Manşet
12-02-2022, 12:05
17 599
Deputat Mahir Aslanov Naftalanı zəbt edib ? - Naftalanın deputatı seçiciləri saymır?...
Yazı-pozu ilə məşğul olduğum 20 ildən artıq müddətdə belə bir hala rast gəlməmişəm.
Belə ki, 1 saatdan artıq google axtarış sistemində, müxtəlif saytlarda axtarış aparıb, hər yeri ələk-vələk etsəm də 96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanovun avtobioqrafiyası barədə nəinki yazı, hətta bircə söz tapa bilmədim.
Bu adam 4 çağırış Goranboy və Naftalan camaatını Milli Məclisdə təmsil edib.
Bilən yoxdur ki, bu adam neçənci ildə anadan olub..?
Bu adam məktəbə gedibmi, ali təhsili varmı, ixtisası nədir, hansı ali məktəbi bitirib, orduda xidmət edibmi, haralarda işləyib...??
Yəni bu adamın varlığı barədə bircə sözə də rast gəlmədim.
Belə olan halda bu adam necə 10 minlərlə seçicini təmsil edir?
İnsanlar tanımadığı bu adama necə səs veriblər ?
Vallah rəzalətdir. Bunun başqa adı yoxdur.
Bu adamın adı ancaq nələrdə hallanır ?
Oğlu Maserati avtomobili ilə avtoşluq edir...
Araşdırma zamanı saytlardan əldə etdiyimiz məlumatlardan bildik ki, Mahir Aslanov sabiq nəqliyyat naziri Ziya Məmmədovun hesabına deputat olub. Hətta bir müddət Mahir Aslanovun oğlu Ziya Məmmədova məxsus olan “Bank of Baku” bankında rəhbər vəzifədə çalışıb.
Həə, bir də onu müəyyən edə bildik ki, deputat Mahir Aslanov SOCAR-da vitse-prezident olan Bədəl Bədəlovun yaxın qohumudur. Və qohumlar Naftalanı demək olar ki, zəbt ediblər.
İnternetdə axtarış zamanı Mahir Aslanovla bağlı ortaya ancaq neqativ xəbərlər çıxır. Onun fəaliyyətini əks etdirən hər hansı bir vikipediya materialı belə mövcud deyil.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan 4-cü çağırış üzrə deputat Mahir Aslanovun biznes şəbəkəsinə nəzər salanda adam dəhşətə gəlir.
O dəqiqə adamın ağllına gəlir ki, axı, qanunlarımıza görə, deputatın biznes fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır, deputat kommersiya fəaliyyəti ilə məşğul ola bilməz.
Sonra düşünürük ki, Mahir Aslanovlara olar.
Görəsən, Mahir Aslanov aldığı 1750 manat deputat maaşı ilə dəyəri 100 milyonlar olan əmlakı necə alıb?
Təsəvvür edirsiniz, Mahir Aslanovun biznesinin sorağı Rumıniyadan, Türkiyədən gəlir.
Bu adamın Naftalan şəhərində öz adına ümumi sahəsi 10 min kv.m olan 7 mərtəbəli müalicə mərkəzi var.
Bundan əlavə Kəpəz sanatoriyası da deputata məxsusdur.
Deputatın Xətai rayonunda 7 mərtəbəli şəxsi ofisi var.
Yeri gəlmişkən, deputatın oğlu Məhəmmədəli Aslanov Xətai RİH-də “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması” şöbəsinin müdiridir.
Deputatın ümumi sahəsi 2249.1 kv.m. olan "Nobel" oteli də fəaliyyət göstərir.
Bakıdakı HAPPY İNN HOTEL və Kəpəz mebel salonları da deputata məxsusdur.
Yuxarıda qeyd etdik ki, deputatın səsi-sorağı tez-tez Rumınıyadan gəlir.
Bəli, Buxarestdə fəaliyyət göstərən NİCO & KAPAZ SRL şirkəti də deputat Mahir Aslanova məxsusdur.
Deputatın özündə bir çox sahəni birləşdirən nəhəng biznes şəbəkəsi var. Bu şəbəkə Mahir Aslanova məxsus olan "Kəpəz Group” tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahələri əhatə edir.
”Kəpəz Group" tikinti, mebel (istehsalı və daşınması), daşımaçılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Bundan başqa, Mahir Aslanovun onlarla iri yük daşımaçılığı ilə məşğul olan TIR-ları var.
Təsadüfi deyil ki, deputatın əmisi oğlu Natiq Aslanov 10 ildən artıq Naftalanın icra başçısı olub. Deputat əmisi oğlu ilə birlikdə Naftalanda sayı-hesabı bilinməyən qanunsuz işlərə imza atıb.
Hətta Natiq Aslanovun da hansı məktəbi bitirdiyi bəlli deyil. Bəzi məlumata görə, sabiq icra başçısı əvvəllər deputatln mebel sexində dülgər işləyib.
Hə, beləcə, Aslanovlar Naftalan və Goranboyu zəbt ediblər.
Bəs qanun deyir ki, deputat kommersiya fəaliyyəti ilə məşğul ola bilməz…
P.S Növbəti sayımızda 99-AA-170, 90-AA-488 və dövlət qulluqçusu olan mayorun adına milyonlarla əmlakların kimə məxsusluğu haqqında yazı dərc edəcəyik. Bizi izləyin. /Gundelik-baku.com/