Manşet
24-12-2021, 14:45
145
Əli Abbasovun, Vidadi Zeynalovun, Heydər Əsədovun, Hacıbala Abutalıbovun HƏBSİ an məsələsidir…
Ulu Öndər deyirdi ki, CİNAYƏTKAR CƏZASIZ QALANDA..
Ulu Öndər Heydər Əliyev DÖVLƏT-in fundamenti, bünövrəsi, özülü barədə çox unikal və lakonik söz deyib:
“Dövlət iki şeydən sarsıla bilər: Cinayətkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
Bu yazımızın mövzusu CƏZASIZ QALAN CİNAYƏTKARLARLA bağlıdır.
Birinci, Vidadi Zeynalovdan başlayaq.
Söhbət uzun illər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri olan Vidadi Zeynalovdan gedir.
Bu adam 73 milyon 590 min manat dövlət vəsaitini nağdlaşdırılmaqla mənimsəməkdə və israf etməkdə ittiham edilirdi.
Bu adamın 43 milyonluq əmlakına həbs qoyulmuşdu.
Bu adam Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bu adamın cəzası 4 ilə endirildi və bir ay sonra Sabunçu Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxıldı.
Dünya tarixində belə bir hadisə olmayıb. Ki, 13 il cəza alan adam heç nə olmamış kimi azadlığa buraxıla.
Yaxşı, bəs bu adama 13 il cəza verən hakimlərdən heç nə soruşulmadı ?
Yaxşı, bu adamın 43 milyon əmlakına həbs qoyulanda soruşan olmadı ki, bu boyda əmlakı sən hansı pulla almısan, axı sən ömrün boyu dövlətdən maaş almısan ?
Bu adam azadlığa çıxandan sonra jurnalistin sualına cavab olaraq demişdi: “Başqalarının nəsli-əcabətində daha çox var-dövlət var”.
Birincisi, ay savadsız, ƏCABƏT yox, NƏCABƏT..
İkincisi, sən BAŞQALARI...deyəndə kimləri nəzərdə tutursan ? Ümumiyyətlə, sən demək istəyirsən ? Deyəsən, çaşırsan haa...
Bax, Ulu Öndər bunu deyirdi...cinayətkar cəzasız qalanda...
Bu gün Vidadi Zeynalovun mülkləri, villaları, (hətta həyat yoldaşının və özünün adına olan hotel) biznesi az qala Avropanın yarısını əhatə edir.
İndi isə keçək Vidadi Zeynalovun keçmiş şefi, sabiq rabitə naziri Əli Abbasovun əməllərinə...
Məlumat üçün bildirək ki, Əli Abbasov “Narxoz”un rektoru olanda rüşvətxor kimi ad-san qazanmışdı.
11 il Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri işlədiyi dönəmdə isə korrupsioner, cinayətkar kimi ad çıxarmışdı.
Təsəvvür edin ki, Əli Abbasovun başçılığı altında nazirlikdə baş verənlər ortaya çıxanda cənab Prezident İlham Əliyev demişdir:
"Cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”.
Amma, Əli Abbasov heç nə olmamış kimi Allah qoymasa, AMEA-ya baş məsləhətçi təyin olundu.
Bir soruşan olmadı ki, bu adam hansı məsləhəti verə bilər?
Bu axı qatı cinayətkardır.
Təsəvvür edirsiniz, DTX nazirliyin yüksək rütbəli əməkdaşlarını, o cümlədən aparat rəhbəri Vidadi Zeynalovu, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərovu, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovu həbs edir, Əli Abbasov isə öz kefindədir.
Əgər rəsmi sənədlərdə qeyd olunursa ki, nazirlikdə korrupsiya görünməz dərəcədə olub və buna görə, vəzifəli şəxslər həbs olunur, bəs Əli Abbasov necə süddən çıxan qaşıq oldu ?
Bəs bu adama niyə heç olmasa 5-10 gün cəza verən tapılmadı ?
Bax, Ulu Öndər bunu deyirdi...
İndi isə keçək Əli Ababsovun köhnə dostu Heydər Əsədova..
Bəli, Heydər Əsədov 1995-ci ildə Maliyyə nazirinin müavini, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri işləyib.
Cənab İlham Əliyev dəfələrlə dövlət qurumlarında baş verən şişirdilmiş qimətlərdən danışıb.
Bəs görəsən, Hesablama Palatasının sədri Heydər Əsədov hara baxırdı ?
Axı, bu məsələ məhz Heydər Əsədovun səlahiyyətinə aid idi...
Çünki Heydər Əsədov mənimsənilən milyonlara şərik idi. Və cəzasını almalı idi. Amma...
Bəli, Heydər Əsədov Hesablama Palatasının sədri vəzifəsindən azad olunan kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olundu. Və düz 7 il nazirliyə fermerlərə kömək üçün dövlət tərəfindən ayrılan milyonlarla subsidiyanı mənimsədi.
Hətta müşavirədə cənab İlham Əliyev dedi ki, o subsidiyaların hara xərclənməsi ilə bağlı məlumatım var, həmin an Heydər Əsədov başını aşağı salıb durmuşdu.
Hamı gözləyirdi ki, bu gün-sabah Heydər Əsədov həbs olunacaq. Bəs, nə oldu ?
Heydər Əsədov o boyda cinayət əməllərinə baxmayaraq
Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin olundu.
Bax, Ulu Öndər bunu deyirdi...
İndi görək, köhnə korrupsioner Hacıbala Abutalıbov haradadır ?
1995-2000-ci illərdə Suraxanıda icra başçısı olanda torpaq satmaqla tanınan Hacıbala Abutalıbov 2001-ci ildə...
Bakı Şəhər Bələdiyyəsinin Başqanı oldu...
Bu cümlə Hacıbala Abutalıbovun öz əli ilə yazdığı tərcümeyi-halından götürülüb.
Bu adama başa salan olmadı ki, sən Bələdiyyə başqanı deyil, Bakı ŞİH-nin başçısı olmusan, ay fizik.
Bələdiyyə seçkili orqandır, başa düşdünmü ?
Hacıbala Abutalıbov bu ağılla milyonlara sahib oldu.
Təkcə bir faktı qeyd edək ki, vəzifədən getməzdən öncə bina tikən sahibkarlardan milyonlarla pul alıb aradan çıxan Hacıbalanı bu gün də həmin sahibkarlar axtarır.
Nəticə nə oldu ?
Bu boyda cinayət əməllərinə möhür basan Hacıbala baş nazirin müavini oldu.
Bax, Ulu Öndər bunu deyirdi...
Sonda üzümüzü bu cinayətkar məmurlara tutub deyirik ki, cənab İlham Əliyev Ulu Öndərin vəsiyyətini yerinə yetirərək Qarabağı 44 gündə azad etdi.
Və əmin olun ki, sizin kimi cinayətkat məmurları da 44 dəqiqəyə cəzalandıracaq. /Gundelik-baku.com/