Kimi aldadırsan, Niyazi Bayramov ? - Gəncədə rəzalət: Prezidentin səfərindən sonra yaşıllıq yoxa çıxdı...
11-02-2022, 18:45
6 935

Kimi aldadırsan, Niyazi Bayramov ? - Gəncədə rəzalət: Prezidentin səfərindən sonra yaşıllıq yoxa çıxdı...

Gəncə şəhərində ciddi idarəetmə  problemi var...

Şairlərimizdən  birinin gözəl bir şeiri var ee...
Kimi aldadırsan, ay zalım oğlu ..?
Gəncə şəhərinin icra başçısı Niyazi Bayramovun əməlindən bəhs edən videomateriala baxanda şairin şeiri yadıma düşdü. 
Deməli, sosial şəbəkələrdə Prezidentin səfərindən sonra Gəncə şəhərində lentə alınan  görüntülər adamı dəhşətə gətirir. 
Belə ki, paylaşılan video və fotolarda "Nizami" küçəsində Bayraq meydanına yaxın körpünün yanında səki kənarına əkilən ağacların Prezidentin səfərindən sonra çıxarılaraq, maşına yığıldığı görünür.
Paylaşılan görüntülər sosial şəbəkədə insanlar tərəfindən bir mənalı qarşılanmayıb. Sakinlər bildiriblər ki, Gəncə şəhərində bu kimi özbaşınalıqlar baş alıb gedir.
Deməli, cənab Prezidentin Gəncə səfərinə hazırlıq görən, icra başçısı  Niyazi Bayramov tələsik  ağacları yolların qırağına əkdirib ki, Prezident keçəndə görsün   və səfərdən sonra maşına yığıb  aparıblar. 
Bu məmurlar başa düşmür ki, belə hoqqabazlıqlar  dövrü çoxdan başa çatıb. 
İndi internet, sosial şəbəkə dövrüdür. Nəyi  isə cəmiyyətdən gizlətmək  mümkün deyil. Və Niyazi Bayramovun ölkə başçısını aldatması da mümkün olmadı. 
Bu məsələ Niyazi Bayramova yəqin ki, layiq olduğu yeri göstərəcək.  
Oxucular soruşur ki, görəsən, Gəncə icra hakimiyyəti bu videoya niyə reaksiya vermir?
Nə reaksiya versin ?  Nə desin ? 
Ümumiyyətlə, götürsək, ölkənin ikinci böyük şəhəri olan Gəncədə neçə illərdir ki, ciddi idarəetmə problemi var. 
Uzun illər Gəncəyə rəhbərlik etmiş Elmar Vəliyevlə bağlı baş verənlər  ciddi  siqnal idi. 
Yaxud polis rəsinin  icra başçısına  kəllə vurması və digər olaylar Gəncədə idarəetmədə ciddi problemdən xəbər verir. 
Niyazi Bayramov  7 il Mingəçevir şəhərinin başçısı olanda demək olar ki, Kür boyu münbit ərazilərin hamısını öz dədəsinin torpağı kimi sataraq milyonçuya  çevrildi. 
Hətta 44 günlük Qarabağ müharibəsinin qızğın vaxtında övladına Londonda  30 milyonluq mülk aldı. 
Bu yaxınlarda  Niyazi Bayramovun həyat yoldaşının Bakı şəhərində  10 milyonluq restoranı tapıldı. Və daha nələr…
Keçmiş gömrük polkovniki olan Niyazi  Bayramov  neçə illərdir cibində Qarabağ müharibəsi veteranı vəsiqəsini gəzdirərək cəmiyyəti aldadır. 
Niyazi Bayramov Gəncədə abadlıq adı  altında dövlətin 22 milyon manatını öz yaxın dostunun şirkətinə köçürərək, mənimsəyib. 
Niyazi Bayramov hətta ermənilərin atdığı raketdən  evi dağılan şəxsləri də aldadıb. Belə ki, dövlətin verdiyi 13 minə qol çəkdirib və  vətəndaşa  2 min manat verib. 
Deməli,  beləsindən hər şey gözləmək olar. 
Yəni bu adam 15 ildir  cəmiyyəti aldada-aldada  gəlir. 
İndi də Prezidentimizi aldadıb?
Bu məsələ Niyazi Bayramova yəqin ki, layiq olduğu yeri göstərəcək. /Gundelik-baku.com/

Oxşar xəbərlər