Manşet
1-02-2022, 18:31
6 714
Başıbəlalı TƏHSİLİMİZİN gənc naziri Emin Əmrullayevin məqsədi nədir ?- Əmrullayevi Əli Həsənova bağlayan nədir ?
Təhsil naziri Emin Əmrullayevin ixtisası nədir ?
Sona Vəliyevanın yanında təcrübə keçən Əmrullayev necə nazir oldu ?
Kolumbiyada oxuyan Əmrullayev dırnaqarası pul yığmaqdan danışır...
Bəlkə də yazının başlığına çıxardığımız bu cümlə çoxlarına qəribə gələcək. Amma...
Əmması odur ki, biri riyaziyyatçı, o biri bioloq, biri tarixçi, bir başqası baytar, zootexnik, astronom olur. Bunlar başa düşüləndir.
Bəs təhsil nazirimiz Emin Əmrullayevin ixtisası nədir ?
Cənab nazirin rəsmi tərcümeyi-halına nəzər salanda bəlli olur ki, bu adam “İnzibati İdarəetmə fakültəsi”ni bitirib.
İndi izah edin görək bu nə ixtisasdır, nə fakültədir ?
Bu fakültə, ümumiyyətlə, nə hazırlayır ?
Bir daha təkrar edirik ki, hüquq, coğrafiya, pedoqogika, mühəndis ixtisaslarını, peşələrini başa düşürük. Amma...
Yenə əmması odur ki, cənab təhsil nazirimizin orta məktəbi bitirəndə normal savadı olsaydı, özünə normal fakültə, ixtisas seçərdi.
Axı, ali məktəbdə “bələdiyyə fakültəsi” kimi gülməli ixtisasları bitirənlərə necə ciddi yanaşmaq olar ?
Ümumiyyətlə, fundamental elm sahəsini bitirməyənlərin gələcəkdə yüksək vəzifə tutması, hətta nazir olması gülməli, bəlkə də acınacaqlı məsələdir.
Ən dəhşətlisi odur ki, bu adam təhsil naziridir.
Görək, cənab nazirimiz “inzibati” fakültəni bitirəndən sonra haralarda oxuyub ?
Yenə cənab nazirin tərcümeyi-halına nəzər salanda bəlli olur ki, Emin Əmrullayev sonra 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində oxuyub.
Və ən gülməlisi odur ki, o universiteti bitirən kimi girib Kolumbiya universitetinə.
Ay adam, bu nə universitetdir ?
Gedib xaricdə 1 vərəq SERTİFİKAT alanlar gəlib deyir ki, universitet bitirmişik və nazir olmaq istəyirlər.
Nə isə görək təhsil nazirimiz sonra haralarda oxuyub və işləyib.
Bəlli olur ki, gələcək nazir Emin Əmrullayev Prezidentin o zamankı köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın “Kaspi” MMC-sində şöbə müdiri, direktor müavini olub. Sözün qısası, Sona xanımın yanında xeyli təcrübə keçib və sonra Təhsil Nazirliyində baş məsləhətçi olub. Təhsil sahəsindən anlayışı olmayan birisi necə baş məsləhətçi ola bilərdi ?
Əlqərəz, Emin Əmrullayev Əli Həsənovun sayəsində yekələ-yekələ gəlib oldu təhsil naziri.
Deyilənə görə, bu adam o qədər səriştəsiz biridir ki, bir neçə gün öncə orta məktəblərdə valideynlərdən yığılan pullara bəraət qazandırır və deyir ki, “ Mən orta məktəbdə oxuyanda da pul yığılırdı...”
Və cənab nazir deyir ki, əgər valideynlər müəllimlərə, məktəbə könüllü pul verirsə, nə edə bilərik..?
Bax, budur gənc nazirlərimizin islahatı, Kolumbiyada təhsil alması...
Nazir utanıb-qızarmadan “valideyn komitəsi”ndən danışır və bunu könüllü birlik hesab edir. Və guya bu Azərbaycan qanunvericiliyində var.
Nazir başa düşmür ki, şagirdin müəllimə pul uzatması ən əxlaqsız məsələdir.
Nazir sonra deyir ki, valideynlərdən pul yığılırsa, bunun mexanizmi olmalıdır: “Problem odur ki, bizdə hazırda bunun mexanizmi yoxdur. Bu qurum varsa, şəffaf olmalıdır, valideynin razılığı olmalıdır. Hazırda problemlər mexanizmlərin olmaması ilə əlaqədardır”.
Deməli, Emin Əmrullayev məktəblərdə rüşvət verməyin MEXANİZMİNİ axtarır.
Nazir özünü o qədər gülməli vəziyyətə salır ki, əvvəlki fikrini inkar etmək üçün deyir ki, məktəb direktorları, Təhsil Nazirliyinin əməkdaşları, yaxud təhsili idarə edən hər hansı şəxslərin məktəbdə DIRNAQARASI PUL YIĞMASI , yaxud maddi resursları valideynlərdən toplaması birmənalı olaraq qeyri-qanunidir.
Həə, bax təzə təhsil nazirimizin bu sözü əsl kəşfdir.
Görəsən dırnaqarasında necə pul yığırlar, yoldaş Əmirullayev ?
Görəsən, təhsil naziri Emin Əmrullayev niyə bircə dəfə şəhid ailəsinin təhsil haqqını ödəyə bilməməsindən, yaxud təhsil haqlarının dözülməz olmasından, bu səbəbdən yüzlərlə tələbənin qovulmasından danışımır ?
Amma dırnaqarası rüşvətdən danışır…
Kolumbiyada oxumağın nəticəsi budur…
P.S Yoldaş Əmrullayev Təhsil Naziri təyin olunanda yaşadığın evin döşəməsindən taxtaların arası ğörünürdü, indi kvadratı 200 manat olan özü nəfəs alan parket axtarırsan. Nə işdi?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/