Əli Həsənovun kəndiri kəsilir… - Əli Həsənov özünü gələcək prezident, xanımı isə 1-ci ledi kimi aparırdı..
30-12-2021, 17:58
295

Əli Həsənovun kəndiri kəsilir… - Əli Həsənov özünü gələcək prezident, xanımı isə 1-ci ledi kimi aparırdı..

Prezidentin sabiq  köməkçisi Əli Həsənovla bağlı onun keçmiş iş yoldaşları, dostları danışanda adam dəhşətə gəlir. Və adam düşünür ki, bu nə məxluqdur, bu harada yetişib, harada böyüyüb, kimdən dərs alıb, bunun müəllimi kim olub…
Adətən  bəzi adamlar barəsində “Filankəs saman altdan su yerindəndir”  deyirlər. Bu adam isə “saman altdan nəinki su, hətta çay axıda bilər”,  yüz dərənin suyunu qatar bir-birinə. 
Əli Həsənov özü də yaxşı bilir ki, onun  barəsində heç vaxt könül bulandıran nəsə yazmamışıq. 
Ancaq bu adamın bizə qarşı kin-küdurəti nə boyda imiş…
Bəli, Əli Həsənovun bir vaxtlar atdığı daşlar indi özünə qayıdır, bumeranq kimi…
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Həsənovun cinayət işi üzrə təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə olunub.
Görəsən Əli Həsənovun bacanağında 37 milyon pul haradan imiş. Bu az qala bir rayonun büdcəsidir. 
Əlbəttə, Əli Həsənovun dövlətdən oğurladığı və rüşvət kimi aldığı 100 milyonlar onun qohumlarının, bacanağının, qaynının adına sənədləşdirilib. 
Təkcə Əli Həsənovun xanımı Sona Vəliyevaya məxsus “Kaspi”  təhsil mərkəzində ciddi yoxlama aparılsa, yüz minlərlə vergidən yayınma ortaya çıxa bilər. 
Təsəvvür edirsiniz, Bakıda qalmağa balaca daxma tapmayan Əli Həsənov o qədər həddini aşdı ki, evləri, mənzilləri bir-bir deyil, mərtəbə-mərtəbə almağa başladı. Yəni yeni tikilən göydələnlərdə Əli Həsənova məxsus  mərtəbələr var. 
Əli Həsənov bunları hansı pulla əldə edib ?
Bəlkə, ömür boyu görmədiyi, hətta dəfnində iştirak etmədiyi dədəsindən qalıb ? 
Bəlkə, həyat yoldaşı Sona xanımın yazdığı kitablardan qazanıb ? 
Keçmiş həmkarları, hətta onunla bir partiyada təmsil olunan vəzifə sahibləri Əli Həsənovun barəsində nələr demir ? 
Əli Həsənov  Moskvada oxuyanda  Ə.Vəzirova  tərfilər deyirdi, sonra Tamerlan Qarayevin qoltuğuna qısıldı, sonra qardaş dediyi “Quska”nın tərəzisini çəkməyə başladı, sonra güc-bəla ilə özünü  YAP-a soxa bildi. 
Bu adam çətin günlərində evində qarındolusu  çörək  yediyi kimləri “baqaja”  qoymadı ? 
Bir daha deyirik ki, bu adam barəsində heç vaxt yazı yazmamışıq. 
Hətta Əli Həsənov özünü gələcək prezident, xanımı isə özünü 1-ci ledi kimi aparanda da bu adam bizim hansısa yazının mövzusu olmayıb. 
Amma bu adam bizə qarşı  heç bir əxlaq normasına, insanlığa sığmayan hərəkətlər edib.  
Bəli, biz zamanında bildiklərimizi gərək birbaşa möhtərəm Prezidentimizə çatdıraydıq. 
Amma keçmiş olsun deyirik. 
Hər kəs əkdiyini bir gün biçəcək. Əli Həsənov da həmçinin. 
Bəli, artıq  Əli Həsənov  quyunun ortasında gözləməkdən gözləri qaralıb. Özü də yaxşı bilir ki, növbə ona çatır. Yəqin ki, yaxın zamanda Əli Həsənovun da kəndirini kəsəcəklər. 
Biz kiminsə kəndirinin kəsilməsinə sevinmirik. Sadəcə, ilahi ədalət deyilən dəyər var, o pozulmamalıdır. Və hər kəs layiq olduğu cəzanı almalıdır.
P.S Əli Həsənov, yadındamı bizim həbsdən çıxmağımıza illərcə mane oldun, əzizlərimizin ürəyi partladı, dünyasını dəyişdi, xəstələrimizin dünyasını dəyişənə qədər yanında olmağımıza imkan vermədin. Bizim üçün əlindən gələn pisliyi etdin. Budur, bizim başımıza gələnlər sənin də başına gəlir. Həyat yoldaşında xərcəng tapılıb, özün ürək xəstəsisən, evində, ailəndə, bütün qohum-əqrabən də gecələr qorxu içərisində yatırlar, cünki nəslinlə birgə Ulu Öndərimizin ailəsinə etdiyin xəyanət, büdcəmizdən oğurladığınız pullar sizi gecə-gündüz narahat edir. Bu ğündən etibarən Hüseyn Cavid prospektinin sonunda, iki binanın arasında tikdirdiyin möhtəşəm obyektdən başlayıb sonuncu köşkə qədər hamısının siyahısını dərc edəcəyik. İncimə bizdən, çünki haqqın yoxdur. /Gundelik-baku.com/

Oxşar xəbərlər