Ağcabədidə 300-dən artıq bağça əməkdaşı RİH-nin binası önündə toplanıblar… - Onlar Rafil Hüseynova verdikləri pullarını tələb edir…
24-12-2021, 18:18
148

Ağcabədidə 300-dən artıq bağça əməkdaşı RİH-nin binası önündə toplanıblar… - Onlar Rafil Hüseynova verdikləri pullarını tələb edir…

Rafil Hüseynov  qəzet pulu adı ilə yığdığı pulları Vüqar Səfərli ilə bölüşüb…

Bir neçə gün öncə  Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzaladı. 
Sərəncamla yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri  Təhsil Nazirliyinin tabeliyinə verildi.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Cənab Prezidentin bu sərəncamı bütün cəmiyyətin ürəyindən oldu. 

Çünki birincisi, uşaq bağçalarının icra hakimiyyətinə tabe olması başa düşülən deyil. 
Uşaq bağçaları öz profilinə görə MƏHZ  TƏHSİL NAZİRLİYİNİN  tabeliyində olmalıdır. 
İkincisi və ən əsası  icra başçıları üçün  gəlir mənbəyi olan uşaq bağçaları icra başçılarının  tabeliyindən xilas olur. 
Heç kimə sirr  deyil ki, neçə illərdir uşaq bağçaları icra başçıları üçün  əməlli-başlı gəlir mənbəyi idi. 
Hər rayonda xeyli  sayda uşaq bağçası, 100-lərlə tərbiyəçi, müəllim, xadimə, texniki işçilər  və s icra başçılarına  hər ay on minlərlə gəlir gətirirdi.
Hətta bəzi icra başçıları həddini aşaraq  bağçalarda işləyən tərbiyəçilər, müəllimlər üçün RƏHBƏRƏ çevrilmişdi. 
Belə icra başçılarından biri, bəlkə də birincisi  Ağcabədinin icra başçısı  Rafil Hüseynovdur. 
Bəli, Rafil Hüseynov  rayondakı uşaq bağçalarının  xanım əməkdaşlarını “imtahan edir”, “sorğu-suala-sınağa çəkir” onları “imtahandan kəsərək”  işdən qovur və bu yolla yüz minlər qazanırdı. 
Bəli, Rafil Hüseynov TQDK sədri Məleykə Abbaszadənin səlahiyyətlərini mənimsəyərək, uşaq bağçalarının və məktəblərin  müəllimləri üçün TEST imtahanı keçirirdi.  
Gundəlik-Bakı olaraq biz ilk dəfə  Rafil Hüseynovun bu əməlləri barədə həyəcan təbili çalaraq  silsilə yazılar dərc etmişik.  
Bəli, Rafil Hüseynov  bağçada çalışan və ailəsini güclə dolandıran qadınları işdən qovmaqla onları başsız qoyub, ailələri ac qoyub,  az yaşlı uşaqları çörəkdən məhrum edib. Və  bu yolla  yüzlərlə ailəni dövlətdən narazı salıb. 
Bəli, MƏHZ DÖVLƏTDƏN NARAZI SALIB. 

Redaksiyamız  bu mövzu ilə bağlı  xeyli sayda ürək parçalayan  canlı Audio müraciətləri cəmiyyətimizə və dövlət orqanlarına  təqdim edib. 
Və hər dəfə soruşmuşuq ki,  Rafil  Hüseynovun  bağça müəllimələrini işdən KÜTLƏVİ azad etməkdə məqsədi nədir ?
Nəhayət Gündəlik-Bakının yazdıqlarına dövlət rəhbərliyi səviyyəsində reaksiya gəldi. 
Və cənab Prezident cəmiyyətimizin çoxdan gözlədiyi sərəncamı imzaladı. 
Uşaq bağçaları Rafil Hüseynov kimi icra başçılarının istismarından qurtuldu. 
Gündəlik-Bakıya daxil olan son məlumata görə, 300-dən artıq  bağça əməkdaşları Ağcabədi rayon icra hakimiyyətinin qarşısında yığışaraq Rafil  Hüseynova verdikləri pullarını tələb edirlər. 
Bəli, məhz pullarını tələb edirlər. 
Belə ki, Allah qoymasa, bir həftə əvvəl  Rafil Hüseynov özünün icad etdiyi test imtahanları ilə bağlı  bağça əməkdaşlarına xəbər göndərib ki, kim mənim imtahanımdan kəsilmək, işini itirmək istəmirsə, pulunu çatdırsın.
 
Deyilənə görə yüzlərlə bağça əməkdaşı gücü, imkanı çatan pulu Rafil Hüseynova Ceyhun Məmmədovun vasitəsilə çatdırıb. 
Prezidentin sərəncamı bəlli olandan sonra bağça əməkdaşları Rafilə verdikləri pulu tələb etmək üçün RİH-nin qarşısında  toplaşıb pullarını tələb edirlər.
Gündəlik-Bakıya daxil olan məlumata görə, Rafil Hüseynov RİH-də tapılmır, onu son günlər görən olmayıb.  
Bəziləri deyir ki, Rafil Hüseynov guya əmək məzuniyyətindədir. 
Daxil olan məlumata görə, hər bir bağça və məktəb müəllimindən 100 manata görə, 10 manat, yəni 400 manat maaş alan üçün 40 manat olmaqla aylıq qəzet pulu tutulub. 
Müəllimlər  deyir ki, biz heç vaxt qəzet-filan görməmişik. Sadəcə, hər ay maaşımızdan  qəzet üçün pul tutublar. 
İndi bəlli olur ki, icra başçısı Rafil Hüseynov  KİVDF-nin sabiq  direktoru, həbs həyatı yaşayan Vüqar Səfərli ilə əlbir olaraq müəllimlərin külli miqdarda pulunu mənimsəyib. 
Bəli, rayonda  son durum belədir ki, Rafil Hüseynovun dostu Çiçək xanımın bağçalarında yoxlama başlayıb. 
İcra başçısının özü isə sanki qeybə çəkilib, tapılmır. 
Daxil olan məlumatlardan gələn nəticə odur ki, Rafil Hüseynovun HƏBSİ QAÇILMAZDIR..
P.S. Onu da qeyd edək ki, Rafil Hüseynovu tapa bilməyən  300-dən artıq zərərçəkən RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Ceyhun Məmmədovun yaxasından yapışıblar. İcra başçısının köməkçisi Ceyhun Məmmədov da yerində tapılmır.  
Bu barədə növbəti yazıda. Bizi izləyin. /Gundelik-baku.com/

Oxşar xəbərlər