İradə Gülməmmədova niyə bu qədər təhlükəlidir ? - Abşeronun sabiq icra başçısı deyəsən Nərimanova başçı gəlmək istəyir…
8-02-2022, 11:05
1 696

İradə Gülməmmədova niyə bu qədər təhlükəlidir ? - Abşeronun sabiq icra başçısı deyəsən Nərimanova başçı gəlmək istəyir…

İradə sürüşə-sürüşə hara: Nərimanova, yoxsa Kürdəxanıya  gedir..? 


Bu gün  yenə Abşeronun sabiq icra başçısı, vəzifədən rüsvayçı şəkildə  qovulan İradə Gülməmədovanın ADI saytların manşetini bəzəyib. 
Xəbərdən bəlli olur ki, Abşeron rayonu Masazır qəsəbəsində fərdi evlərin ortasında ucaldılan qanunsuz göydələnlə bağlı  qəsəbə sakinləri etiraz ediblər. 
Sakinlər  deyir ki, qəsəbədə aparılan tikintilərin böyük əksəriyyəti keçmiş icra başçısı İradə Gülməmmədovanın qohumları tərəfindən inşa edilir. Və layihədə 3 mərtəbəli bina tikilməsi nəzərdə tutulsa da,  10 mərtəbəli bina tikilir. Üstəlik fərdi yaşayış evlərinin sakinləri binanı özləri üçün ciddi təhlükə hesab edirlər. 
Şəhərsalma  komitəsi isə bildirib ki, İradə Gülməmmədovanın 29.12.2021-ci il tarixli sərəncamı ilə həmin ərazidə  üçmərtəbəli fərdi yaşayış evinin tikintisi razılaşdırılıb. 
Təsəvvür edirsiniz, rəsmi sərəncamda 3 mərtəbə nəzərdə tutulub, ancaq İradənin qohumları 10 mərtəbə tikir. 
Yəqin oxucuların yaxşı yadında olar bir neçə il əvvəl  Yasamal rayonu ərazisində tikinti normativlərinə uyğun gəlməyən bina uçdu və bir neçə fəhlə öldü. Hətta deputatlardan biri arsız-arsız  dedi ki, həmin fəhlələr şəhid oldu. 
Sözümüzün canı odur ki, İradə Gülməmmədovanın qohumlarının tikdiyi qanunsuz və normativlərə cavab verməyən göydələnlər sakinlər üçün təhlükəlidir. 
Amma ən təhlükəlisi bilirsiniz nədir ? 
İradə Gülməmmədovanın özü ? 
Niyə ?
Bina uçsa, iraq olsun 3-5 nəfər ölə bilər. Amma 8 il  Abşerona  rəhbərlik edən İradə Gülməmmədovanın qanunsuz və insana yaraşmayan əməllərindən minlərlə rayon sakini əziyyət çəkib. (İradə xanım, Xətai rayonunda, Ağ şəhərdə yerləşən o mənzil o qədər əziyyət çəkib ki, bu yaxınlarda onun səsi hər yana yayılacaq.)
Hətta İradə Gülməmmədovanın cinayət əməllərinə görə hazırda  həbsxanada əzab çəkənlər var. 
İradə Gülməmmədova vətəndaşların qanuni torpaq sahələrini  başqalarına  satıb. 
İradə Gülməmmədova  Azərbaycandan oğurladığı milyonları Krasnodardakı  erməni qohumlarına göndərib orada biznes qurub. 
İndi gördünüzmü, İradə Gülməmmədova uçmaq ehtimalı olan binadan daha təhlükəlidir. 
Əgər İradə Gülməmmədova uçsa, onun altından nələr çıxacaq, bunu biz yaxşı bilirik. 
Biz niyə yazırıq ki, bu məxluq  bu qədər təhükəlidir ?  
Çünki bu məxluqda heç bir humanistlik hissi yoxdur. 
Bakıya  “qırıx  çamadan”la gələn və  Abşeron torpaqlarını satmaqla milyonçuya çevrilən  bu adam indi də Nərimanov rayonunun icra başçısı olmaq eşqinə düşüb. 
Bu adam əməllərinə görə, Kürdəxanıya  getməyi gözünə almaq əvəzinə hələ yenidən icra başçısı olmaq istəyir.
Özü də harada ? 
Paytaxt Bakının mərkəzində, strateji rayonlardan biri olan Nərimanovda. 
Deyəsən, bu adam yavaş-yavaş   Bakıya doğru  sürüşür...
Amma başa düşmür ki, Nərimanov rayonu onun üçün Abşeron deyil...
Bəli, yuxarıda əbəs yerə yazmadıq ki, bina uçanda...bina sürüşəndə...nələr ola bilər. 
Amma İradənin sürüşməsi  onun özü və yaxınları üçün  ciddi  xəbərdarlıq olacaq.
Və İradə Gülməmmədova Abşerondan sonra ancaq Kürdəxanıya  sürüşə bilər...
Bəli, Kürdəxanıya göndərdikləri  birağızdan oxuyur...
Sürüşə-sürüşə, İradə gəlir Kürdəxanıya  görüşə...
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər