Manşet
5-01-2022, 16:00
155
Aqrar Xidmətlər Agentliyi niyə “Ağ çiçəyim”ə nəzarət etmir ? - “Ağçiçəyim” mağazalar şəbəkəsi dövlətə nə qədər vergi ödəyir ?
Birinci ondan başlayaq ki, hələ sovet dövründə gül biznesi ən gəlirli və ən bahalı biznes hesab olunurdu.
Həmin dövrdə Azərbaycanda yetişdirilən güllər bayramlarda SSRİ-nin bütün şəhərlərində satılır və böyük gəlir gətirirdi.
Müstəqillik dönəmində də ölkəmizdə gül biznesi həmişə öndə olub.
Yəni gül biznesi hər gün şənliklərdə, toylarda, ad günlərində, hətta yas, hüzür məclislərində istifadə olunur.
Son illər paytaxt Bakıda əsasən gül biznesi ilə “Ağ çiçəyim” gül mağazalar şəbəkəsi məşğul olur.
Demək olar ki, bütün metro stansiyalarının yaxınlığında bu şəbəkənin mağazaları var.
İlk öncə onu qeyd edək ki, 70 illik sovet dövründə bu məsələyə Fitosanitar Dövlət Nəzarəti xidməti nəzarət edirdi.
Yəni ölkədə yetişdirilən və ölkəyə idxal olunan güllərin hamısı nəzarətdə idi. Ki, bitkilərdəki həşəratlar, ziyanvericilər yayılmasın.
Təəssüf ki, son on ildə Kənd Təsərrüfatı Nazirliyində baş verən rəhbər dəyişiklikləri bu sahəni diqqətdən kənar qoydu.
Hətta bu gün bitki mənşəli məhsullarla məşğul olan dövlət qurumu yoxdur.
Bütün səlahiyyətlər verilib AXA-ya, yəni Aqrar Xidmətlər Agentliyinə.
Yəni “Ağ çiçəyim” mağazalar şəbəkəsində satılan güllərə heç bir nəzarət yoxdur.
Bu məsələ öz yerində.
İkinci vacib məsələ odur ki, bu şəbəkənin mağazalarında tez-tez yanğın olur. Məqsəd nədir bəlli deyil…
Ən pisi odur ki, şəbəkədə yanğından mühafizə sistemi yoxdur.
Yeri gəlmişkən, bir məsələni də diqqətə çatdıraq.
Ən maraqlısı odur ki, bir müddət əvvəl gül biznesi ilə məşğul olan və “Ağ çiçəyim”in sahibi olduğu bildirilən şəxsin qarajından 650 min dollar pul oğurlayıb qaçdılar.
Təsəvvür edirsiniz, bu adamın qarajında 650 min varsa, onda gül biznesinin gəlirlərini təsəvvür edin.
Onda ortaya sual çıxır:
“Ağ çiçəyim” gül mağazaları şəbəkəsi dövlətə nə qədər vergi ödəyir ?
Və nə qədər vergidən yayınır ?
Bu ciddi araşdırma mövzusudur. Bizi izləyin. /Gundelik-baku.com/