27 ildir müştərilərini aldadan “Baku Electronics” şirkəti.. - Şirkətdə partlayış oldu, ölən oldu…bəs nəticə..?
6-01-2022, 17:13
172

27 ildir müştərilərini aldadan “Baku Electronics” şirkəti.. - Şirkətdə partlayış oldu, ölən oldu…bəs nəticə..?

İstintaq nə qədər davam edəcək ? 

Ölkəmizdə fəaliyyət göstərən şirkətlər özlərini elə reklam edirlər ki, görməyən olsa, deyər ki, dünyada  bunlardan yoxdur. 
Belə şirkətlərdən biri də 30 ilə yaxındır  fəlaiyyət göstərən  “Baku Electronics”  mağazalar şəbəkəsidir. 
Qısa məlumat üçün qeyd edək ki, “Baku Electronics” Azərbaycanın ilk elektronika mağazalar şəbəkəsidir. 
Şrtkət öz müştərilərinə mobil telefonlar, planşetlər, məişət texnikası, kondisionerlər, soyuducular, televizorlar, qab-qacaq  və s təklif edir. 
Özü də Allah qoymasa, guya endirimlə, faizsiz kreditlə, komissyonsuz, ilkin ödənişsiz-filan...ilə müştərilərini sevindirir. Əslində isə tam əksinədir. 
Müştərilərlə bağlı məsələyə keçməzdən öncə qeyd edək ki, bir müddət əvvəl paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Baku Elektronics” elektrik avadanlıqları  şəbəkəsinə  məxsus binanın damında usta  kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq öldü. 
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıldı. 
Nəticə nə oldu ? 
Nə vaxt jurnalistlər zəng vurursa, cavab verilir ki, hazırda iş üzrə istintaq davam etdirilir.
Görəsən, istintaq nə qədər davam edəcək ? 
Görəsən, şirkətin rəhbərliyi niyə cinayət məsuliyyətinə cəlb olunmur ?
Yaxud başqa bir fakt. 
Yenə bu yaxınlarda Dövlət Gömrük Komitəsi “Baku Electronics” MMC-ni  cərimələdi. 
Bəlli oldu ki, şirkət  ölkəyə gətirdiyi  məhsullarla bağlı, yəni idxal bəyannəməsini gizlədir. Və DGK-nın iddiası əsasında  Binəqədi Rayon Məhkəməsi  şirkətin məsuliyyət məsələsinə baxmalı idi. 
Ortada nəticə varmı ?
Əlbəttə, yox. 
Onda sual olunur ki, bu şirkətin arxasında kim durur ?
Şirkətin müştəriləri aldatması isə artıq gündəlik vərdişə çevrilib. 
Şirkətdən alınan məhsullar deffekt çıxır, amma şirkət nə həmin məhsulu təmir etmir, nə də geri götürmür. 
Yəni istehlakçıların hüquqları pozulur. 
Müştəri deyir ki, şirkətdən aldığım mobil telefon 14 gün  şirkətin servisində qalandan sonra yenə geri götürmədilər. 
Belə faktlar yüzlərlədir. 
Bir sözlə, Baku Electronics  30 ilə yaxındır ki, müştərilərini bezdirib. /Gundelik-baku.com/

Oxşar xəbərlər