Tarix müəllimi Hüseynqulu getdi, filosof Muxtar gəldi .. - Milli ekologiyamızın faciəli durumu...
19-01-2022, 15:21
298

Tarix müəllimi Hüseynqulu getdi, filosof Muxtar gəldi .. - Milli ekologiyamızın faciəli durumu...

Maksim Qorki deyirdi ki, Bakıda 7-8 ağac gördüm...

Nazir Muxtar Babayevin  “tüstü biznesi”...

Muxtar Babayev  vəzifəsindən getməlidir...


Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov ixtisasca  tarix müəllimi idi. 
Onun dövründə  Azərbaycanda nəinki meşələr, çaylar, göllər, hətta dağlar da qan ağladı. 
Bəli, təəccüblənməyin, əgər Hüseynqulu Bağırov icazə verməsəydi, daş karxanaları, qum-çınqıl  sexləri  təbiətimizi acınacaqlı günə qoymazdı.
Təsəvvür edin ki, çayların yatağını, körpülərin altını qazaraq Bakıya və digər şəhərlərə qum-çınqıl daşıyanlar fəlakətli vəziyyət  yaradırdılar. 
Dağları dağıdaraq  daş karxanası açanlar  milyonlar qazandılar. 
Biz hələ meşələrin başına açılan oyunlardan danışımırıq. 
Hüseynqulu Bağırovun dövründə paytaxt Bakıda 10 minlərlə ağaclar kəsildi və  yerində obyektlər tikildi. 
Bircə  faktı qeyd edək. 
Böyük yazıçı Maksim Qorki keçən əsrin əvvəlində Bakıda olarkən yazırdı ki, Bakıda  7-8 ağac  gördüm...
Təsəvvür edirsiniz,  7-8 ağac...
Bəli, Ulu Öndər Heydər Əliyev  dəfələrlə deyirdi ki, Bakının yaşıllaşdırılması üçün milyonlarla dövlət vəsaiti və....üstəlik  yüz minlərlə insanın zəhməti, əməyi sərf olunub... 
Amma bütün bunlara baxmayaraq ölkədə “yaşıl terror” neçə ildir davam edir.
Hətta bu barədə dəfələrlə Prezidentimiz İlham Əliyev cənabları məmurlara sərt xəbərdarlıq edib. 
Təsəvvür edin ki, Ulu Öndər 2  dəfə bu problemlə bağlı ciddi xəbərdarlıq edib. 
Birinci dəfə “Bir ağacın budağı kəsiləndə, elə bil qolumu kəsirlər” deyrərək xəbərdarlıq edib. 
İkinci dəfə isə Sumqayıtdakı məşhur müşavirədə “Bu ağacları kəsənlər elə bil mənim balamın başını  kəsirlər” deyərək, hiddətini bildirib. 
Amma, bütün bunlar Hüseynqulu Bağırov və digər məmurlara dərs olmayıb. 
Yaxşı, Hüseynqulu Bağırov erası başa çatdı. Bəs indi ? 
4-cü ildir ki, Azərbaycanın yeni ekologiya və təbii sərvətlər naziri var. 
Bəli, Muxtar Babayev  2018-ci ili aprel ayından   ekologiya naziridir. İki aydan sonra 4 il olacaq. 
Bu adam bu 4 ildə nə iş gördü..?
Hüseynqulu  Bağırov ekologiya naziri postundan gedəndə hamı sevindi ki, təbiətimizin canı bu “cəllad”dan qurtardı. 
Amma...
Əmması odur ki,  tarix müəllimi Hüseynqulu getdi və yerinə allah qoymasa, FİLOSOF Muxtar gəldi. 
Birincisi, FİLOSOF hara , ekologiya naziri hara ? 
Bunu da bir kənara qoymaq olar. 
Bəs Muxtar Babayev  niyə  4 ildə bir ciddi iş görmədi ?
Hətta indi çoxları Hüseynqulunun atasına rəhmət oxudur. 
Axı, nə qədər mediada  oxumaq olar ki, ərəblər  pul verib meşələrimizdə, daha doğrusu, milli qoruqlarımızda ov edir, quş quşlayırlar...
Sonra bəlli olur ki, ov edən ərəblər hansısa nazirin dostlarıdır.  
Nə olsun ? 
Məgər nazirin dostu ərəblər təbiətimizi məhv etməlidir ? 
Hər gün oxuyuruq ki, meşələrimizi  mebel mafiyası məhv edir. 
Meşələrimizdə  donuzçuluq fermaları  inkişaf edir. 
Meşələrimizdə...bəli narkotik yetişdirirlər. 
Cənab Muxtar Babayev, bəs  sənin meşə bəyilərin hara baxır ? 
Axı, dövlət meşə gözətçilərinə maaş  verir ki, meşələri qorusunlar ee...
Dövlət demir ki,  narkotik bitkiləri yetişdirənlərə kömək elə...
Son iki gündür ki, ölkə mediası  sabiq deputat Nəriman Əiliyevin  ağacları məhv etməsindən danışır...
Bircə dəfə də  nazir Muxtar Babayevin səsi çıxmır ? 
Hətta deyirlər ki, Nəriman Əliyev  nazir Muxtar Babayevlə yaxın dostdur...
Muxtar Babayev  nazir olandan sonra  elə biznes sahələri kəşf edib ki...adam eşidəndə məəttəl qalır.
Bəli, nazir  Bakı şəhərində  tüstü biznesindən milyonlar qazanır.
Belə ki, şadlıq evlərinə  tüstü ilə bağlı xəbərdarlıq edilir. Və sonra şadlıq evlərinə çox bahalı qiymətə  tüstü ilə bağlı avadanlıqlar təklif edilir. 
Həmin avadanlıqları ancaq Muxtar Babayevin qohumları ölkəyə gətirir.  
İndi gördünüzmü, Muxtar Babayev təkcə tüstüdən milyonlar qazanır. 
Biz hələ  Muxtar Babayevin balıq, brakonyer  biznesindən danışımırıq. 
İndi gördünüzmü, filosof  Muxtara baxanda tarix müəllimi Hüseynqulu toya getməli idi..
Deməli,  Muxtar Babayevin getmək vaxtı çoxdan çatıb... /Gundelik-baku.com/

Oxşar xəbərlər