Nizam Osmanovun hərbi hissələrdəki hinduşka fermaları… - Osmanov hərbi təhsil olmayan qardaşı oğlu Osmanov Vasif Ramizoviçi necə komandir təyin edib?
21-01-2022, 11:34
133

Nizam Osmanovun hərbi hissələrdəki hinduşka fermaları… - Osmanov hərbi təhsil olmayan qardaşı oğlu Osmanov Vasif Ramizoviçi necə komandir təyin edib?

Hərbi hissələrin həyətindəki mağazalardan ayda nə qədər pul alınır ? 

Mərkəzi Ordu İdman Klubunun yerini kim satıb, Osmanov? 


Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant  Nizam Osmanov mediaya açıqlamasında bildirir ki, onun övladları barədə böhtan yazırlar, övladları  guya Amerikada yaşamır-filan…
Gündəlik-Bakı olaraq cənab Osmanova  bildiririk ki, bizim kiminsə övladı ilə işimiz yoxdur, Allah bütün övladları qorusun. 
Kiminsə övladının Amerikada yaşaması da bizim üçün müzakirə mövzusu deyil və Amerikada yaşamaq  qəbahət və cinayət deyil. 
Bizim üçün müzakirə mövzusu olan konkret siz özünüzsünüz. 
Çünki cənab Prezident sizə etimad göstərib nazir müavini, Baş idarənin rəisi təyin edib. Sizin oğlunuz, yaxud qızınız niyə məsuliyyət daşımalıdır?
Siz orduda  yaratdığınız neqativ hallara görə cavab verməlisiniz. 
Bizincisi ondan başlayaq ki, siz cənab Osmanov, uzun müddət Baş qərargahın sabiq rəisi Nəcməddin Sadıqovun müavini olaraq ordumuzda çox əməllər törətmisiniz. 
Amma təəssüf ki, Nəcməddin Sadıkov, Xaqani Cəbrayılov kimi  generallar ordudan uzaqlaşdırılsa da, sizi kimlərsə qoruyub saxlaya, hətta nazir müavini təyin etdirə bildi. 
Cənab Osmanov ! Siz 1992-ci ilədək Rusiya Ordusunun Uzaq Şərq hərbi hissəsində qulluq etmisiniz. Nə oldu birdən-birə təcili olaraq  Azərbaycan ordusunda qulluq etməyə gəldin ?
Daha doğrusu, səni kim(lər) və nə məqsədlə Azərbaycana göndərdilər ?
Sənin mənsubiyyətinlə də bağlı çox yazırlar. Amma bizim üçün  etnik mənsubiyyət maraqlı deyil, maraqlı olan tapşırılan vəzifənin məsuliyyətini başa düşməkdir. 
Sənab Osmanov !
Vəzifədə olduğun müddətdə qardaşın, hazırda Bakıda məktəb direktoru işləyən Osmanov Ramizin oğlanlarını orduda vəzifələrə yerləşdirdin. Yəqin hərbi hissə komandiri Osmanov Vasif Ramiz(oviç)dən söhbət getdiyini bildin. 
Cənab Osmanov, qardaşın uşaqlarının heç birinin hərbi təhsili olmadığı halda, onları necə komandir təyin etdirmisən ?
Qardaşın uşaqlarının komandir olduğu hərbi hissələrin həyətini hinduşka fermasına döndərmisən. 
Həmin hərbi hissələrin həyətindəki  mağazalardan ayda 5 min manat pul yığılır. 
Hərbi hissələrdəki yerdəyişmələrdən yığılan pulların miqdarını yaxşı bilirsən. 
Yeri gəlmişkən, onu da xüsusi qeyd edək ki, 44 günlük müharibədən əvvəl  qardaşın uşaqlarının yerini, döyüşdən uzaq, yəni təhlükəsiz  yerə dəyişdin. Niyə ? Sənin qardaşın uşaqları şəhid olan əsgərlərdən artıqdır ? 
Cənab Osmanov ! Hərbçilər üçün nəzərdə tutulan mənzil təminatını özün üçün şəxsi biznesə çevirmisən. Müdafiə Nazirliyinin Mənzil Hissələri ( JEK) sənin tapşırığınla bazar açıblar. Niyə bu barədə danışmırsan ? 
Amma övladlarınla bağlı mətbuatda bircə cümlə gedən kimi od püskürüsən. 
Məlumdur ki, hərbi qulluqçuların sosial-məişət və mənzil-kommunal şəraitlərinin daha da yaxşılaşdırılması həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olub.
Cənab Prezident İlham Əliyevin göstərişi ilə hərbçi ailələri üçün yeni binalar, hərbi şəhərciklər inşa edilib, külli miqdarda dövlət vəsaiti ayrılıb. 
Ayrılan pullar Nizam Osmanovun ətrafı üçün gəlir mənbəyidir. Bu isə hərbçilərimizi haqlı oalraq narazı salır. 
Cənab Osmanov, media sənin hinduşka  fermalarından başqa, mal-qara fermalarından uzun müddətdir ki, bəhs edir. Bu mal-qaranı hansı pulla almısan ? 
Nəcmədin Sadıqovun “kassiri” var idi, indi sən də özünə  Namiq adlı  “pulyığan”  təyin etmisən və Nəcməddinin əməllərini davam etdirirsən. 
Ordudan qovulan şəxslərə mənzil hədiyyə edirsən, başqa hərbçilər isə illərlə mənzil gözləyir. 
Osmanov, 3-cü mkr  dairəsindəki  kafeni hansı pulla alımısan ?
Bütün gizli görüşləri, sövdələşmələri həmin kafedə aparırsan. 
Həmin kafedə MAXE  xanımlarla  hansı söhbətlər gedir ?
Cənab Osmanov, səndən soruşuruq ki, Azərbaycandakı keçmiş sovet hərbi bazalarının ərazisi kimlərə satılıb ? Həmin ərazilərdəki villalar kimlərə məxsusdur?
Bütün bu əməllərinlə bərabər, yaman özündən razısan, cənab Osmanov. 
Heç naziri də bəyənmirsən, deyirsən, mən “kadrovik”əm, Qarabağda döyüşmüşəm, amma nazir döyüşməyib. 
Sən kimə belə arxayınsan, cənab Osmanov ? 
Bəlkə, Rusiyadakı dostlarına? 
P.S. Yeri gəlmişkən, Mərkəzi Ordu İdman Klubunun yerinin Cahangir Hacıyevə  neçəyə  satmısınız, Osmanov ?
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər