Elnur İsgəndərovun LİRİKA-sı... - Söhbət “Elnur” apteklər şəbəkəsində satılan Lyrica psixotrop dərmandan gedir...
11-01-2022, 15:37
173

Elnur İsgəndərovun LİRİKA-sı... - Söhbət “Elnur” apteklər şəbəkəsində satılan Lyrica psixotrop dərmandan gedir...

Saxta və qadağan olunmuş dərmanları satmaqla Elnur İsgəndərov milyonçuya çevrildi..

Elnuru həbsdən kimlər azad etdirdi ..? 


Əsas mövzuya keçməzdən öncə  qeyd edək ki, bir müddət əvvəl  vətəndaşlardan biri  sosial şəbəkədə   Bakının  “Azadlıq”  prospektində  dərmanların  topdansatış  məntəqəsi kimi tanınan  “Elnur”  adlı  aprek-depo ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişdi. 
Vətəndaş öz müraciətində  bildirirdi ki, adı çəkilən aptekdə satışına reseptsiz icazə verilməyən dərmanlar fırıldaq  yolu ilə satılır. 
Hansı ki, bu dərmanlar ancaq  nevropotoloqun icazəsi, resepti ilə satıla bilər.  
Müraciətdən bəlli olurdu ki, bu apteklər şəbəkəsində cinayət əməlləri baş verir. 
“Elnur” apteklər şəbəkəsinin kimə məxsus olması ilə bağlı apardığımız  media araşdırması zamanı dəhşətli informasiya ilə rastlaşdıq. 
Deməli,  bu şəbəkə Elnur İsgəndərov adlı şəxsə məxsusdur. 
Bu adam  2002-ci ildə  saxta dərman və qadağan olunmuş psixotrop maddələr satdığına görə həbs olunub. 
Təsəvvür edirsiniz, Elnur İsgəndərov  bir qrup şəxslə saxta dərman satışı ittihamı ilə həbs edilib. Həmin dəstə üzvləri dərmanların tərkibini və qutularını saxtalaşdırmaqla məşğul olurmuş. 
Daha dəqiq desək, bu cinayətkar dəstə  VAXTI KEÇMİŞ dərmanları əhaliyə satmaq üçün MƏTBƏƏLƏRDƏ saxta içlik və üzərində saxta tarix olan qutular düzəltdirib köhnə dərmanları təzə adı ilə əhaliyə satırmışlar. Yəni əhalinin sağlamlığına dəhşətli zərbə vururmuşlar. 
Bu dəstə başda Elnur olmaqla həbs olunsa da, az müddət sonra Elnur azadlığa çıxıb, amma mətbəə işçiləri  həbsxanada qalıb. 
Təsəvvür edirsiniz,  cinayətin sifarişçisi azadlığa çıxır, adi mətbəə işçiləri isə cəza çəkir. 
Elnur təkcə azadlığa çıxmadı...
Həbsdən azad olunan Elnur İsgəndərov şəbəkəsini və cinayət əməllərini daha da genişləndirməyə başladı. 
Əlbəttə, Elnur elə-belə azadlığa çıxmadı, onu azadlığa çıxardan və ona şərait yaradan şəxslər var idi. 
Elnur İsgəndərov hazırda öz dərman biznesini davam etdirir, o, dərman manopoliyasının bir hissəsinə nəzarət edən ən varlı adamlardan biridir.
Elnur İsgəndərovun apteklər şəbəkəsində dövlət tərəfindən qadağan olunmuş Lyrica , Tramadol, Tropin, Contramal kimi psixotrop dərmanları satılır.
Bəli, bu dərmanlar  azərbaycan gənclərini zəhərləyir, məhv edir. 
Əgər  Elnur  layiq olduğu cəzanı alsaydı, bu gün çirkin əməllərini davam etdirə bilməzdi. Həm də daha geniş şəbəkədə, dərman depolarında, apteklərdə davam etdirir. Və qadağan olunmuş, həm də saxta dərmanları satmaqla milyonlar qazanır.  
P.S  Görəsən adi vətəndaşların, juranalistlərin gördüyü bu həqiqətləri  niyə hüquq-mühafizə orqanları görmür ? 
Niyə görmək istəmirlər ?  /Gundelik-baku.com/

Oxşar xəbərlər