Hacıbala Abutalıbovun dostu Vaqif Novruzov Cavid parkındakı çayxananı Qarabağ veteranlarından aldı…
17-01-2022, 11:52
131

Hacıbala Abutalıbovun dostu Vaqif Novruzov Cavid parkındakı çayxananı Qarabağ veteranlarından aldı…

Və qardaşı  Rüfət Novruzova verdi….

Vaqif Novruzovun həkim qızı Gülşən xanım həmin çayxanaları ŞAURMA şirkətinə icarəyə verib…


Yaşıllaşdırma Birliyinin mərhum rəisinin cinayət əməlləri…

Bu yazıya  obrazlı bir ifadə ilə başlamaq istəyirik. Diqqətli oxucular özü başa düşəcək, söhbət nədən gedir. Nə mənada ?
Hamı vergidən, gömrükdən-filandan danışır, amma bilmirlər ki, elə qurumlar var ki, atalar demişkən...
Çaqqal var gödən dağıdır, qurdun adı bədnamdır...
Bəli, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Yaşıllaşdırma  Təsərrüfat  Birliyi sanki korrupsiya yuvasıdır. Və hamı düşünür ki, adi bir birlikdir dəə... 
Uzun-uzadı  bu qurum haqqında bəhs edib oxucunu yormaq istəmirik. 
Amma qısaca onu qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı əsasında ləğv edilmiş Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin hüquqi varisidir. Həmin rəsmi saytdan onu da öyrənmək olar ki, Birlik təsərrüfat hesablı, müstəqil balansa malikdir, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən MALİYYƏLƏŞƏN hüquqi şəxsdir. 

Yuxarıda sadalanan hüquqi imkanlar çərçivəsində Birliyin istər keçmiş Sovet respublikaları və istərsə də digər xarici ölkələrdən müxtəlif əkin materialları (tinglər, ot toxumları, gül toxumları, gül ştilləri), müxtəlif avadanlıqlar və texnikalar almaq  səlahiyyəti  var.  
İndi isə oxucunu yenə yormadan Birliyin nəzdindəki idarələrin sadəcə  ADINI qeyd edək: Adını haa…
1. "Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi
2. Ağac Bəzək Bitkiləri Sovxozu
3. Avtonəqliyyat idarəsi 
4. Bitkilərinin Mühafizəsi Stansiyası 
5. Su quyularının İstismarı və Təmiri Xidməti idarəsi 
Və s…
İndi bir neçə rəqəmə nəzər salaq. 
Guya bu qurum  avtomobil yollarının ətrafında 6 milyon ağac yetişdirib, son illər 103 min hektar ərazidə meşə salıb, 80 milyon ağac yetişdirib. 
80 milyon ağac bilirsiniz nə deməkdir ??
Bəli, uzun illər bu quruma  Bakı ŞİH-nin başçısı Hacıbala Abutalıbovun biznes şəriki və dostu Vaqif Novruzov rəhbərlik edib. 
Bu adam  100 min hektar meşə salmaq, 100 milyon ağac yetişdirmək adı altında 100 milyonları mənimsəyib. 
Təkcə onu qeyd edək ki, Vaqif Novruzov tədbirlərlə bağlı  Hollandiyadan, uzaq Argentinadan bahalı güllər gətirmək adı altında milyonları mənimsəyib. 
Bu siyahını sonsuza qədər uzada bilərik. Amma ehtiyac yoxdur. 
Bəs əslində nə baş verib ? 
Birliyin baş direktoru Vaqif Novruzovun əməlləri sayəsində yaşıllıqlar məhv edilib, ona məxsus çayxanaların sayı durmadan artıb. Bu çayxanaların çoxu konkret olaraq Vaqif Novruzova məxsus olub. 
Məsələn, Hüseyn Cavid parkındakı  çayxana vaxtilə   Qarabağ  müharibəsinin iştirakçılarına qanuni olaraq verilmişdi. Ki, ailələrini dolandırsınlar. 
Sonradan Hacıbala Abutalıbovun xeyir-duası ilə Vaqif Novruzov həmin çayxananı  Qarabağ veteranlarından alaraq qardaşı Rüfət Novruzova verdi. Sonra həmin parkın ərazisindəki qiymətli ağaclar kəsildi və bu dəfə Vergilər və Ədliyyə Nazirliyi ilə üzbəüz iki çayxana tikildi. 
Hətta yaşlı insanların yadında olan həmin ərazidəki tualeti də Vaqif Novruzov ələ keçirdi. 
Bu gün həmin ərazidəki 2 böyük çayxana Vaqif Novruzovun ailəsinə məxsusdur. 
Düzdür Hacıbala Abutalıbov vəzifəsindən gedəndən sonra Vaqif Novruzov  təbiətə vurduğu ziyana görə, bakı meriyasına 1.8 milyon ödəməyə məcbur oldu. 
Yeri gəlmişkən, həmin ərazidəki  qiymətli şam ağaclarını Vaqif Novruzov göbələk xəstəliyi adı altında doğradaraq məhv elədi. 
Amma mütəxəssislər bilir ki, həmin şam ağaclarına normada 500 litr su verilməlidir. Amma Vaqif Novruzov kimilər həmin şam ağaclarının dörd tərəfini daş-çınqılla elə hörmüşdülər ki, ağaclar qurumağa məhkum idi. 
Beləcə  mərhum Vaqif Novruzov  Bakı şəhərində çayxanalar kralına çevrildi. 
Nə isə…bütün bunlar illər öncə baş verib. Bəs bu gün…? 
Gündəlik-Bakıya daxil olan məlumata görə, hazırda Vaqif Novruzovun qızlarından biri, hazırda Sabunçu doğum evində həkim işləyən Gülşən xanım, vaxtilə Qarabağ veteranlarına məxsus olan çayxanaları ŞAURMA şirkətinə icarəyə verib. 
Yeri gəlmişkən, mərhum Vaqif Novruzovun  2 qız övladı var. 
Növbəti araşdırma mövzumuz ilə bağlı ANONS vermək istəyirik. 
Rəsmi sənədləri Qarabağ veteranılarında olan həmin ərazidəki çayxanaları Vaqif Novruzovun qızı hansı hüquqi sənədlə icarəyə verib ? 
Bizi izləyin. /Gundelik-baku.com/

Oxşar xəbərlər