxtda ölkədə stabillik yaratdı, anti-milli qüvvələri  zərərsizləşdirə bildi. Və o vaxtdan Rəhim Hüseynovu  görən olmadı. Eşitdiyimizə görə, Rəhim Hüseynov bir müddət əvvəl dünyasını dəyişib. 
Bəli, Rəhim Hüseynov dünyasını dəyişsə də onun Ayaz Mütəllibovçu qohumları yaşayırlar, aktiv siyasətə girişiblər. Və ən maraqlısı odur ki,  bu dəfə sabiq  səhiyyə naziri Əli İnsanovun yanında. 
Söhbət Haqq və Ədalət Partiyasının sədri, keçmiş məhkum Əli İnsanovdan gedir.   
Deyəsən keçmiş səhvləri Rəhim müəllimin qohumlarına dərs olmayıb. 
Bir dəfə “Xəzər”  fondunu yaratdılar və acı nəticəsini gördülər. İndi də  deyəsən Əli İnsanovun hesabına yenidən siyasətə qayıtmaq istəyirsiniz, cənab Rəhim Hüseynovun qohumları ?
AXC ilə çalışmağın da  sizə dərs olmadımı ? 
Yəni bu qədərmi siyasi cəhətdən korafəhmsiniz ? 
Bəli, bundan sonra Rəhim Hüseynovun qohumlarını Əli İnsanovla, Telman Orucovla, Yusif Hümbətovla, Akif Muradverdiyevlə bir yerdə, özü də məxfi görüş yeri olan “Funda”da  görsəniz qəti təəccüblənməyin. 
Bu mövzuda yazdığımız 1-ci yazını mərhum Rəhim Hüseynovla  bağlı yazıya  əlavə edirik ki, oxucular baş verənlərdən tam məlumatlı olsunlar. 
                                               *

Əslində ciddi araşdırmaların mövzusu olan bu yazımızda sabiq vəzifəli şəxslərin çirkin əməllərindən, gizli oyunbazlıqlarından bəhs edəcəyik.  
Əvvəla başlayaq Cabbarov Fəxrəddin Hümbət oğlundan. Fəxrəddin Cabbarov 2000-ci ildə Daşkəsən rayonuna İcra hakimiyyətinin başçısı təyin olunub və 2006-cı ildə bu vəzifədən azad edilib. Milli Məclisin sabiq deputatı Yusif Hümbətovun yaxın qohumu olan Fəxrəddin Cabbarovun anası erməni olub. Fəxrəddin Cabbarovun arvadı da Aida Zaxaryan ermənidir. Fəxrəddin Cabbarovun qayınatası Vladimir Asaturoviç Avakyan vaxtilə Daşkəsəndə “Kolxozstroy”un, sonra isə Təsərrüfatlararası Tikinti İdarəsinin müdiri işləyərkən erməni mafiyasını maliyyələşdirib. Yusif Hümbətov Prezident Aparatında Ərazi idarəetmə şöbəsinin müdiri olarkən yaxın qohumu Fəxrəddin Cabbarova köməklik edərək onun Daşkəsən rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsinə nail olmuşdur.  
Vladimir Avakyan Ermənistanın sabiq prezidenti Robert Sedraki Köçəryanın anası Asmik Sokratovna Köçəryanın yaxın qohumudur. Onu da qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Daşkəsəndən olan anası Asmik Köçəryanın da qızlıq familiyası “Zaxaryan”dır. 
Yusif Hümbətovun da, Fəxrəddin Cabbarovun da ailəsi Amasiyadan Daşkəsənə köçüblər. Fəxrəddin Cabbarov icra başçısı işləyəndə qayınatası Vladimir Avakyan tez-tez Bakıya gələrək Yusif Hümbətovun yanında Əli İnsanovla mütəmadi görüşlər keçirmişdir.  
Yazımızın başlıca mövzusundan biri də Ermənistanın sabiq prezidenti Robert Köçəryanın uzun müddət Daşkəsəndə ayrı-ayrı rəhbər vəzifələrdə işləmiş anası Asmik Köçəryanın arxiv-anket sənədlərinin Daşkəsəndən oğurlanaraq aparılmasıdır. Araşdırmalar zamanı deyilənlərdən məlum olmuşdur ki, Robert Köçəryanın anası Asmik Köçəryanla bağlı bütün arxiv-anket sənədlərini və tərcümeyi-halını Daşkəsəndən şəxsən sabiq səhiyyə naziri Əli İnsanovun, keçmiş Azərbaycan Ali Soveti sədrinin I müavini Telman Orucovun və Yusif Hümbətovun tapşırığı ilə 2003-cü ildə Robert Köçəryanın prezident seçkiləri ərəfəsində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Fəxrəddin Cabbarovun əli ilə oğurlanmış və Robert Köçəryanın tərcümeyi-halı onun prezident seçilməsinə köməklik məqsədilə saxtalaşdırılaraq atasının azərbaycanlı 1953-54-cü illərdə Daşkəsəndə Xalq Maarif Şöbəsinin müdiri işləmiş Məmmədov Məcid Həsən oğlu olması gizlədilmişdir. Əgər yoxlanılarsa, yəqin ki, Asmikin şəxsi anket sənədlərinin Əli İnsanovla Yusif Hümbətovun göstərişi ilə oğurlanması hadisəsi öz təsdiqini tapar.
Hətta bu baş verənlərin canlı şahidləri olan Asmikin və Fəxrəddinin yaxın qohumları arasında bu gün də Daşkəsəndə və Göygöldə yüksək vəzifələrdə işləyib çalışanlar vardır. Həmin şəxslər hazırda Daşkəsəndə, Göygöldə, hətta Gəncə şəhərində siyasi pozucu fəaliyyətlərlə məşğul olurlar.
İndi isə keçək Əli İnsanov, Telman Orucov, Yusif Hümbətov, Fəxrəddin Cabbarov və başqalarının Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Funda” klinikasında olan sərgüzəştlərinə. Əli İnsanov səhiyyə naziri olanda lisenziya verərək Yusif Hümbətovla şərikli “Funda” klinikasını yaratmışdır. Həmin “tibb mərkəzi” əvvəl masaj salonu, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərmiş, sonradan böyük klinikaya çevrilmişdir. Hətta bir vaxtlar keçmiş Milli Təhlükəsizlik naziri Namiq Abbasov “Funda”nın fəaliyyətinə qadağa qoymuşdur. 
Yusif Hümbətov həmin obyektin yerləşdiyi Montində (indiki N. Nərimanov rayonu) Samir Xasıyev adına mədəniyyət və istirahət parkındakı torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri  Arif Qaraşovdan məcburi formada almışdır. Əgər soruşularsa, həmin mübahisəli torpaq məsələsi barədə Arif Qaraşov müfəssəl məlumat verə bilər. 
Vaxtilə masaj salonu, əxlaqsızlıq yuvası, sonra klinika kimi fəaliyyət göstərən “Funda” indi isə siyasi dələduzların görüş yerinə çevrilib. Əli İnsanov, Telman Orucov, Yusif Hümbətov, Fəxrəddin Cabbarov “Funda”da tez-tez görüşlər keçirib siyasi planlar qurur, müzakirələr edir, pozuculuq əməlləri ilə məşğul olurlar. Guya ki, onlar orada müalicə alırlar. (Fundanın təmiri gözdən pərdə asmaq üçündür) Əslində isə görüşlər zamanı aidiyyəti şəxslərə tapşırıqlar verilir ki, çalışıb bu gün azərbaycanlılar arasında münasibətləri parçalasınlar, azərbaycanlıları bir-biri ilə qarşı-qarşıya qoyub vuruşdursunlar. 
Bu təfriqəçilərin görüş yeri həm də keçmiş maliyyə nazirliyinin binasıdır. Həmin binanın da sahibi Yusif Hümbətovdur. Yusif Hümbətov keçmiş maliyyə naziri mərhum Baxşəli Baxşəliyevin oturduğu binanı zəbt edib şəxsi mülkiyyətinə keçirmişdir. Əli İnsanov başda olmaqla həmin siyasi dairə burada da toplaşaraq təxribatçı planlar hazırlayırlar. 
Məlumat üçün onu da qeyd edək ki, Yusif Hümbətov vaxtilə uzun müddət Telman Orucovun köməkçisi və bir nömrəli makleri olub. Hazırda isə Yusif Hümbətov bütün qara işləri, əməlləri Əli İnsanovun tapşırığı ilə həyata keçirir. “Funda” az qala Əli İnsanovun partiyasının “ştab”ına çevrilib.
Telmanın, Yusifin, Fəxrəddinin qohumları, dostları Əli İnsanovun Haqq və Ədalət Partiyasında birləşərək partiyanın dayaqlarını Qərb və Qarabağ bölgəsində gücləndirirlər. Əldə etdiyimiz dəqiq məlumatlardan Qərb və Qarabağ bölgəsinin regionçuluq, milli və etnik qarşıdurma yaratmaq məqsədilə hədəf seçildiyini yaxşı bilirik. Onu da deyə bilərik ki, Partiyanın təşkilatlanması ilə bağlı bütün maliyyə işlərinə Telman Orucovla Yusif Hümbətov sponsorluq edirlər. 
Bir faktı da deyək. Belə ki, Telman Orucov Yasamalda “Xeyir-Şər” deyilən yerdə Əli İnsanovu fəal müdafiə edən şəxslərə “10-luq qızıl” bağışlayıb. Hətta toplantıda deyilib ki, bu adi “10-luq qızıl” deyil, Çar Rusiyası dövründən qalan “imperial”dır. (Bu məqamda Akif Muradverdiyevdən aeroportda müsadirə olunan “qızıl çervon”lar yada düşür.) Həmin “imperial”ların rəmzi mənası var, onlar belə deyirlər: çevrilişə şərait yaradıb hakimiyyətə gəlmək bizim üzərimizdədir. Məlumatlı mənbənin dediyinə görə, Telman Orucovun payladığı saysız-hesabsız, ondakı külli miqdarda olan bu “10-luq” imperiallar hələ çox suları bulandıraraq, onun siyasi rəhbəri Əli İnsanovla Robert Köçəryanların separatçı erməni dəyirmanlarına su tökəcəkdir.
/Gundelik-baku.com/

Oxşar xəbərlər