Rasim Məmmədovu “itqusdu” apardılar.... - Dələduz Rasim Məmmədovun QHT-sini Ədliyyə Nazirliyində kim(lər) dövlət qeydiyyatına alıb ?
8-02-2022, 16:41
7 582

Rasim Məmmədovu “itqusdu” apardılar.... - Dələduz Rasim Məmmədovun QHT-sini Ədliyyə Nazirliyində kim(lər) dövlət qeydiyyatına alıb ?

Özünə nəzarət edə bilməyən İrasim necə ictimaiyyətə nəzarət edəcəkdi ? 



Atalar məsəli var: Kasıb itinin adını GÜMÜŞ qoyar...
Bəli, İrasim də ( Rasim Məmmədov ) QHT-sinin adını “İctimai Nəzarət Koalisiyası” qoymuşdu. 
Bundan soruşan lazım İDİ Kİ, sən özünə nəzarət edə bilmirsənsə, İCTİMAİYYƏTƏ necə nəzarət edə bilərsən..?
Sənin özünə nəzarət lazımdır, ay İrasim..
Müdriklər deyib ki, heç kim ÖLÜMDƏN və HƏBSDƏN sığortalanmayıb. 
Həbs hər adamın başına gələ bilər. Amma...
Amma HƏBS-in də bir  təhəri var...
El arasında bir İTQUSDU məsəli var.  
İrasimin HƏBS OLUNMA səhnəsinə baxanda İTQUSDU söhbəti yada düşür...
Bu o qədər həddini aşmışdı ki...
Hətta Qarabağ qazisinin üzünə tüpürmüşdü...
Amma bu gün baş verənlər onu göstərdi ki, İRASİMİN nəinki üzünə, hətta CƏMDƏYİNƏ tüprüdülər. 
Doğrudan da, bu günədək minlərlə saxlanma əməliyyatının şahidi olmuşuq. Amma beləsini görməmişdik...
Rasimin ağzını lap toz-torpağa sürtdülər...
Görünür, bu adam özü barəsində hamıda iyrənc bir obraz yaratmışdı...
Bəli, DİN-in yaydığı rəsmi məlumatdan bəlli olur ki....
Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov saxlanılıb.
Bildirilib ki, vətəndaş Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb etmişdir. 
Ramiz Hüseynov həyətə düşdükdən sonra Rasim Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlətmiş və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir.
Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılmış və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılmışdır.
Onu da qeyd edək ki, özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə qarşı da qanunazidd hərəkətlər etməsi ehtimal olunur. Odur ki, onun belə əməllərindən zərərçəkmiş şəxslər varsa bu barədə DİN-in 102 Zəng-Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.
İndi isə, rəsmi xəbərə  qısaca münasibət bildirək. 
Rəsmi xəbərdə qeyd olunur ki, özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin SƏDRİ  KİMİ TƏQDİM EDƏN Rasim Məmmədov….
Həə, cənablar, bu adam özünü  təqdim eləmir ee…Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. 
Cənablar, sabah biz sağlam məqsədlə hansısa bir QHT qeydiyyatdan keçirmək istəsək, min dənə BƏHANƏ ORTAYA çıxacaq. 
Bəs , Rasim Məmmədovun QHT-sini nə tez qeydiyyatdan keçirmisiniz ? 
Deməli, ona ilk şansı sizlər vermisiniz. 
Sonradan Rasim Məmmədov  Qarabağa maliyyə dəstəyi adı altında kimlərdən milyonlar yığmayıb..? 
Rasim Məmmədov məktəb  direktoru olan bacısı ilə bağlı yayılan xəbərlərə görə jurnalistlərə deyir: “Qucaqlarda oturan məktəb direktorlarından yazın, bacımdan yox”.
Xanım məktəb direktorları kimlərinsə qucağında oturur? 
Axı, ölkədə fəaliyyət göstərən 5 minə yaxın məktəbin bəlkə də yarısından çoxunun direktoru qadındır. Yəni minlərlə xanım məktəb direktorları var. Bunları bu sayaq təhqir etməyi Rasimə kim hüquq verib? 
Axı, bu qədər xanım direktorun ailəsi, oğlu-qızı, qardaş-bacısı, atası-əmisi və s var. 
Nə isə…İrasimin əsgərlikdə başına gələnlər, Nadejdanın qaşıqlarını oğurlayıb satması, sonradan fərarilik etməsi, retoranda çaxırı içib qaçarkən tutulub eşşək kimi döyülməsi, FETÖ sevdalısı olması…uzun bir  yazının mövzusudur.
Növbəti yazımızda Rasim Məmmədovun Həmdullası və idarə heyətinin üzvüləri barəsində bəhs olunacaq. /Gundelik-baku.com/

Oxşar xəbərlər