Zaur Hüseynov METRODAN YEDİYİ MİLYONLAR…- Zaur Hüseynovun oğlu Həbibin Londonda, Abu Dabidə 100 milyonluq biznesi…
10-01-2022, 11:35
315

Zaur Hüseynov METRODAN YEDİYİ MİLYONLAR…- Zaur Hüseynovun oğlu Həbibin Londonda, Abu Dabidə 100 milyonluq biznesi…

Hüseyn Arabuldan milyonlar qazanan  Zaur Hüseynov…

O, korrupsiya əməllərini indi “Metro”da davam etdirir 




Metro deyəndə hamının ağlına ilk olaraq Tağı Əhmədov gəlir. 
Bir şeyi nəzərə alın ki, Azərbaycanda bu qədər istifadəçinin olduğu ikinci bir sahə yoxdur. 
Hər gün MİLYONLAR-la insan 30 qəpiyini ödəyib metrodan istifadə edir. Bu təxminən gündə yarım MİLYON MANAT, ayda 15 MİLYON MANAT deməkdir. 
Bütün ölkə Tağı Əhmədovun dövründə hər 4 jitondan birinin dövlətdən gizlədildiyini bilir. Bu ayda milyonlar deməkdir. İndi hesablayın ki, bu,  ayda ən azı  4-5 MİLYON deməkdir. İndi bu rəqəmin üzərinə metrodakı xırda ticarətdən  gələn milyonları əlavə edin və METRO-dakı RÜŞVƏT  VƏ KORRUPSİYANIN MİQYASINI hesablayın. 
Hələ  metronun tikintisində, köhnə  vaqonların baha qiymətə alınıb “kraskalanıb”  təzə adı ilə dövlətə satılmasındakı  milyonları da əlavə edin...
İndi az-çox təsəvvürünüzə gətirə bildinizmi metro nə deməkdir ?

Tağı Əhmədov əbəs yerə demirdi ki, filankəsə 3 milyon, o birinə 5 milyon verdim. 
Bu yaxınlarda bəlli oldu ki,  Tağı Əhmədov biznesmenlərə faizə, sələmə 4-5 milyon pul verib.
Bu hələ mövcud olanların  az hissəsidir. 
İndi isə keçək əsas məsələyə. 
Bəli, Tağı Əhmədovun  xələfi, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri  Zaur Mir Tofiq oğlu Hüseynov  Tağıdan da artıq  qaz vurub qazan doldurur. 
Zaur Hüseynovun  QAZ(ancı)ına keçməzdən öncə görək bu adam kimdir,  nəçidir ? 
Bu adam Bakıda anadan olub, “AZİ”ni bitirib, guya 50 yaşdan sonra Amerikada hansısa universiteti bitirib. Bu lap gülünc məsələdir. 
 Zaur Hüseynov  30 İL  HARADA olması ilə bağlı yazır: 
Respublikanın İRİ MÜƏSSİSƏLƏRİNDƏ MƏSUL VƏZİFƏLƏRDƏ çalışmışam. 
Hansı  idarə, hansı vəzifə ? 
Görəsən, bu idarənin, bu vəzifənin adı-zadı yoxdur ? 
Nə isə,  Zaur Hüseynov  2014-cü ildə  “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunub. 
Və 7 il ərzində Londonda  özü üçün böyük bir  biznes imperiyası qurub. 
Bəli, Zaur Hüsynovun oğlu Həbibin adına Londonda 4.8 milyon funt sterlinq  dəyərində  aktivləri olan şirkət var. 
Bir soruşan yoxdur ki, bu cavan oğlan bu milyonları necə qazanıb ? 
Həbib Hüseynzadə  İngəltərənin ən böyük şirkətlərindən birini pulla alıb. Hazırda İngiltərədə yaşayış  evləri tikir. 
Oğulbalanın görək şərikləri kimlərdir ?
Vaxtilə Azərişığa  milyonlarla sayğac  satan xarici şirkətlər. 
İndi aydın oldumu..?
Bəli, Zaur  Hüseynov Azərişıqda  1-ci müavin vəzifəsində çalışarkən bu xarici şirkətlərə “bazarlıq”  edib. İndi həmin şirkətlər də gənc Həbibə dəstək verirlər. 
İndi həmin şirkətlər həm də  “METRO”  ilə əməkdaşlıq, daha doğrusu, “bazarlıq”  edirlər. 
Elə bilirsiniz, Zaur Hüseynovun  biznesi Londonla  bitir. Ay-hay. 
Zaur Hüseynovun biznesinin səs-sorağı indi də Birləşmiş Ərəb Əmirliklərindən gəlir. 
Bəli, gənc Həbib burada neft və qaz investisiyalarının rəqəmsal aktivlərə çevrilməsi məqsədilə yaradılan “Permian Holding SPV Ltd” şirkətinin müstəqil direktorudur. Bu şirkət Şərqi Texasda (ABŞ) kəşfiyyat və hasilatla məşğul olan bir Kanada şirkətində ümumi paya sahibdir.
Həbib digər məmur övladları kimi avtomobil kolleksiyasını çox sevir. O, hər ikisi “090” nömrəsi daşıyan “Chevrolet Camry” və “Audi S7” minik avtomobillərinə sahibdir.
Deməli, oğlunun  milyonları ilə bağlı suallara isə  Zaur Hüseynov heç vaxt cavab verməyib. 
Görünür  Zaur Hüseynov kimilər “susmaqla da qızıl”  qazanırlar… /Gundelik-baku.com/

Oxşar xəbərlər