Manşet
31-01-2022, 15:52
6 882
Dünya standarlarına cavab verən Ağ şəhərin ortasında RƏZALƏT... 44 günlük Qarabağ müharibəsinin iştirakçısı cənab Prezidentə müraciət etdi...
Nə qədər yazmaq olar ki, cənab Prezident İlham Əliyevin ƏN NƏCİB TƏŞƏBBÜSLƏRİNƏ bəzi məmurlar nəinki kölgə salır, hətta dövlətlə vətəndaşlar arasında olan münasibəti korlayırlar.
Axı, cənab Prezident paytaxt Bakının müasir standartlara cavab verən şəhər olması üçün kifayət qədər dövlət vəsaiti ayırır.
Belə layihələrdən biri də Ağ Şəhər layihəsidir. Heç kimə sirr deyil ki, Bakının bir hissəsi mazutlu, neft tullantıları ilə çirklənmiş Qara şəhərdir. Dövlət başçısı bu Qara şəhərin yerində obrazlı desək, Ağ şəhər salmaq istəyir. Və məmurlara dönə-dönə tapşırır ki, sökülən evlərin sahiblərinin haqqı yeyilməsin, onlar incidilıməsin, normal kompensasiya verilsin və s.
Amma kimə deyirsən..?
Bəzi icra başçıları, məmurlar öz maraqları üçün həm dövlətin vəsaitini basıb yeyirlər, həm də Allah qoymasa, vətəndaşların haqqını mənimsəyirlər.
Belə ki, vətəndaşın evi müstəqil qiymətləndirmə şirkəti tərəfindən aparılır. Amma icra hakimiyyəti həmin pulun az bir hissəsini verib, qalanını mənimsəyir. Vətəndaş buna etiraz edəndə ZÜLM ƏRŞƏ dirənir.
Beləcə vətəndaşlar illərlə süründürülür, hətta vətəndaşın razılığı olmadan onun yaşadığı ev sökülür, dağıdılır.
Xətai rayonu ərazisində baş verən bu qanunsuzluqlar haqqında nə qədər yazmaq, nə qədər reportaj hazırlamaq olar, axı..?
Təsəvvür edirsiniz, həmin Ağ şəhər ərazisində, “Turşu küçəsi”ndə illərlə yaşayan Svetlana Əhmədova tələb edir ki, ona verilən kompensasiya çox azdır.
Amma Xətai icra hakimiyyətinin nümayəndələri Svetlana Əhmədovanın evini ucuz qiymətə alıb Kürdəmir sakininə 203 min manata satıblar. Maxinasiyanın miqyasını təsəvvür edirsiniz ?
Bu boyda fırıldaq olar..?
Dövlətin vətəndaşa verdiyi kompensasiyanı dəfələrlə azaldır, həm də üstəlik vətəndaşın qanuni evini Kürdəmir sakininə satır. Özü də 203 min manata...
Ən dəhşətlisi isə odur ki, haqqında bəhs etdiyimiz Kürdəmir sakini bu dünyada yoxdur, çoxdan vəfat edib.
Hazırda bu məsələ ilə bağlı məhkəmə araşdırması gedir...
İndi gördünüzmü, Ağ şəhərdə hansı RƏZALƏT baş verir ?
Yaxud 44 günlük Vətən Müharibəsinin iştirakçısı, Xətai rayonu Turşu küçəsi, ev 4, mənzil 2 ünvanda yaşayan Həbiyev Əhli Həbullah oğlunun əlacı hər yerdən kəsildiyi üçün cənab Prezident İlham Əliyevə müraciət edir, xahiş edir ki, onun tapdalanan hüquqları bərpa olunsun.
Belə ki, Qarabağ qazisi, 5 nəfərlik ailənin sahibi Əhli Həbiyev deyir ki, divarımı vurub dağıtdılar, iki otağımı sökdülər. Qarabağ müharibəsində döyüşüb başdan-ayağa güllə içində olan adamam. Məni belə bezdirib çıxarmaq istəyirlər evdən? Xətai Rayon İcra Hakimiyyətinin mənə qoyduğu hörmət budur?
Sonda onu da qeyd edək ki, vətəndaşlar dövlətin layihəsinə etiraz etmirlər, sadəcə, tələb edirlər ki, hər şey "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olsun. Vətəndaşların əmlakı düzgün qiymətləndirilsin.
Çünki cənab Prezidentimiz deyib: "Azərbaycanda verilən kompensasiya ən yüksək səviyyədədir. Hər kvadrat metrə görə 1500 manat vəsait ödənilir. Deyə bilərəm ki, vətəndaşlar bu kompensasiya ilə razıdırlar”.
Amma vətəndaşları narazı salan məmurlardır.
Bütün bunları Gündəlik-Bakının hazırladığı canlı VİDEO reportajda izləyə bilərsiniz.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/