Sabiq deputat Nəriman Əliyev yaşıllıqları məhv edir… - İrandan “konserva” qutularında Rusiyaya “qaragilə” daşımağını nə tez unutdun ?
7-01-2022, 12:23
152

Sabiq deputat Nəriman Əliyev yaşıllıqları məhv edir… - İrandan “konserva” qutularında Rusiyaya “qaragilə” daşımağını nə tez unutdun ?

Buna nə deyirsən, Nəriman ?

Nəriman, sənin baban Lenin deyirdi ki, “Faktlar yaman tərs şeydir”..


Milli Məclisin sabiq üzvü, keçmiş deputat  Nəriman Əliyevlə bağlı mediada nələr  yazılmayıb ? 
Kimlərsə deyir ki, sabiq deputatın  ali təhsil diplomu saxtadır, guya o rus dilini bilmədiyi halda  Rusiyanın Rostov şəhərində Allah qoymasa, “yurfaktı”  bitirib. 
 Biz əlimizdə fakt olmadığı üçün belə məsələlərə vaxt ayırmırıq. Amma...
Əmması odur ki, Nəriman müəllim, rus dilində deyirlər heç feilin keçmiş, indiki və gələcək  zaman fərqini bilmir. Onda bu adam rus dilində necə universiteti bitiirb?
Özü də  “yurfaktı” ee...
Hətta Nəriman müəllimin ötən əsrin 90-cı illərində İrandan “konserv”  qutularında nəsə  gətirməsi də çox ciddi məsələdir. Amma əlimizdə fakt yoxdur deyə...
Media  neçə ildir yazır ki, “Ştutqart” ehtiyat hissələri mağazaları  Nəriman müəllimə məxsusdur. Guya Nəriman müəllim orada alman məhsulu adı ilə “kitayski”   “zapçast”ları  satır...
Bu barədə də konkret heç nə deyə bilmirik. Çünki əlimizdə fakt yoxdur. 
Amma indi əlimizdə FAKT var, Nəriman müəllim. Özü də DAŞDAN KEÇƏN FAKT...
Buna nə deyirsən, “konserva” qutusunda İrandan Rusiyaya “qaragilə”  daşıyan, Nəriman deputat ?
Belə ki, neçə gündür  ölkə mediası sizin yaşıllıqları məhv etməyiniz barədə yazır. 
Eks deputat Nəriman Əliyev dövlət qanunlarına zidd olaraq heç kəsdən çəkinmədən kimlərəsə arxalanmaqla zəbt etdiyi ərazilərdə  ağacları kəsir. Nəriman Əliyevin işçilərindən Abutalıb Ağayevin verdiyi məlumata görə  Nəriman Əliyev hələ deputat olduğu dövrdə belə ciddi biznes fəaliyyəti ilə məşğul olub. 
Belə ki, kimlərinsə dəstəyi və himayəsi ilə qurduğu “Ştutqart” ehtiyat hissələri mağazalarının mərkəzi anbarı kimi istifadə etdiyi Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, köhnə MTN-nin hazırki DTX-nin akademiyasının yaxınlığındakı 50  SOT  ƏRAZİNİ  zəbt etməklə oranı hasarlayıb və öz adına rəsmiləşdiribdir. Həmin ərazilərdə hələ sovet dövründə ekologiyanın sağlamlaşdırılması məqsədilə əkilmiş sağlam ağacaları kəsməklə yerində 4000 kvadartlıq üç mərtəbəli anbar və 700 kvadratlıq ofis tikmişdir. Yerdə qalan ərazidə qalan əlavə 37 ağacı kəsməklə isə yeni anbar tikintisi üçün hazırlamışdır. Çoxlu sayda ağacların kəsilməsinin böyük cinayət olduğunu bildiyi halda bu işin necə olacağını ona sorğulayan yaxınlarına isə bildirmişdir ki, hazırki ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev onunla deputat həmkarı olmuş və eyni zamanda hazırda da möhkəm dostdur. Ona görə də ona heç kəs heçnə edə bilməz və özü şəxsən Nazir müavini Firdovsi Əliyev ilə danışdığını ondan icazəsini almaqla bu işi görür. Maraqlıdır ki, sıravi insanlar bir ağac kəsməklə külli miqdarda cərimə edildiyi halda eks deputat doğurdanmı nazirdən icazə almaqla çoxlu sayda ağacları kəsib yerində anbar tikmək istəyir?!
Başqa bir  təptəzə məlumat: 
Eks deputat Nəriman Əliyev Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 "C" ünvanında anbar sahəsini artırmaqla ərazini pul və ya nüfuz hesabına zəbt edərək adına rəsmiləşdirib. Daha sonra həmin ərazidə ağacları kəsərək məhv edib və boş ərazi şəkilində saxlanıb. 
Bəli, Nəriman Əliyev  bütün bu deyilənlərə etiraz olaraq  mediaya bildirib ki, bunlar şər-böhtandır, adı çəkilən ərazi və obyekt ona məxsus deyil.
Həə, Nəriman, inid sənə  SƏNİN ADINA OLAN “KUPÇA”LARI TƏQDİM EDİRİK…
Nəriman, sənin baban Lenin deyirdi ki, “Faktlar yaman tərs şeydir”..
Buna nə deyirsən, Nəriman ? /Gundelik-baku.com/

Oxşar xəbərlər