Buna nə deyirsən, Xaliq Faiqoğlu ? - Bakı Nəqliyyat Agentliyi Faiq Seyidovun şirkətinə SONUNCU XƏBƏRDARLIQ etdi …
27-01-2022, 15:22
7 036

Buna nə deyirsən, Xaliq Faiqoğlu ? - Bakı Nəqliyyat Agentliyi Faiq Seyidovun şirkətinə SONUNCU XƏBƏRDARLIQ etdi …

Faiq Seyidov, sən 300 min sərnişinin talehi ilə oynayırsan..

Sürücülər  tibbi müayinədən keçmək əvəzinə hər gün 1 manat  verib, kitabçaya “peçat”  vurdururlar..


Gündəlik-Bakı  olaraq Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən, Ramiz Mehdiyevin mühafizəçisi, Təhməzin şəriki “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidovun əməlləri barədə yazdığımız tənqidi yazılara görə, bizi təhdid edir. 
Əlbəttə, məhkəməyə müraciət etmək hər bir vətəndaş kimi Faiq Seyidovun da hüququdur. Amma…
Əmması odur ki, medianın yazdıqlarını araşdırıb  tədbir görmək əvəzinə onun, bunun yanına qaçmaq  özünü ciddi hesab edən şirkətə başucalığı gətirmir. 
Həm də biz  yazanda niyə qərəz, böhtan olur, amma…
Bəli, Faiq Seyidov sonuncu müsahibəsində Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyətini yüksək qiymətləndirir, quruma qarşı olan medianı yıxıb sürüyür. 
Çox gözəl, cənab Faiq Seyidov. 
Sənin təriflədiyin BNA vətəndaşlar tərəfindən ən çox şikayət olunan marşrut xətlərini müəyyənləşdirib.
Bu barədə BNA özü xəbər yayıb. 
Gözün aydın, Faiq Seyidov, ən çox şikayət olunan marşrut xətləri siyahısında sahibi olduğun  “Faiqoğlu”
şirkətinin adı 1-ci yerdədir. 
Buna nə deyirsən, Faiq  Seyidov ? 
Bunu da Gündəlik-Bakı  yazmır ki ? 
Dövlət qurumu olan  BNA yazır ki, müntəzəm marşrut xətləri üzrə şikayətlərin daha çox olduğu müəyyən edilib. Ümumilikdə, qeyd olunan marşrutlarla bağlı Agentliyin rəsmi sosial media hesablarına son vaxtlar 800-ə yaxın müraciət daxil olub.
Daxil olan şikayətlərə əsasən, monitorinqlər aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtılmış, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib. Avtobusda sərnişinlərin olmasına baxmayaraq, sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib.
Şirkətlərə  yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq olunsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Qeyd edək ki, sözügedən müntəzəm marşrutların müvəqqəti istismarçılarına 1 ay müddətində fəaliyyətlərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlı son xəbərdarlıq edilib. Göstərilən müddətdə bu istiqamətdə hər hansı dəyişiklik həyata keçirilməzsə, daşıyıcı şirkətlərin dəyişdirilməsi ilə əlaqədar qanuna müvafiq tədbirlər görüləcək.
Deməli, BNA  Faiq  Seyidovun şirkətinə SONUNCU XƏBƏRDARLIQ edib. Və əgər tədbir görülməsə, Faiq Seyidovun şirkəti əlindən alınacaq. 
Cənab Faiq  Seyidov, sonuncu, lap təzə müsahibəndə qeyd edirsən ki, şirkətimiz Bakı şəhərində 14 marşrut xətti üzrə 250-yə yaxın avtobusu ilə hər gün 300 MİNƏ QƏDƏR SƏRNİŞİNƏ  xidmət göstərir və fəaliyyətini müasir tələblərə uyğun təşkil edir. 
Cənab Seyidov, siz hər gün 300 min insanın həyatını təhlükəyə atırsınız. Buna şübhən varsa, buyur… Sənin dediyindən belə çıxır ki, hər gün 90 min, hər ay 3 milyon, hər il 36 milyon gəlir əldə edirsən. Zəhmət olmasa, illik 36 milyonun vergisinin nə qədər olduğunu ictimaiyyətə açıqlayardın. Biz belə bir qənaətə gəlirik ki, sizin vergidən yayınma probleminiz də var. Bu başqa bir yazının mövzusudur. İndi qayıdaq əvvəlki söhbətimizə. 
Birincisi, deyirsən ki, bizim üçün biznesdən öncə dövlət maraqlarıdır. Belə nağılları saxla, başqa yerdə danışarsan…
İkincisi, sürücülər xəttə çıxmazdan qabaq  tibbi baxışdan keçməlidirlər...
Paytaxt  sərnişilərinin  həyatını etibar etdiyi  sürücülərin tibbi müayinəsi  sizin şirkətinizdə formal olaraq həyata keçirilir. Özü də karantin dövründə, pandemiya vaxtı...
Hər gün sahibi olduğunuz sərnişin  daşıma  şirkətinin sürücüləri  həkim tərəfindən yoxlanılmadan  kitabçasına yalandan möhür vurulur.
Və hər gün sürücülərdən 1 manat yığılır  sonra “peçat” vurulur və bu pul guya həkimə çatır…
Sürücü hətta  sağlam olsa belə,  1 manat verməsə, möhür vurulmur...
Cənab  Seyidov,  bilmirsənsə, nəzərinə çatdırırıq ki, dövlətin müəyyən etdiyi qaydaya əsasən sürücü xəttə çıxmazdan öncə onun durumu həkim tərəfindən yoxlanılmalıdır. Təzyiqi ölçülməli, ürəyin fəaliyyətinə diqqət yetirilməlidir. Bundan sonra sürücünün tibbi müayinə kitabına onun sağlam olduğunu təsdiqləyən həkim möhürü vurulur. Amma təəssüf ki, 300 min sərnişinin taleyinin məsuliyyətini daşıyan şirkətiniz bu qaydaya əməl etmir. 
Deməli hər gün 300 min sərnişini  təhlükə  ilə  üzbəüz  qoyursunuz. 
Oğlunuz  Xaliq Seyidovun  piyadanı vurub öldürməsindən, Ramiz Mehdiyevin  “oxrana”sının rəisi Təhməzin  bütün günü “Faiq Xaliqoğlu” şirkətinin ofisinin qabağında dolaşmasından yazmadıq ki..? 
Konkret  şirkətin fəaliyyəti ilə bağlı yazdıq. 
Buyur, Faiq Seyidov, indi növbə sənindir.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər