İlqar Abbasovun Şirvanında nələr baş verir..? - Süpürgəçi qadına əxlaqsız təklif edən məmur....
28-01-2022, 18:23
6 688

İlqar Abbasovun Şirvanında nələr baş verir..? - Süpürgəçi qadına əxlaqsız təklif edən məmur....

İlqar Abbasov üçün 10 min manat Azərbaycan qadının namusundan üstündür ?


Öncə onu qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kadrı hesab olunur. Yəni bu məsələ birmənalı olaraq  bütün ölkə mediasında təsbit olunub. 
Gəlin, İlqar Abbasovun  karyera trayektoriyasına qısa nəzər salaq. 
2004-cü ildə Nərimanov RİH-ə başçı təyin olunan İlqar Abbasov öz tərcümeyi-halında yazır ki, 25 il sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 
Birincisi, İlqar Abbasov 25 il  hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olub ? 
Bunu niyə açıq yazmır ? 
Bəlkə dövlət sirri-zaddır..? 
Qısaca onu qeyd edək ki, İlqar Abbasov uzun müddət Bakıda Coca-Cola şirkətinin şəriki olub və 2004-cü ildə Ramiz Mehdiyevin  “xeyir-duası” ilə Nərimanova icra başçısı təyin olunub. 
Sonra uzun müddət  ( 2005–2019-cu illərdə )  Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifəsində çalışıb. 
İlqar Abbasovun Suraxanıdakı fəaliyyətinə keçməzdən öncə  görək,  son 2 ildə  İlqar Abbasov “Şirvan elində”  hansı əməlləri törədib. 
Yeri gəlmişkən,  sosial şəbəkələrdə, Şirvan  səhifəsində  İlqar Abbasovun yaxşı “trol”ları var. 
Deməli, kimsə İlqar Abbasovu tənqid edən kimi, başlayırlar yazmağa ki, İlqar müəllim gözəl insandır, amma ətrafı, müavinlər pisdir. 
Çox qısaca, onu qeyd edək ki, bu “özü yaxşı, ətrafı pis”  söhbəti içi boş, mənasız söhbətdir, blefdir. 
Necə yəni İlqar müəllim yaxşıdır, ətrafı pisdir. 
Yəqin çoxlarının yaxşı yadında olar bir müddət əvvəl   Şirvan şəhər Komunal Kombinat Müəssisəsinin müdiri  Xanəli Əzizovun balalarına bir tikə çörək aparmaq üçün süpürgəçi işləyən Azərbaycan qadınına əxlaqsız hərəkətlər təklif etməsi, hətta məcburi şəkildə zorlayacağını aydın şəkildə əks etdirən səs yazısı sosial şəbəkədə yayıldı. 
Amma Xanəliyə  gözün üstə qaşın var deyən olmadı. Hətta icra başçısı  İlqar Abbasov Xanəliyə  arxa çıxdı. 
Bütün  bu biabırçılıq  qısa müddət əvvəl baş verib və bütün Şirvan camaatı bilir. 
Bəs deyirsinz İlqar müəllim yaxşıdır. 
Bəs  görəsən bu boyda baibırçılıqdan sonra icra başçısı İlqar Abbasov Xanəliyə niyə söz deyə bilmədi ? 
Çünki ortada 10 min manat pul var idi. 
Belə başa düşülür ki, İlqar Abbasov üçün 10 min manat Azərbaycan qadının namusundan üstündür? 
Aydın oldumu ?
 
İndi isə keçək digər faktlara. 
Daha doğrusu, onu qeyd edək ki, həmin Kommunal Kombinatın keçmiş müdiri, İlqar Abbasovun “şəriki”  Aqil Vəliyevi Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həbs elədilər. Hətta sosial şəbəkələrdə yazırlar ki, İlqar Abbasov “XANƏLİ”dən 10 min manat alaraq onu “rasxoda”  verdiyi  Aqilin yerinə təyin etdi. 
Yəni icra başçısı İlqar Abbasov  rayondakı bütün məmurların qarşısında gözükölgəlidir. 
İlqar Ababsovun sabiq səhiyyə naziri Əli İnsanovun dəstəsinə önəm verməsi barədə kifayət qədər yazılıb. 
İlqar Abbasovun  Suraxanıda icra başçısı işləyərkən, hər ay küçə ticarətindən 100 minlər qazanması, torpaq alveri ilə məşğul olması, qanunsuz tikintilərə  rüşvət alıb icazə verməsi və s  məsələlər mətbuatda kifayət qədər işıqlandırılrıb. 
Ən dəhşətli hal odur ki, bu adam özü deyir ki, rayonları “arendaya”  götürürəm. Bu təfəkkürdə olan adamı dövlət qulluğuna qoymaq olmaz. 
Bu adam hansı rayona vəzifəyə gedirsə, bacanağını da özü ilə aparır, ya özünə köməkçi, ya da müavin təyin edir. 
Bu adama başa salan yoxdur ki, bu dövlət qurumudur, dədənin xarabası deyil...
Bu adamın təkcə Günəşli qəsəbəsində 10-larla  ticarət obyekti var. 
İlqar Abbasovun Suraxanıda hətta qanuni torpaq sahəsi olan vətəndaşlardan  ev tikmək üçün 3-4 min manat aldığı heç kimə sirr deyildi. 
İlqar Abbasov Suraxanıda icra başçısı olduğu zaman  1 km-də olsun yolu  təmir etdirmədi, bütün qəsəbə yolları xaraba vəziyyətdə qaldı. 
İlqar Abbasovun siyasi səhvləri də bir ayrı mövzudur. 
Belə ki, Bakının bahalı məkanlarından birində təşkil olunan məclisdə İlqar Abbasov   və dostları  medianın onlar üçün başağrısına çevrildiyini  deyəndə İlqar Abbsov belə deyib.
“Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, biz sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə başçısı  bilmir ki, biz nə işlə məşğuluq?”.
Beləcə, İlqar Abbasovun adı  düşür “qara siyahıya”. 
Yəqin ki, yaxın zamanda İlqar Abbasovun da yolu oralara düşəcək… İlqar müəllim, adam kiminləsə tələbə yoldaşı olanda elə hər yerdə deyər?...
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər