Abşeronun icra başçısı İradə Gülməmmədovanın KÖÇÜ... - İcra başçısı binadakı köhnə aftafanı, qab-qacağı, hətta idmançını da özü ilə aparıb...
24-01-2022, 17:53
7 254

Abşeronun icra başçısı İradə Gülməmmədovanın KÖÇÜ... - İcra başçısı binadakı köhnə aftafanı, qab-qacağı, hətta idmançını da özü ilə aparıb...

Abşeronun icra başçısı İradə Gülməmmədovanın KÖÇÜ...

İcra başçısı binadakı köhnə aftafanı, qab-qacağı, hətta idmançını da özü ilə aparıb...

İradə Gülməmmədova 20 Yanvar Hüzn günü ilə bağlı yığılmış pulu nə edib?

8 il Abşeron rayon İcra Hakimiyyətinin başçısı olmuş, əslində rayonu talamış İradə Gülməmmədovanın bir neçə gün əvvəl vəzifəsindən azad olunması səbəbindən kabinetini tərk etməsi, yəni yır-yığış edib köçməsi ilə bağlı eşitdiklərimiz adamı dəhşətə gətirir. 
Bu məqamda yadımıza 30 il Kəlbəcərdə yaşayan ermənilərin Kəlbəcəri tərk etməsi səhnəsi yada düşür. 
Ermənilər nə ələ keçirdisə, lap mal təzəyini də götürürdülər, apara bilmədiklərini isə od vurub yandırırdılar. 
İradə Gülməmmədova da əslində icra hakimiyyətini zəbt etmişdi, rayonda sata bildiyini satmışdı, satmadıqlarını isə qardaşı Rövşənə bağışlamışdı. Sanki insanları zəlil gününə qoymudşu...
Ona görə də vəzifəsindən qovulan İradə Gülməmmədova RİH-nin binasında, kabinetində ələ keçən nə varsa, lap köhnə aftafa, su qabı, köhnə məhrəba, köhnə qab-qacaq, bir sözlə, “trafey”in hamısını yığışdırıb özü ilə aparıb. 
Hətta deyirlər, bir idmançı da saxlayırmış, onu da özü ilə aparıb. 
Hətta deyirlər, İradə 20 Yanvar Hüzn günü ilə bağlı idarə rəislərindən, müəssisə rəhbərlərindən 150 manat pul yığıbmış, o pulu da aparıb. (150 manatdan pul yığsa da deyib ki, hərəniz əlinizdə 4 ədəd qərənfil gətirin)
Bu adam 8 il Abşeronu çapıb-talayıb doymayıb, gör nəyə əl atıb. 
Görünür kreslo və yığdıqları milyonlar bəzilərini  lap vəhşiyə çevirirmiş. 
Bu adamdan soruşan yoxdur ki, təkcə qızın Vüsalənin 5 bahalı Leksus son model avtomobil ( 99-AA-339 ) var. 
“Zümrüd”  uşaq bağçasını qızın Vüsalə işlədir və hər körpəyə görə 500 manat alır. Amma müəllimlərə 400, köməkçilərə 300 manat maaş verir. 
Qızının evinə hər dəfə pulu Vüsalənin sürücüsü Salman maşınla gətirirdi. Aldığın bütün evlər qızı Vüsalənin adınadır. Hələ üstəlik, Abşeronda tikilən göydələn binaların hamısında Vüsalənin adına mənzillər var. Həmin binaların qarajlarında  Vüsalənin bahalı avtomobilləri  dayanır. 
Bütün bunlar sənə azlıq edir ki, ay İradə Gülməmmədova. İcra hakimiyyətinin binasından köhnə aftafa oğurlayırsan?
Nəvən üçün 1000 manata oyuncaq alırsan, amma 20 Yanvar üçün toplanmış pulu oğurlayırsan. 
Hələ deyirlər ki, Arifin də puluna tamah salırmışsan. 
İcra hakimiyyətinin qabağında, avtodayanacaqda dayanan Arifi deyirik...hər yoldan keçəndən 30-40 qəpik alan Arifi...
Deyirlər, Arifdən də “aylıq” umurmuşsan, deyirmişsən ki, yığdıqlarını gizləmə, aç görüm nə qədər yığmısan...
Dilənçidən “aylıq”, haqq-hesab tələb edən, İradə Gülməmmədova. Səndən də  yığdıqlarını  tələb edəcəklər. Hələ üstəlik Kürdəxanıya da yola salacaqlar...
Deyirəm, pulun vəhşiyə çevirdiyi insanlar nə yaxşı ermənilər kimi binaya od vurub yandırmayıb..
P.S Yazıda adı çəkilən hər bir şəxsə cavab haqqı tanıyırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər