Vüqar Səfərli Əli Həsənov və oğlu Şamxaldan sonra Müşfiq Ələsgərlini hədəfə alacaq… - SOROS-un ölkəmizdəki buyruqçusu Müşfiq Ələsgərlidir ?
19-01-2022, 11:25
158

Vüqar Səfərli Əli Həsənov və oğlu Şamxaldan sonra Müşfiq Ələsgərlini hədəfə alacaq… - SOROS-un ölkəmizdəki buyruqçusu Müşfiq Ələsgərlidir ?

Məlumdur ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru, hazırda həbsdə olan  Vüqar Səfərlinin sonuncu  müraciəti  çox uzağa gedən hədəfə hesablanıb. 
Belə ki, heç kimin gözləmədiyi halda Vüqar Səfərli baş verən cinayət əməllərinə aydınlıq gətirmək üçün PA-nın sabiq şöbə müdiri Əli Həsənovu və onun oğlu Şamxal Həsənlini məhkəməyə dəvət elədi. 
Nəinki dəvət elədi, hətta açıq tekstlə bəyan etdi ki, baş verən cinayət əməllərinə görə, Əli Həsənov  və oğlu Şamxal Həsənli məsuliyyət daşıyır. 
Vüqar Səfərli bir az da uzağa gedərək bildirdi ki, mən pulları Əli Həsənovun oğlu Şamxala vermişəm. 
İndi hamı düşünür ki, bu prosesin ardı necə olacaq ? 
Gündəlik-Bakıya daxil olan məlumata görə, Vüqar Səfərli növbəti  açıqlamasında  daha bir neçə adamın adını çəkəcək və onları  cinayət əməllərində ittiham edəcək. 
Bir vaxtlar qapı-qapı düşərək Vüqar Səfərli üçün pul toplayan, onun bağışlanmasını vəzifəli şəxslərdən xahiş edən  Müşfiq Ələsgərli son baş verənlərdən əməlli-başlı qarınağrısına düşüb. Qorxur ki, bu dəfə Vüqar Səfərli onun adını çəkəcək. 
Ümumiyyətlə, Müşfiq Ələsgərli kimdir və nəçidir ?
Onun tərcümeyi-halına nəzər salaq:
1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.
1997-ci ildən etibarən ölkənin müxtəlif KİV-lərində fəaliyyət göstərib. 1997-ci ildə “Olaylar” İnformasiya Agentliyində şöbə müdiri, 1998-2001-ci illərdə “Bu gün” qəzetində siyasət şöbəsinin redaktoru, 2002-2003-cü illərdə “Cümhuriyyət” qəzetində araşdırmaçı jurnalist vəzifələrində çalışıb. 2005-ci ildə ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan Milli Komitəsinin layihəsi əsasında “Space” TV-də “Nəyi necə?” proqramının redaktoru olub.
Bəli, Müşfiq Ələsgərli ölkəmizə qarşı siyasi təxribatlar aparan ABŞ Milli Demokratiya İnstitutunun, yəni SOROS-un  nümayəndəsidir. 
Loru dildə desək, SOROS-un  işverənidir. 
SOROS  Azərbaycanda rəngli inqilablar törətmək istəyəndə  Müşfiq Ələsgərli kimi Azərbaycanda xeyli buyruqçusu var idi. Və o vaxtdan ona külli miqdarda pullar ayrıldı. 
Sonradan SOROS-un tapşırığı ilə Müşfiq Ələsgərli  1997-ci ildə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təsisçilərindən biri, təşkilat sədrinin müavini vəzifəsində çalışıb. 2003-cü ildən isə bu günədək  kimi JuHİ-nin sədridir.
2008 və 2013-cü illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. MŞ sədrinin müavini, MŞ Sosial Komissiyasının sədridir.
Beynəlxalq Jurnalistlər Federasiyasının (www.ifj.org) Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (www.ifex.org) üzvüdür.
Deməli, ölkəmizin əleyhinə iş aparan beynəlxalq qurumların üzvüdür. 
Bütün bunlarla bərabər  Müşfiq Ələsgərli Vüqar Səfərli və Əli Həsənovun muzdlu xidmətçisi olub. 
Jurnalistlər üçün tikilən binada ev-mənzil bölgüsündə Müşfiq Ələsgərlinin də öz payı olub. 
Onu da qeyd edək ki, Müşfiq Ələsgərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvüdür, yəni  Vüqar Səfərlinin  sağ əli olub. 
Yuxarıda qeyd etdiyimiz kimi Vüqar Səfəlinin növbəti sensasiyalı açıqlaması Müşfiq Ələsgərli ilə bağlı olacaq. 
Bir mahnıda deyilən kimi…
Səni deyirlər, Müşfiq Ələsgərli…. /Gundelik-baku.com/

Oxşar xəbərlər