Manşet
2-02-2022, 12:40
1 560
“Gündəlik Bakı”nın Baş redaktoru Daxili İşlər Naziri, cənab general-polkovnik Vilayət Eyvazova müraciət etdi...
Cənab nazir !
“Gündəlik-Bakı” qəzetinin Baş redaktoru olaraq bildirirəm ki, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıqovanın qanunsuz əməlləri, tender maxinasiyaları, tabeçiliyində olan şəxslərə qarşı qanunsuz hərəkətləri, dövlət vəsaitini mənimsəməsi və s barədə silsilə araşdırma yazıları dərc etmişik.
Və qarşı tərəfin cavab haqqını da hər dəfə xüsusi olaraq qeyd etmişik.
Amma Səkinə Sadıqova yazdıqlarımıza sivil qaydada cavab vermək əvəzinə redaksiyamıza özünü Qarabağ qazisi kimi təqdim edən Elvin Qəhrəmanlının adından zəng etdirərək kollektivə hədə-qorxu gəlir, basqın edəcəyini, “ordu yeridəcəyini”, sui-qəsd edəcəyini bildirir.
Elvin Qəhrəmanlı telefon söhbətinə Səkinə Sadıqovanın Qarabağ əlillərinə 4 min manat yardım etdiyini açıq-aşkar bildirib.
Görünür, Səkinə Sadıqova öz çirkin əməllərinə Qarabağ əlillərini də bulaşdırmaq istəyir.
Biz bir media olaraq zəng edən şəxsin həqiqətən də Qarabağ əlili olub-olmadığını deyə bilmərik. Bunu araşdırmaq bizim vəzifəmiz deyil və buna imkanımız da yoxdur.
Amma Səkinə Sadıqovanın xeyli müddət Ruhi dispanserdə müalicə olunduğunu, belə bir şəxsin rəhbər vəzifədə çalışmağa layiq olmadığını deyə bilərik.
Səkinə Sadıqova koronavirus pandemiyasının tüğyan elədiyi bir zamanda tabeçiliyində olan “Sumqayıt Təcili Tibbi Yardım” kimi vacib qurumu korrupsiya mərkəzinə çevirib. Sürücülərə benzini, ehtiyyat hissələrini pulla satır. Və nəticədə İMDAD gözləyən ağır xəstələr günlərlə təcili yardım gözləməli olurlar.
Vaxtilə ruhi xəstə olan Səkinə Sadıqova çoxminlik Sumqayıt səhiyyə kollektivində intriqa yaradır, baş həkimləri şantaj edir.
Biz bütün bunları yazaraq Səhiyyə Nazirliyinə, TƏBİB-in rəhbərliyinə, İcbari Tibbi Sığorta Agentliyinə müraciət etmişik. Ki, konkret tədbir görsünlər.
Bütün bu yazdıqlarımızın qarşılığında heç bir qurumdan rəsmi cavab almamışıq.
Amma Səkinə Sadıqova əlillərdən bizə qarşı deyəsən, “killer” kimi istifadə etmək istəyir.
Cənab nazir !
Sizə və fəaliyyətinizə hörmət və etiramımızı bildirməklə xahiş edirik ki, Səkinə Sadıqovanın kollektivimizə qarşı olan hədə-qorxu, təhdid əməlləri ciddi araşdırılsın.
Biz sivil, demokratik bir ölkədə yaşayırıq. Sizdən xahiş edirik ki, Səkinə Sadıqova kimi məmurların “İŞİD” metodları ilə azad mətbuatı susdurmaq niyyətinə son qoyulsun.
Onu da qeyd edək ki, məsələ ilə bağlı DİN-in 102 Xidmətinə məlumat vermişik.