Masallının icra başçısı Şahin Məmmədovun “Fədai” medalı, “Veteran” medalı… - Cənab başçı, sən nə vaxt özünü bu torpaq uğrunda FƏDA etmisən ?
27-01-2022, 17:59
6 543

Masallının icra başçısı Şahin Məmmədovun “Fədai” medalı, “Veteran” medalı… - Cənab başçı, sən nə vaxt özünü bu torpaq uğrunda FƏDA etmisən ?

Harandan  güllə dəyib, Şahin Məmmədov ? 

Sən ancaq torpaq satmaqla milyonçu olmusan…


Masallı  Rayon İcra Hakimiyyətinin başçısı  Şahin Məmmədovla bağlı internet resursları üzərindən  araşdırma  apararkən bir məqama  rast  gəldik. 
Zəfər günü  Masallı camaatı qarşısında çıxış edən icra başçısı  Şahin Məmmədov deyir:
“Gəncləri döyüşə göndərəndə DEYİRDİM ki, sizi ölməyə yox, öldürməyə göndəririk..”
Əlbəttə, şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizə sayqımız var. Amma…
Əmması odur ki, Şahin Məmmədovdan soruşan yoxdur ki, sən  cavanları ölməyə-öldürməyə göndərəndə düşündünmü ki, sənin öz  yaxınlarından kimsə ölməyə-öldürməyə gedibmi, şəhid olan varmı..? 
Boş-boş  pafoslu danışmağa nə var ki, cənab Şahin Məmmədov..
Cənab başçı, gənclərdən erməniləri öldürməyi tələb edirdin…
Müharibədə ancaq öldürmürlər, vətən-torpaq uğrunda ölmək də var, şəhid olmaq da var. 
Cənab Şahin Məmmədov, öldürmək asan işdirsə, sən niyə tamahını, nəfsini öldürə bimədin ? 
19 ildir  müxtəlif rayonlara rəhbrəlik elədiyin zaman xalqın torpaqlarını ələ keçirmisən, dövlətin milyonlarını mənimsəmisən, sahibkarlara, iş adamlarına zülm edərək pullarını almısan…
İndi sənin “Şəhid ailələrinin qarşısında baş əyirəm..”  deməyin mənasız  söhbətdir.
İndi ölməkdən-öldürməkdən danışırsan. 
Cənab başçı, 4 övladın var, Allah saxlasın. Onlardan hansı biri erməniyə  bir daş atıb ? 
Cənab başçıs, sinənə “Veteran”  medalı, hətta “Fədai”  medalı taxırsan. 
Sən nə vaxt canını bu torpaq uğrunda FƏDA etdin ki, o medalları daşıyırsan ? 
Sən bu vətənin torpaqlarını satmaqla milyonçuya çevrildin. Təkcə qonşu Gürcüstanın Batumi şəhərindəki villanın qiyməti 1 milyondur. Özü də “Broker”  Əbülfəzlə  qonşusan. 
Qısa məlumat üçün qeyd edək ki, Şahin Məmmədov 16 yaşında ( ?? ) işıq idarəsində mantyor olub, sonra  Bərdədə icra başçısının müavini, sonra bank müdiri olub. 
Və  2004-cü ildən növbə ilə Samux rayonunun, Ağcabədinin icra başçısı işləyib. 
2019-cu ildən isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı kreslosuna sahiblənib. 
Ağcabədi camaatı uzun illər Prezident Aparatına şikayət edirdi ki, Şahin Məmmədov  rayonun torpaqlarını oliqarxların şirkətlərinə satır, rayondakı gəlirli obyektləri ələ keçirir, vətəndaşların hüquqlarını pozur və s. 
Doğrudan da, Şahin Məmmədovun Ağcabədi şəhərində xəstəxana ilə üzbə-üz ərazidə yerləşən böyük mağazaları, həmin ərazidə maşın yuma sexi, Ənnağı Bunyatov küçəsində böyük mebel mağazası, həmin küçədə maşınyuma və iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexi var. 
Bundan başqa icra başçısı  rayondakı  5 hektar  torpaq sahəsinin qaynanasının adına  sənədləşdirib. 
Və ən dəhşətlisi odur ki, bu adam dövlətə vergi-zad ödəmir. 
Şahin Məmmədov  Ağcabədinin icra başçısı olanda Qarqar çayından rayon mərkəzinə axan  18 km uzunluğunda çuqun su  borularını çıxararaq satıb. 
1 çuqun borunun uzunluğu 4,2 metr, çəkisi 534 kq-dır. 
1 ton çuqunun qiyməti isə ən azı  170 dollaradır. 
İndi özünüz hesablayın, görün Şahin Məmmədov təkcə turbadan neçə milyonlar qazanıb. 
Bundan başqa Bərdə rayonunda 400 hektar torpaq sahəsi içində böyük təsərrüfat, Bərdə şəhəri çay qırağı ərazisində bir neçə market, 1 çayxana, Bakı şəhərində Qaraçuxur, Masazır qəsəbəsində dəyəri milyon mantalarla ölçülən villalar, Nizami rayonu ərazisində 2 mağaza Şahin Məmmədova məxsusdur.
Şahin Məmmədov hazırda  15 il Ağcabədidə talan etdiklərini eyni ilə 2 ildir Masallıda davam etdirir.
Masallıda da binaların əsaslı təmiri üzrə keçirilən tenderlərin qalibləri ancaq Şahin Məmmədovun “şərikləri” olur. Təsəvvür edirsiniz, Şahin Məmmədov təkcə bir şirkətə tenderdə milyonlarla pul “hədiyyə” edib.
Masallı  camaatı Şahin Məmmədovdan “çox razıdır”. 
Camaat deyir ki, Şahin müəllim icra başçısı olduğu 2 ildə rayon mərkəzində müasir formalı sanitar-qovşağı-ayaqyolu, yəni “zaxod”  tikdirib.
Daha nəsə yazmağa ehtiyac varmı..??
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər