Azərbaycanda bir “ qara və əlvan metal kabusu” dolaşır... - “Metal mafiyası”nın izləri hara qədər gedir ?
28-01-2022, 18:17
6 562

Azərbaycanda bir “ qara və əlvan metal kabusu” dolaşır... - “Metal mafiyası”nın izləri hara qədər gedir ?

SOCAR-ın  100 minlik  turbalarını KİMLƏR  oğurlayıb..?

SSRİ dağılan ərəfədə ən böyük biznes  qara və əlvan metal biznesi idi. 
Kimlərsə zavodların avadanlıqlarını, kimlərsə troleyybus və dəmir yolu relslərini, bir sözlə, gözə görükən nə varsa, “metallom” adı il xaricə sataraq milyonçuya çevrildi. 
Hətta elə icra başçıları var ki, yerin  altındakı qaz, su turbalarını sökərək “metallom” kimi satdılar. 
Bilməyənlər üçün qeyd edək ki, SSRİ vaxtında qaz, su turbaları “iki” idi, yəni xəttin birində qəza-“avariya” olarsa, o biri xətt işə düşürdü. Anladınızmı ? 
90-cı illərdə bir çox məmurlar bu alternativ xətlərin  xəritəsini Azəriqaz  və Azərsu  vasitəsilə  əldə edərək, həmin trubaları-boruları məhv edərək milyonlar qazandılar. 
Bu məsələ ilə bağlı vaxtilə Gündəlik-Bakı  sabiq nazir Ziya Məmmədovla, keçmiş spiker Rəsul Quliyevin dəmir yolu relslərini xaricə  satması ilə bağlı yazıb. 
Yenidən bu məsələyə qayıtmaq istəmirik. 
Məsələ, bununla da bitmir. 
Uzun illər  köhnə vaqonları, avadanlıqları “metallom” adı ilə xaricə satanlar olub. 
Amma sonradan bu gəlirli bazar tənəzzülə uğradı. Çünki metal tullantıları dediyimiz artıq tükənirdi. 
Ona görə də  yeni metal qəbul məntəqələri işə düşdü. 
Və vətəndaşlardan 30-40 kq, hətta 5-6 kq metal qəbul edən məntəqələr fəaliyyətə başladı. 
Sözün qısası, 100  milyonlar qazanan “metal mafiyası” fəaliyyətini bu gün də davam etdirir. 
Açıq demək lazımdır ki, bu bir cinayətkar şəbəkədir. 
Bunu izah edək. 
Vətəndaş  gedib hansısa həyətdən 10-15 kq  metal oğurlayıb metal qəbulu məntəqəsinə satır. Məntəqə soruşmur ki, bu metal haradandır. 
Beləcə  cinayətkar əməllər davam edir. 
İkincisi, ən dəhşətlisi odur ki, bu 5-10 kq metal təhvil verənlərin adına saxta VÖEN açılır, vergidən yayınma-filan prosesi başlayır. 
Bəli, 10 tonlarla oğurluq metal  verənlərin məhsulu 100-lərlə guya  xırda metal təhvil verənlərin adına rəsmləşdirilir. 
Aydın oldumu ? 
Sözün qısası, metal  mafiyası hələ də öz imperiyasını sürür. 
Biz müəyyən səbəblərdən hələ döyüş bölgəlrindən gətirilən “hərbi trofey”dən danışmaq istəmirik !!
Əgər  Dövlət  Vergi Xidməti əməkdaşlarının Bakıda, Sumqayıtda və digər yerlərdə fəaliyyət göstərən metal əritmə sexlərində, ümumiyyətlə, qara və əlvan metal qəbulu və emalı şirkətlərində  apardığı  yoxlama  sənədləri ilə tanış olsanız, real vəziyyəti öz  gözlərinizlə görərsiniz. Və yazdıqlarımızın həqiqət  olduğuna əmin olarsınız. 
Nəzərə  almaq lazımdır ki, təkcə Sumqayıt şəhərində 30-a yaxın qara və əlvan metalların emalı şirkəti var.  
Biz bu  biznesin cinayət tərəfindən danışdıq. 
Bu metal əritmə sexlərinin ekloji tərəfi, insanların sağlamlığına  vurduğu ziyan daha  dəhşətlidir. 
Təkcə Binəqədi rayonu ərazisində 10-larla belə metal qəbul edən və əridən gizli sexlər var. 
Özü də…kustar üsulla…
Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi  ya bunlara təsir edə bilmir, ya da….
Bu sexlərdə  bütün günü zəhər udan  fəhlələrin  gələcəyindən isə danışmağa dəyməz..
Bu sexlərin əksəriyyəti  məmurlara məxsusdur. 
Görəsən, Dövlət Əmək Müfəttişliyi niyə burada çalışan fəhlələrlə maraqlanmır..? 
İndi isə keçək əsas XƏBƏRƏ…
Bu 100-lərlə  metaləritmə sexlərininin əsas məhsulları 
NEFT  SƏNAYESİNDƏ İŞLƏDİLƏN  METAL AVADANLIQLARDIR. 
Həə, indi aydın oldumu, Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR ) neft sənayesində işlədilən metal avadanlıqları, trubaları  doğrayıb tullantı adı ilə bu sexlərə satırlar. 
Gündəlik-Bakıya daxil olan məlumata görə, bir neçə gün öncə SOCAR-ın milyonlarla dəyəri olan  trubalarını oğurlayıb metal əritmə şirkətlərinə satanlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. 
Ən təəccüblüsü odur ki, metalı qəbul edən şəxslər həbs olunsa da, metalı oğurlayıb satanlar hələ də azadlıqdadır.
Məlumat üçün qeyd edək ki, baş verən cinayət işi ilə bağlı hazırda istintaq gedir. İstintaqın gedişinə mane olmamaq üçün  bir çox məsələlərə toxunmuruq, nəzərinizə çatdıraq ki, cinayətkarların həbsdən azad olunması üçün çox hörmətli bir nazirin adından da istifadə olunub.
(bu haqda növbəti yazıda)
Bizi izləyin. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər