Elman Rüstəmovla bibisioğlu Talıb Quliyevin “Rusalka”sı, yəni Su pərisi… - Talıb Quliyevin TTİ-yə, yəni 2 TUZA sevgisinin kökündə nə dayanır ?
4-02-2022, 13:30
1 800

Elman Rüstəmovla bibisioğlu Talıb Quliyevin “Rusalka”sı, yəni Su pərisi… - Talıb Quliyevin TTİ-yə, yəni 2 TUZA sevgisinin kökündə nə dayanır ?

Qarabağa Rusiyadan armatur  göndərən Talıb Quliyev üçün o torpaqlar sanki vətən deyil, biznes məkanıdır…

Mərkəzi Bankın sədri Elman Rüstəmov  və onun bibisi oğlu, həm də şəriki  Talıb Quliyev barəsində şikayətlər  bitib tükənmək  bilmir. 
Adətən deyirlər ki, insanın nəfsi quyudur. Amma Elman Rüstəmovla  bibisi oğlu Talıbın nəfsi okeandır, dəryadır. 
Köhnə toy mahnılarında deyilirdi ee...
Göydə bir ulduz var, adı Talıbdı....
Bu Elman Rüstəmovla  Talıbın imkanı olsa, yol qırağında duranlardan da xələt- “xərac”  alarlar. 
Belə ki, o boyda Mərkəzi Bankdan mənimsədikləri yüz milyonlar  bunlara bəs etmir. 
O boyda  “Bank Respublika” bu qohumlara azlıq edir...
O boyda  “Planet”  şadlıq evi  bunların gözünü  doyurmur...
O boyda  “Səba Broyler”, "Karvan-K” İstehsalat Kommersiya Şirkəti bəs etmir....
Nizami rayonu ərazisində  inşa etdikləri göydələnlər bunları qane etmir...
Londondakı, Kiprdəki  100 milyonluq mülklər, villalar, şirkətlər və üstəlik...
Son bir neçə ayda  Sabunçunun icra başçısı ilə razılaşaraq  Ramanı qəsəbəsində ələ keçirdikləri  10 hektar torpaq sahəsini və daha nələr....
Nizami rayonunda yaşıllıqların  məhv edilməsi də bu iki qohumun əməlidir...
Media yazır ki, Elman Rüstəmov arvadın birini dəlixanada, birini Londonda saxlayır...
Niyə cavab vermirsən, Elman Rüstəmov ? 
Bibisi oğlu Talıb da Elmandan geri  qalmır...
Talıb da qohumu Elman kimi  bahalı avtomobil kolleksiyasına sahibdir. Onun da övladları  Almaniyada oxuyur, həyat yoldaşı da orada yaşayır. Bunu mətbuat yazır. Amma biz yazırıq ki, hələ sənədlər düzəldilir.
Talıb isə Bakıda  eyş-işrət məclislərində  bir gündə 15-20 min dollar xərcləyir. 
Amma ən biabırçı hal odur ki, Elman Rüstəmov səlahiyyətlərindən istifadə edərək, dövlət qurumlarına təzyiq edir, tenderlərin ona məxsus şirkətlər tərəfindən udulmasına şərait yaradır. 
Məsələn,  Elman Rüstəmovun şəriki və  bibisi oğlu  Talıb Quliyev tərəfindən idarə olunan  “Karvan-K”  firması “Azərsu” ASC-dən milyonlarla dəyəri olan layihələri tenderdə udub. Amma...
Əmması odur ki, Talıb Quliyev  külli miqdarda dövlət vəsaitini mənimsəyərək “Azərsu”nu pis vəziyyətdə qoyub. 
Belə ki, Talıb Quliyevin  Biləsuvarda, Lənkəranda, Ağcabədidə çəkdiyi kanalizasiya xətlərinin heç biri normal fəaliyyət göstərmir. Çünki bütün boruların dərinlikdə olan ötürücüləri quraşdırılmayıb, dəyəri milyonlarla olan  avadanlıqlar  hesabdan “silinib”. Bütün kanalizasiya xətləri bərbad durumdadır. Və “Azərsu” rayon sakinləri qarşısında  biabırçı vəziyyətdə qalıb. 
Və  “Azərsu”   Talıbla, yəni “Karvan-K”  şirkəti ilə müqaviləni pozub. 
Beləcə, Elman Rüstəmov  hirslənərək   “Azərsu”ya qarşı məhkəmə iddiası qaldırıb. 
Bəli, Karvan-K” İstehsalat Kommersiya Firması  "Azərsu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verərək  dəyən ziyanın ödənilməsini  tələb edir. 
İddia hazırda  Bakı Kommersiya Məhkəməsinin icraatındadır. 
İndi gördünüzmü, Elman Rüstəmov təkcə bank sistemini deyil, digər dövlət qurumlarını da çıxılmaz vəziyyətə salıb. 
Bütün bunlar azmış kimi….
Talıb Quliyevin   “Rusalka” adlı tikinti şirkəti də  fəaliyyət göstərir.  Özü də müasir dövrdə olduğu kimi MMC, yaxud LTD-zad yox haa…TTİ, yəni sovet dövründə olduğu kimi Təmir-Tikinti İdarəsi…
Görəsən, Talıbın  TTİ-yə, yəni 2 TUZA marağının səbəbi nədir ? 
Talıb Quliyev Elman Rüstəmovun hesabına qazandıqları milyonları Rusiyaya yönəldib və hazırda armatur istehsalı ilə məşğuldur. İşğaldan azad olunmuş torpaqlarda gedən tikinti işləri  bu qohumlar üçün əsl biznes bazarıdır.
Belə ki, Talıb Quliyev hazırda Qarabağda gedən tikinti işlərini Rusiyadan göndərdiyi  armaturlarla təchiz edir, daha doğrusu, milyonlar qazanır. 
Daxil olan məlumatlara görə, Elman Rüstəmovun da başı qarışıb oğluna.
Belə ki, Elman Rüstəmovun oğlu həkimin  reseptlə dediyi 2 tabletkanı  gündə bir OVUC  atdığı üçün vəziyyət qəlizdir. 
Əlbəttə, biz hamıya Allahdan şəfa diləyirik. 
Amma, Elman Rüstəmovla bibisi oğlu Talıbın tikinti şirkıtinin adını niyə Rusalka qoyması özü də maraqlı mövzudur. Məlumdur ki, Ruslaka Su pərisidir. 
Gələn sayımızda oxuyacaqsınız Elman Rüstəmov Ramiz Mehdiyevin qardaşı oğlu Mamed Mehdiyevlə hansı faizlə şərikdir. Mamed Bayramov, Ləman Bayramova, Esmira Bayramova, Gülnaz Bayramova Talıb Quliyevə necə yaxındırlar. Mamed Bayramov Talıb Quliyevə ad günündə nəyi hədiyyə etmişdir. Vüqarla Vasif nə üçün həbs olunmuşdur. Talıb Quliyev nə üçün baldızı oğlunu işdən azad etmişdir. Mamed Bayramovun ailəsi nə üçün həmin vaxt 10 gün işə gəlməmişdir. Teymur Ələkbərov Bərdədə hansı işlərlə məşğul olub? Sevda Yəhyayeva Talıb Quliyevin firmasında hansı işlərlə məşğuldur? Ağacların kəsilməsində Elman Rüstəmov nə üçün Talıb Quliyevi qınamışdır. 
Bizi izləyin. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər