Manşet
8-02-2022, 11:17
1 790
Səlimovdan sonra HƏBS növbəsi DEPUTAT Elnur Allahverdiyevdədir…- Ramiz Mehdiyevin kadrının MANDATI ləğv olacaqmı ?
Deputat Eldəniz Səlimov, deputat Rəfael Cəbraylov...
İndi növbə deputat Elnur Allahverdiyevindir
Ramiz Mehdiyevin ən yaxın dostu olan Elnur Allahverdiyev şəhid atasını məhkəməyə verir…
Deputat Elnur Allahverdiyevlə bağlı bu günədək yazılanları təkrar yazıb oxucuları yormaq istəmirik.
Ancaq özündən razı olan deputat Elnur Allahverdiyevin nəzərinə son 1 ildə həbs olunan 2 deputat həmkarının aqibətini yada salmaq istəyirik.
Bəli, depuatat Eldəniz Səlimov məhz yekəbaşlığının, polis işçisinə əl qadırmağının səbəbindən deputat mandatından məhrum edildi.
Təkcə deputat mandatından məhrum edilmədi, həm də hazırda həbsxana həyatı yaşayır. Biz heç kimə həbsxana həyatı arzulamırıq, Allah qapısını açsın. Amma…
Əmması odur ki, bəzi millət vəkilləri deputat toxunulmazlığı deyəndə elə bilirlər ki, onlara qaşın üstə gözün var deyən olmayacaq.
Sonra sabiq deputat Rəfael Cəbraylovun aqibətini Elnur Allahverdiyevin nəzərinə çatdıraq.
Allah rəhmət eləsin. O da az qala göylə gedirdi. Sonrası bəllidir. Deputat mandatından məhrum edildi və həbsxanada həyatını dəyişdi.
Görəsən, bütün bunlar Elnur Allahverdiyev kimilərinə dərs olmur.
Sözün qısası, deputat Elnur Allahverdiyev onun barəsində yazanları hərşeyşünas, savadsız, işsiz-gücsüz, paxıl adlandırır, özünü isə ciddi adam kimi qələmə verir.
Bu gün dövlət qurumlarında xeyli sayda ermənilərlə qohumluq əlaqəsi olanların çalışması heç kimə sirr deyil.
Elə 3-4 gün əvvəl Ramiz Mehdiyevin DİN-də çalışan erməniəsilli qohumu Levanın işdən qovulması da hamıya bəllidir.
Yəni bu məsələdə deputat Elnur Allahverdiyev də istisna deyil.
Elnur Allahverdiyevdən bu barədə soruşanda cavabı belə olur. Mənim belə suallara cavab verməyə həvəsim yoxdur.
Adam, sənə konkret sual verilir, sən isə cavab vermək əvəzinə həvəsdən-zaddan danışırsan…
Vətəndaş Elnur Allahverdiyevə sual verir ki, mənə 100 min manat atan adama sən dəstək verirsən, qoymursan işi obyektiv araşdırsınlar…
Deputat Elnur Allahverdiyin cavabı nə olsa yaxşıdır..?
Həmin şəxs ( 100 min pul atan ) mənim seçicimdir, ona görə də hüquq-mühafizə orqanlarına zəng etmişəm…
Bu adama başa salan yoxdur ki, sənin nə ixtiyarın var cinayətkarı müdafiə etməyə..?
O, adam sənin lap əzizin olsa da…
Başqa bir vətəndaş yazır ki, Elnur Allahverdiyevin “Kontakt Home” mağazalar şəbəkəsi kredit verən təşkilat və ya bank deyil. Ancaq alıcılarla bank kimi davranır, 3-4 gün gecikmə olduqda “bank üsulu” ilə faizlərin əlavəsi, alıcıların boynuna artıq faizlərin yüklənməsi, məsələyə qoluzorlu kollektorların cəlb olunmasına başlanır. Qanunvericiliklə, mağaza alıcıya məhsulu yalnız nəğd satış dəyəri ilə müddətli sata bilər, eləcə də, gecikmələrə görə faizlər və aylıq faiz əlavələri yolverilməzdir.
Daha bir xəbərdən bəlli olur ki, “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir. Bu isə külli miqdarda yeyinti və qanuni vergilərdən yayınmadır.
Onu da qeyd edək ki, Elnur Allahverdiyevin adı “Azercell”in 3 monopolist şirkətindən biri olan “ABC-Telekom” MMC-nin sahibi kimi keçir.
Biz həmin dövrdə gizli yolla Gəncəyə daşınan 100 min dəyərində konturların şahidi olmuşuq. Həmin konturların satışından büdəcəyə 1 manat da daxil olmurdu.
Biz təkcə Gəncəyə göndərilən konturları dedik. İndi görün ölkə üzrə nə qədər gizli satış və vergidən yayınma olub.
Bütün bunlar ortada ola-ola Elnur Allahverdiyevin şəhid atasını məhkəməyə verməsi, nəinki deputata, heç kimə yaraşan hal deyil.
Ümumiyyətlə, Elnur Allahverdiyev qazilərə, şəhid ailələrinə qarşı çox hörmətsiz davranır.
Bu adamın indiyədək bir dəfə də olsun parlamentdə danışdığını görən və eşidən olmayıb. Ona görə də haqlı olaraq LAL deputatlar siyahısında adı birincidir.
Bu adamdan Sloveniyanın konsulu ola-ola necə deputat seçilməsini soruşan jurnalistə deyir ki, gedin MSK-dakı sənədlərə baxın, onda biləcəksiniz.
Bu nə kəntöy cavabdır, cənab deputat ?
Bu adam ABU-ya qanunsuz qəbul edilməsi ilə bağlı sualdan da yayınır və konkret cavab vermir.
Bəs görək bu adamın keçmişi kim və nəçi olub?
Cənab deputatın atası Maqbet Allahverdiyev Dövlət Poliqrafiya və Kutab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, “Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdə işləyib və vaxtilə Ulu öndər Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib.
Belə bir şəxsin oğlunun Ulu öndərin qurduğu partiyanın deputatları sırasında olması olduqca acınacaqlıdır.
Onu da qeyd edək ki, Elnur Allahverdiyev Ramiz Mehdiyevinin yaxın dostlarındandır.
P.S Jurnalistlərə hərşeyşünas deyən şəxsin özü və ailə üzvüləri hərşeyşünasdır. /Gundelik-baku.com/