Göyçayın icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd vətəndaşa 3 bıçaq zərbəsi vurdu… - Rayonda qəssab olan Səmədi icra başçısı Səlimzadə RİH-də Kadr şöbəsinə müdir təyin edib…
30-12-2021, 15:31
152

Göyçayın icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd vətəndaşa 3 bıçaq zərbəsi vurdu… - Rayonda qəssab olan Səmədi icra başçısı Səlimzadə RİH-də Kadr şöbəsinə müdir təyin edib…

Səməd həm də rayonda Gənclər Mərkəzinin rəhbəri olub…

Səmədi generator oğurladığına görə 3 ay həbs etdilər…



Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ilə bağlı ötən sayımızdakı  “Vətəndaş Mehdi Səlimzadəyə verdiyi 8 banka “ikra”nı tələb edir…” başlıqlı yazıdan sonra  “Gündəlik-Bakı”nın redaksiyasına maraqlı məlumat daxil olub. 
Qısa məlumat üçün qeyd edək ki, 2016-cı ildən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı işləyən  Mehdi Səlimzadənin qanunsuz əməlləri barədə vətəndaş şikayətlərini oxuyanda adam sözün həqiqi mənasında dəhşətə gəlir. 
Bu adam açıq-aşkar  sahibkarlara divan tutur, məhkəmə qərarlarını vecinə almır, bir sözlə, rayonda at oynadır. Hələ icra başçısının qardaşı oğlu  özünü rayonun “kəndxudası”  kimi aparır. 
Bəli, ötən yazımızda qeyd etdiklərimizi təkrar etmədən əsas mövzuya keçək. 
Bəli, neçə ildir ki, icra başçısının qardaşı oğlu Səmədin rayonda at  oynatması, adamları təhqir etməsi  barədə yazılır. 
Adamın yadına  bir filmdə deyilir ee…”Səməd, ay Səməd, ölmüsən..”  deyimi düşür. 
Ancaq məsələ çox ciddidir. 
Deməli, redaksiyamıza daxil olan məlumata görə, Mehdi Səlimzadənin qardaşı oğlu əmisinin, yəni icra başçısının köməkçisinə 3 bıçaq  zərbəsi vuraraq onu yarımcan edib. 
Hazırda  həmin şəxs  əlildir. 
İndi görək, icra başçısının köməkçisinə, yəni dövlət qulluqçusuna  3 bıçaq zərbəsi  vuran  SƏMƏD KİMDİR ? 
Deməli, Mehdi Səlimzadə  Göyçaya icra başçısı təyin olunana kimi SƏMƏD rayonda qəssab işləyirmiş. 
Əmisinin icra başçısı təyinatından sonra Səməd  Göyçay Gənclər Mərkəzinin müdiri sonra isə İcra hakimiyyətinin kadrlar şöbəsinə rəhbər vəzifəyə gətirilib.
İndi özünüz təssəvvür edin ki, dünən rayonda QƏSSAB olan şəxs sabah icra hakimiyyətində RƏHBƏR vəzifədə çalışır. 
Həm də Allah qoymasa, KADRO MƏSƏLƏSİNƏ baxır. 
Bir müddət keçəndən sonra RİH-nin şöbə müdiri Səməd oğurluq üstündə ilişir. 
Bəlli olur ki, RİH-nin şöbə müdiri  SƏMƏD rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatdan  generator  oğurlayıb. 
Onu da qeyd edək ki, icra başçısının qardaşı oğlu RİH-də şöbə müdiri olmaqla yanaşı, həm də Allah qoymasa, Göyçay Gənclər Mərkəzinin rəhbəri olub. 
Təsəvvür edin də, qəssab Gənclər Mərkəzinin rəhbəri, RİH-də KADRO şöbəsinin müdiri olub. Və generator oğurlayıb. 
El arasında belələrinə it oğrusu deyirlər, ay Aydın Səlimzadə…
Bundan sonra nəsə yazmağa ehtiyac varmı ?
Cənab Mehdi Səlimzadə,  “çamadan”ını götür və üzüsulu GET… /Gundelik-baku.com/









Oxşar xəbərlər