Manşet
28-01-2022, 12:01
1 808
Yol kəsən “Sədərək Yusif”in şlaqbaum biznesi... - Hər sürücüdən alınan 50 qəpik yol pulu , ayda 100 milyonlar edir...
Bu pullar kimin cibinə gedir ?
Vergi Xidməti hara baxır ?
Söhbət Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylidən düşəndə, “Axırıncı aşırım” filmindəki rəhmətlik Kərbəlayi İsmayılın, sözləri yada düşür.
Kərbəlayi deyirdi ki, evimi aldılar dinmədim, malımı aldılar dinmədim...Əşi, naxırımı otaranın biri gəlib mənimlə bərabər olsun? İndi də deyirlər torpağını ver...
Sədərək Yusif bu ölkədə hər oyundan çıxdı, dinən olmadı, indi də yol kəsməklə, şlaqbaum quraşdırıb sürücülərdən pul yığmaqla məşğuldur.
Bu barədə bir az sonra...
İndi qayıdaq Kərbəlayi İsmayıl demişkən, Sədərək Yusifin naxır otarmağına...
Adama deyərlər ki, ay Yusif, soyadının arxasına BƏY sözü əlavə etməklə, adam BƏYZADƏ olmur.
Birincisi, heç düz-əməlli təhsilin də yoxdur, hətta deyirlər ki, latın əlifbası ilə adını da yaza bilmirsən...
İkincisi, bəy olan kəs başqasının dədə-baba torpağını zəbt eləməz.
Bəli, sən gedib Xınalıq kəndində vətəndaşların qanuni torpaqlarını zəbt edirsən, orada özün üçün villa tikdirirsən, hələ üstəlik istirahət kompleksi açırsan...
Vətəndaşlar isə bu barədə Xınalıqda səfərdə olan Prezidentə məlumat verir, sonra məhkəməyə müraciət edirlər...
Amma, PA-da işləyən oğlun hörmətli Qədimbəyli səlahiyyətlərindən istifadə edərək məhkəmələrə təzyiq edir... Yusif müəllim, sizə bir xatırlatma etmək istərdim. Yadındadı, oğlun cinayət törətmişdi. 15 sutka həbs cəzası vermişdilər. Onun yanına quş əti, ceyran əti, nələr gətirmirdin, hətta deyirdin ki, mən xeyriyyəçiyəm. Dövlətin nəzarətində olan yolu kəsib, şlaqbaum qoyaraq 50 qəpikdən pul yığmaq nə vaxtdan xeyriyyəçilik olub, əziz dostumuz Yusif müəllim. Bunun adına cinayət məcəlləsində reketçilik deyirlər. Hər gün Sədərək bazarındakı şlaqbaumlarından 2 milyondan artıq maşın keçir, bu da 1 milyon manat deməkdir. İndi hər gün təkcə şlaqbaumlardan 1 milyon manat pul qazanan camaata reket deyən, Əli Həsənovun dostunun camaatın qabağını şlaqbaumla kəsib, pul verməsə evinə getməyə qoymayan, azadlığını məhdudlaşdıran, konstitusiya hüquqlarını pozan şəxsin bu dərəcədə etdiyi özbaşınalığa nə üçün göz yummalıyıq?
Kərbəlayi İsmayıl demişkən, bütün bunlara görə, DİNƏN OLMADI..
Sonra başladın Şahdağ Milli Parkında dağ kəli ovlamağa. Ay adam, bura Milli Qoruqdur ee...
Sənin bu əməlinə görə, başqa ölkədə səni illərlə qanun qarşısında ZƏLİL edərdilər e...
Sonra başladın Azərbaycanda xalqdan əldə etdiyin milyonları Çexiyaya daşımağa, orada böyük biznes qurmağa...
Sən bu milyonlarla xarici valyutanı kimlərin hesabına Azərbaycandan çıxarmısan, ay Qədimbəyli ..?
Sonra sorağın TİBB ELMİNDƏN gəldi.
Kül onda oldu bizim səhiyyəmizin başına ki, Kərbəlayi demişkən, “ naxır otaranlar” da klinika açmağa, camaatın "dərisini soymağa" başladı.
Sonra xəbər yayıldı ki, Sədərək Yusif qoçu dəstəsi saxlayır, ondan şikayət edənləri döydürür...
Ay adam, Azərbaycan sivil-hüquqi dövlətdir ee, nə qoçu, nə pəzəvəng əə..
Başqa bir ölkədə qoçu dəstəsi saxlamağına görə, səni o qədər döyərdilər ki, kürəyinə bir ay xamır qoyardılar. Başa düşdünmü ?
Sonra xəbər gəldi ki, Kür çayının sahilini hasara alıb özəlləşdirmək istəyirsən...
Camaata deyirsən ki, torpaqlarınızı mənə verin...
Ay Yusfi Qədimbəyli, bu insanların səbrini daşırma...
Allaha and olsun bir gün bu insanların səbri daşacaq və sel olub sənin kimiləri Kürə tökəcək.
Əə, indi də deyirlər, ŞLAQBAUM quraşdırıb, YOL KƏSİRSƏN, pul tələb edirsən...
Belə ki, sahibi olduğun Sədərək Ticarət Mərkəzinə alış-veriş üçün gələn sürücülərdən “yol basdı” pulu yığırsan.
Bu yolu bəlkə sənin atan, bəlkə baban inşa edib ki, pul yığırsan ?
Sürücülər niyə sənə pul verməlidir ?
Özü də şlaqbaum quraşdırmısan, pul verməyən sürücüləri keçməyə icazə vermirsən ...
Yusif Qədimbəyli, hər sürücünün ödəməli olduğ 50 qəpiyi sənin, bəlkə babanın TARİF Şurasi müəyyən edib ?
Yaxşı, burada hər gün yığılan milyonlar hansı hesaba ödənir ?
Pul ödəmək istəməyən sürücülərin üstünü qoçuların kəsdirir...
Hər gün Ticarət Mərkəzinə milyonlarla insan daxil olur, pandemiya-karantin-zad vecinə deyil. Məqsədin ancaq pul yığımaqdır.
Təkcə yol kəsməkdən, ayda milyonlar qazanırsan.
Bəs bu ölkənin hüquq-mühafizə orqanları, Vergi Dövlət Xidməti hara baxır..?
P.S. Yusif Qədimbəyov mağaza icarəyə götürən yüzlərlə şəxsdən icarə haqqından əlavə, dövlət adından vergi pulu yığır. Bu barədə növbəti yazıda. Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/