Manşet
24-01-2022, 17:49
7 288
Sabirabad Suvarma Sistemləri idarəsində Zakir Quliyev-Şafiq Heydərov cütlüyünün korrupsiya əməlləri…
Şafiq Heydərovun Bakıda bahalı mənzilləri…
Sabirabadda su kanalında leş, heyvan cəmdəyi, pampers axır, ay Şafiq….
Xeyli müddətdir ki, Gündəlik-Bakı olaraq Meliorasiya və Su Təsərrüfatı ASC-də baş verən qanunsuzluqlar, korrupsiya və rüşvət halları barədə yazırıq.
Qısaca onu bildirək ki, bu məsələdə jurnalist araşdırmasına, ekspert rəyinə-filana ehtiyac yoxdur.
Niyə ?
Çünki möhtərəm Prezidentimiz özü xüsusi müşavirədə bu sahədə hökm sürən neqativ meyllər barədə sərt danışaraq, ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırdı və bu itkilərin kimlərinsə MARAĞINDA olduğunu dilə gətirdi:
“Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Bəli, Prezident özü də deyir ki, bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə SİLİNİR…
Görəsən 40-50 faiz suyu, daha doğrusu, MİLYONLARI silənlər kimlərdir ?
Gündəlik-Bakı olaraq bəyan edirik ki, bu korrupsiya şəbəkəsinin başında ASC-nin sədr müavini Zakir Quliyev dayanır.
Zakir Quliyev başa düşmür ki, bütün dünyada, o cümlədən Azərbaycanda ən aktual problemlərdən biri sudur.
Çünki Zakir Quliyev üçün konkret olaraq öz cibi, öz biznesi var.
Ümumiyyətlə, bu Zakir Quliyev kimdir ?
Məlumat üçün qeyd edək ki, 1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
O, 2006-cı ildə isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini təyin olunanda yaxın qohumu-xalası oğlu Elman Nuriyevi öz yerinə, yəni Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib.
Yeri gəlmişkən, Zakir Quliyev öz yeznəsi Əflan İsmayılovu da Sabirabad Suvarma Sistemləri idarəsinin müdiri təyin etmişdi. O, indi rəhmətə gedib və onu Şafiq müəllim əvəz edir.
Həə, indi isə keçək əsas mətləbə.
Çünki Zakir Quliyev, onun qohumu Elman Nuriyev barəsində kifayət qədər yazmışıq.
Bəli, Zakir Quliyevin yeznəsi Əflan İsmayılov rəhmətə gedəndən sonra Şafiq Əhməd oğlu Heydərov Sabirabad Suvarma Sistemləri idarəsinin müdiri oldu. Əlbəttə, Zakir Quliyevin xeyir-duası ilə.
Daha doğrusu, Zakir Quliyev Şafiq Heydərovu yanına çağırır və deyir ki, idarəni Əflanın oğlu ilə ŞƏRİK işlədəssən…
Şafiq isə bütün qohumlarını idarədə vəzifəyə təyin edir, amma heç biri işə çıxmır…
Şafiq qısa vaxtda milyonlara sahib olur və Bakı şəhərində Dilarə Əliyeva küçəsində özünə çox bahalı mənzil alır.
Şafiq Heydərov dost münasibətdə olduğu işçisinin atasını idarədə yaxşı vəzifəyə təyin edir.
Bütün bu yazdıqlarımız ƏSAS MÖVZUYA keçid üçün idi.
ƏSAS MÖVZU NƏDİR ?
Əsas mövzu odur ki, Zakir Quliyev və Şafiq Heydərovun əməlləri sayəsində Sabirabad sakinləri leş, pampers, cəmdək və s zir-zibil axan sudan istifadə etmək məcburiyyətində qalıb.
Sabirabad sakinləri Gündəlik-Bakıya həyəcanla müraciət edərək deyirlər ki, Şafiq Heydərov bu günədək kanalın Nizami kəndindən Hacı Bəbirliyə qədər olan hissəsində 1 metr ərazidə də təmizlik işləri aparmayıb.
Sakinlər onu da qeyd edir ki, Şirvan su idarəsi ( rəis Azad Qurbanov ) Sabir su kanalı üzərində suyu təmizləmək üçün modul tipli qurğular düzəldib. Yəni Allah qoymasa suyu duruldub əhaliyə içməli su kimi verəcəklər.
Sabirabad camaatı haqlı olaraq soruşur ki, suyu durultmaqla onun mikrobunu, virusunu, leş iyisini necə yox edəcəklər.
Ən dəhşətlisi də odur ki, modul qurğularının ətrafı da zir-zibil məskənidir.
Sonda Sabirabad camaatı Azərsu-dan kömək istəyir və ASC-nin yeni sədrinə üz tutub soruşurlar ki, sənin islahatların nooldu, bəs ay Zaur Mikayılov ?
Nə vaxta qədər ASC-ni Zakir Quliyev, Elman Nuriyev, Şafiq Heydərovlar idarə edəcək ?
P.S. Heyvan cəmdəyi axan, leş iyi gələn suyu minlərlə uşaqlar içir, gənclərimiz zəhərlənir, ay Şafiq, ay Zakir.
Siz xalqa zülm edirsiniz. Bütün bunlara görə, cavab verəcəksiniz. Mütləq !