Mərdəkan Dendrarisində nələr baş verir ? - Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov buranı ailə şirkətinə çevirib…
17-01-2022, 18:27
125

Mərdəkan Dendrarisində nələr baş verir ? - Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov buranı ailə şirkətinə çevirib…

Ramiz Mehdiyev  Dendrariyə gələndə avtomobildən düşmədi…

Məlumat üçün  qeyd edək ki,  haqqında bəs edəcəyimiz  Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur.
1924–1926-cı illərdə Ümumittifaq Tədbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926–1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936–1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945–1964-cü illərdə E.T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası, 1964–1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. 1966–1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adına layiq görülüb.
Bura qədər qısa  tarix. 
Yəni  bir neçə ildir ki, Dendrologiya İnstitutu  cənab Ramiz Mehdiyevin tabeçiliyində idi. 
Bu parkın girişində yazılıb:
5 yaşadək – pulsuz, 
5-9 yaş arası – 1 manat,
9 yaşdan yuxarı olanlar üçün – 2 manat,
Xarici vətəndaşlar üçün – 5 manat 
Bura  hər gün 80-100 avtobus dolu insan gəlib parkı gəzir. 
İndi hər gün nə qədər gəlir olduğunu özünüz hesablayın. 
Məlumat üçün onu qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun drektoru Tofiq Məmmədovdur. 
Görək Tofiq  Məmmədov kimdir ? 
Tofiq Məmmədov  1957 - ci ildə Naxçıvanın Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirmişdir. 1982-1986-ci illərdə müxtəlif təşkilatlarında çalışmışdır.
1996-cı ildən isə AMEA-nın Dendrologiya İnstitutuna (AMEA -nın Mərdəkan Dendrarisi) direktor vəzifəsinə təyin edilmişdir. 
Bu adam dendraridən hər ay  500-600 min manat pul qazanır. 
Tofiq Məmmədovun qardaşı  Afiyəddin onun müavini, bacısı  Şanşərəf  xanım komendant, bacısı oğlu Rauf direktor müavini, bacısının əri  təsərrüfat üzrə müavindir. 
Direktorun öz gəlinləri, bacısının gəlinləri, bacısının nəvəsi, bir sözlə, 50-dən çox qohumları Dendraridə çalışır. Qohumu Samirə xanım isə direktor müavinidir. 
Bir sözlə, ailə  şirkəti. 
Parkın ərazisi 12 hektardır. İşçilər arasında fəhlə ştatı yoxdur, hər şeyə laborantlar xidmət edir. 
Bəs görəsən fəhlə işlərini kimlər görür ? 
Təsəvvür edirsiniz, təkcə gül-çiçək əkilməsi üçün 28 min manat pul silinib. 
Görəsən, direktor  Tofiq Məmmədov ayrıca tabelləri nə üçün tutur ? 
Parkda ağaclar  göbələk xəstəliyi adı ilə kütləvi kəsilir. Ağacları sulamırlar ki, qurusun və kəssinlər. Hətta ağacları dibində su üçün yer yoxdur. 
Deməlİ, sonuncu dəfə Ramiz Mehdiyev parka gələndə hətta avtomobildən düşmədi və…”dolya”nı deyib getdi. 
P.S. Araşdırma yazsını çapa hazırladığımız ərəfədə məlum oldu ki, Baş nazir Əli Əsədov Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin yaradılması haqqında Qərar imzalayıb.
Beləliklə yuxarıda qeyd etdiyimiz Dendrologiya parkı AMEA-nın, yəni Ramiz Mehdiyevin nəzarətindən çıxarılaraq  Bakı ŞİH-nin tabeçiliyinə verilir. 
Bu bir daha bizim yazdıqlarımızın həqiqət olduğunu göstərir. /Gundelik-baku.com/

Oxşar xəbərlər