Manşet
3-02-2022, 11:41
1 816
Azərbaycan DÖVLƏT Pedoqoji Universiteti, yoxsa AİLƏ şirkəti..? - Cəfər Cəfərov rektor, bibisi nəvəsi prorektor, arvadının əmisi oğlu dekan....
Cəfər Cəfərov deyir ki, ADPU-nu arendaya götürmüşəm...
Deyirəm görəcəkli günlərimiz var imiş.
20-30 il əvvəl desəydilər ki, filan universitetin rektoru öz qohumunu özünə adicə müşavir götürüb, heç kim inanmazdı. Bu ən azı mənəvi cəhətdən düzgün deyil.
Amma, bayaq oxuyuram ki, Azərbaycan DÖVLƏT Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərov 25 yaşlı bibisi nəvəsi Ümid Mehdiyevi maliyyə işləri üzrə prorektor təyin edib.
Sonra başqa bibisinin nəvəsi Çinar Qaybalıyevi təsərrüfat üzrə prorektor təyin edib.
Adamdan soruşarlar ki, bunun harası DÖVLƏT universiteti oldu, ay Cəfər Cəfərov ?
Bu ailə şirkətidir, yoxsa universiteti arendaya götürmüsünüz ?
Hələ bu harasıdır ?
Cəfər Cəfərov ADPU-nin tanınmış fizika alimini dekan vəzifəsindən çıxarır və yerinə bircə gün də dərs deməyən laborant Arzu Daşdəmirovu təyin edir.
Arzu Daşdəmirov kim olsa yaxşıdır ?
Cəfər Cəfərovun arvadının əmisi oğlu.
Adama deyərlər laborant hara, dekan hara, ay Cəfər ?
Guya Allah qoymasa, ölkəmizdə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə haqqında“ Qanunu var. Və Qanunda yaxın qohumların birgə vəzifədə olması yolverilməzdir.
Ay Cəfər, niyə bu qanunu ayaqlarının altına atıb tapdalayırsan ?
Cəfər Cəfərovun əməlləri heç bir qanuna sığmır.
Universitetdə imtahanlar, kəsirlər, qayıblar Cəfər Cəfərovun biznesinə daxildir.
Bəli, Cəfər Cəfərov ADPU-ya rektor təyin olunan kimi təcrübəli pedoqoqları müxtəlif yollarla işdən uzaqlaşdırıb, boş qalan yerlərə özünün, həyat yoldaşının, Sona Vəliyevanın savadsız qohum-əqrəbasını doldurub.
Cəfər Cəfərovu milyonçuya çevirən sahələrdən biri də universitetin “prafkomu”, yəni həmkarlarıdır.
Cəfər Cəfərov Həmkarlar Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin yaxın qohumu Vaqif Əliyevi ADPU-da həmkarlara sədr qoyub.
Vaqif Əliyev isə universitetdə fəaliyyət göstərən 1500-ə yaxın professor-müəllim heyəti, laborant və texniki işçinin sosial problemləri, müalicə və istirahətləri üçün ayrılan yüz minləri həzm-rabedən keçirib.
Təsəvvür edirsiniz, universitet müəllimlərinin adına neçə yüz hektar torpaq, bağ sahələri alınaraq satılıb, ya da villa tikilib.
Cəfər Cəfərov Vaqif Əliyevlə birgə hətta müəllimlərin adına alınan 80 manatlıq putyovkaları kimə gəldi 400-500 manata satıb.
Bütün bu talançılıq ortada ola-ola Cəfər Cəfərov 2-ci Qarabağ müharibəsində şəhid olan əsgərimizin tələbə bacısının təhsil haqqını tələb edir, onu qovmaqla hədələyir.
Gördünüzmü, milyonları talayan Cəfər Cəfərov şəhidin bacısını pula görə universitetdən qovmaq istəyir.
Bunlar Cəfər Cəfərovun bu günü ilə bağlı olanlar.
Görək, bu adamın keçmişi nə olub ?
Bəli, vaxtilə Cəfər Cəfərov Azərbaycan Xalq Cəbhəsinin üzvü kimi 1992-ci ildə Bakı Dövlət Universitetində Tarix fakültəsinin dekan müavini oldu.
Cəbhəçilər hakimiyyətdən gedəndən sonra Cəfər Cəfərov dostu Əli Həsənovun köməkliyi ilə 1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsinə təyin olundu.
Və bir vaxtlar laborant olan Cəfər Cəfərov dostu Əlinin vasitəsilə QHT sektoruna da lövbər salıb. Və milli koordinator kimi qrant yeməklə məşğul olub.
Sonra dostu Əli Həsənovun Beynəlxalq Mətbuat Mərkəzinin direktoru olub.
Daha sonra Cəfər Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru, 2014-2016-cı illərdə isə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin olunub.
Bəli, Cəfər Cəfərov rəhbər olduğu hər yeri "düzəldə-düzəldə" gedir.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/