Manşet
6-01-2022, 17:15
228
Elman Rüstəmovun şirkəti “Azərsu”nu niyə məhkəməyə verib ? - Bibisioğlu Talıbın 15-20 min dollarlıq macəraları...
Dayıoğlu-bibioğlu Elman Rüstəmov və Talıb Quliyev dövlət qurumlarına meydan oxuyur
Bir ay öncə mətbuatda belə bir xəbər yayılmışdı:
“Elman Rüstəmovun şirkəti “Azərsu”nu məhkəməyə verdi”.
Söhbət Mərkəzi Bankın sədri Elman Rüstəmova məxsus olduğu deyilən və qarşı tərəfin təkzib etmədiyi "Karvan-K” İstehsalat Kommersiya Firmasından gedir.
Bəli, Karvan-K” İstehsalat Kommersiya Firması "Azərsu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verərək dəyən ziyanın ödənilməsini tələb edir.
İddia hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır.
Ölkə mediasının yazdığına görə, Elman Rüstəmovun şirkəti ilə dövlət qurumu “Azərsu” arasındakı məhkəmə çəkişməsinin səbəbləri BƏLLİ DEYİL.
Doğrudan da ilk baxışdan adama qəribə gəlir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov hara, “Azərsu” hara ?
Bəlkə, “Azərsu” Elman Rüstəmovun suyunu kəsib, bəlkə baş bankir su borcunu ödəyə bilmir, bəlkə...
Bəli, araşdırmaçı jurnalistlər baş sındırır ki, Elman müəllimlə “Azərsu” arasında nə problem ola bilər ?
Gündəlik-Bakıya daxil olan məlumata görə, Elman Rüstəmovun şirkəti ilə “Azərsu” arasında ciddi prpoblem yaşanır.
Belə ki, Elman Rüstəmova məxsus olduğu deyilən və şəriki bibisi oğlu Talıb Quliyev tərəfindən idarə olunan “Karvan-K” firması “Azərsu” ASC-dən milyonlarla dəyəri olan layihələri tenderdə udub.
Əlbəttə, söhbət həqiqi tenderdən getmir.
Baş bankir Elman Rüstəmovun təzyiqlərindən sonra “Azərsu” böyük layihələri onun bibisi oğlu Talıb Quliyevə verib.
Talıb Quliyev isə külli miqdarda dövlət vəsaitini mənimsəyərək “Azərsu”nu pis vəziyyətdə qoyub.
Belə ki, Talıb Quliyevin Biləsuvarda, Lənkəranda, Ağcabədidə çəkdiyi kanalizasiya xətlərinin heç biri normal fəaliyyət göstərmir. Çünki bütün boruların dərinlikdə olan ötürücüləri quraşdırılmayıb, dəyəri milyonlarla olan avadanlıqlar hesabdan “silinib”. Bütün kanalizasiya xətləri bərbad durumdadır. Və “Azərsu” rayon sakinləri qarşısında biabırçı vəziyyətdə qalıb.
Və “Azərsu” Talıbla, yəni “Karvan-K” şirkəti ilə müqaviləni pozub.
Beləcə, Elman Rüstəmov hirslənərək “Azərsu”ya qarşı məhkəmə iddiası qaldırıb.
Yəni qara məni basınca, mən qaranı basım.
Ümumiyyətlə, Elman Rüstəmov və onun bibisi oğlu Talıb Quliyevin əməlləri bununla bitmir.
Belə ki, "Karvan-K” İstehsalat Kommersiya Firması bir neçə il əvvəl medianın diqqət mərkəzinə düşüb. Həmin vaxt şirkətin adı əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif cinsli (şam, sərv və qarağac) ağacların məhv edilməsində hallanırdı.
Baş Prokurorluğun bu barədə yaydığı məlumatda bildirilirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmaların nəticəsi olaraq ağacları kəsən fəhlələr saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, "Karvan-K” İstehsalat Kommersiya Şirkəti Elman Rüstəmova məxsus olan “Planet” şadlıq sarayının mülkiyyətçisidir.
İndi gördünüzmü, ağacları kəsən fəhlələr həbs olunur, onlara göstəriş verən Talıb isə öz kefindədir.
Hətta Talıb Quliyev hadisə yerinə gələn Ekologiya nazirliyinin işçilərini də döyərək deyib ki, yaxşı eləyib kəsmişəm, bilirsiniz mən kiməm..?
İndi gördünüzmü, Talıb hansı “hünərin” sahibidir.
Hələ bu harasıdır ?
Talıb Quliyev qazandığı milyonlar hesabına Nizami rayonu ərazisindəki 2 mərtəbəli evləri satın alaraq göydələnlər tikdirir. Hətta binalardan biri yolun ortasında, “Planet”in yanında tikilib.
Talıb Quliyevin əməlləri bununla bitmir.
Bir müddət əvvəl Talıb Quliyev Sabunçunun icra başçısı ilə razılaşaraq Ramanı qəsəbəsində 10 hektar torpaq sahəsini hasara alıb, hətta özünə villa da tikdirib.
Talıb da başqa oliqarxlar kimi bahalı avtomobil kolleksiyasına sahibdir. Onun da övladları Almaniyada oxuyur, həyat yoldaşı da orada yaşayır.
Hələ bu harasıdır ?
P.S. Talıb Quliyev təkcə “Azərsu”ya atmayıb. Onun “SOCAR”a necə və nə qədər atması barədə növbəti yazıda.
Bizi izləyin. /Gundelik-baku.com/