Kənd Təsərrüfatı Nazirliyində özbaşınalıqlar davam edir... - Aqrar Xidmətlər Agentliyinin “saxta tender serial”ları...
14-02-2022, 17:56
7 198

Kənd Təsərrüfatı Nazirliyində özbaşınalıqlar davam edir... - Aqrar Xidmətlər Agentliyinin “saxta tender serial”ları...

Ədliyyə Naziri olmaq istəyən Nazir kimdir?
 
Kənd Təsərrüfati Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi (sədr Mirzə Əliyev) tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin Ü/130 nömrəli, 20 sentyabr 2021-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2022-ci il üzrə epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planına” müvafiq olaraq təqribən 10 milyon ABŞ dolları həcmində büdcə vəsaiti hesabına 2021-ci ilin setyabr ayında baytarlıq vaksinlərinin satınalınması məqsədi ilə əvvəlcədən xüsusi hazırlanmış ssenari üzrə “tenderlər serialı” həyata keçirilmişdir.
Ssenari üzrə vaksinlərin satınalınması üçün əvvəlki illərdə olduğu kimi bir açıq tender yox, 11 adda olan vaksinlər 5 qrupa bölünərək dörd “elektron tender” və bir “birbaşa müqavilə” üsulları ilə satınalmalar həyata keçirildi.
Bu tenderlərdən biri “Heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Leptospiroz xəstəliyinə qarşı vaksin” adlanırdı. 10 oktyabr 2022ci il tarixdə təkliflər açılarkən məlum oldu ki, iştirakçılardan "CASPIAN EYES” şirkәti 3233001.62 AZN, “LAB TEST" şirkәti 4420011.46AZN "MAYBO" MMC şirkәti isə bu vaksinlərin 4612735.20AZN ", dəyərində qiymət təklifləri təqdim ediblər (açılış protokolunun surəti əlavə olunur).
Bundan sonra Kənd Təsərrüfati Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi sədri Mirzə Əliyevin əmri ilə təşkil edilmiş Qiymətləndirmə komissiyası fəaliyyətə başladı. Və komissiya qərara gəldi ki, aşağı qiymətlər təklif etmiş "CASPIAN EYES” və “LAB TEST” şirkətlərinin təkliflərində “ciddi qüsurlar” aşkar edildiyinə görə onların təklifləri səlahiyyətsiz sayılsın və bu satınalma üzrə müqavilə ən yüksək, daha doğrusu 1 379 733 manat 58 qəpik artiq qiymət təklif etmiş "MAYBO" MMC şirkәtinə təqdim edilsin. Qiymətləndirmə hesabatı “ciddi dəlillərlə və istinadlarla” əsaslandırıldı və təsdiq edilmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edildi.
Kifayət qədər “əsaslı dəlil və istinadlarla” tərtib edilmiş Qiymətləndirmə hesabatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dərhal təsdiq edildi və "MAYBO" MMC şirkәti ilə müqavilə imzalandı.
Bu hal satınalmalar praktikasında  qəbul edilə bilinəcək adi bir haldır. Lakin bundan sonra baş verənlər hər şeyi alt-üst etdi.
Məlum oldu ki, “MAYBO” şirkəti 1 fevral 2022-ci iltarixli MJB-012/2022 nömrəli məktubla Russiyanin Vladimir şəhərindəki mötəbər vaksin istehsalçısı olan “Heyvan Sağlamlıği üzrə Elmi Tədqiqat İnstitutuna” (ВНИИЗЖ) müraciət edərək Azərbaycan Respublikasınin Kənd Təsəttüfatı Nazirliyinə satmaq üçün 3 752 574 doz qoyunların çiçək xəstəliyinə vaksini, quduzluq xəstəliyinə qarşı 208 664 doz inyeksion və 82 400 doz oral vaksin istəmişdir (müraciət məktubunun surəti əlavə edilir).
Bu nə deməkdir? Bəs Kənd Təsərrüfati Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi sədri Mirzə Əliyevin əmri ilə təşkil edilmiş hörmətli Qiymətləndirmə komissiyası “MAYBO” şirkətinin təklif etdiyi hansı vaksinləri qiymətləndirib? Bu qiymətləndirmə nəticəsində bağlanmış müqavilədə hansı istehsalçının və hansı marka adlı vaksini göstərilib? Məgər tenderin şərtlərinə görə “MAYBO”
şirkətinin təklifində göstərilən vaksinlər 31 dekabr 2021ci il tarixinədən gec olmayaraq Kənd Təsərrüfati Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinə təhvil verilməli deyildimi?
Yəqin ki, bu suallar korrupsiya ilə əlaqədar qanun pozmalarını araşdırmalı olan müvafiq orqanları maraqlandıra biləcək.
Bəs gömrük rəsmiləşdirilməsi zamanı Gömrük komitəsinə təqdim etmək üçün müqavilədə hansı “o olmasın, bu olsun” düzəlişləri ediləcək?
“Azərbaycan Respublikasında 2022-ci il üzrə epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planına” nəzərdə tutulmuş xüsusi təhlükəli qarayara xəstəliyinə qarşı vaksinasiya yanvar-fevral aylarından gec olmayaraq aparılmalıdır. Vaksinlərdən isə hələ heç xəbər belə yoxdur. Bundan sonra mövcud qanuna görə həmin vaksinlər ölkəyə buraxılmaq üçün təqribən 10 gün vaxt tələb edən labarator yoxlama keçməlidir. Vaksinlərin saxlama müddəti məhdud olduğuna görə onlar istifadə üçün gələn ilə saxlanıla bilməz və bu səbəbdən utilizasiya edilməyəcəkmi?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliy Tərəfindən yaranmış təhlükəli vəziyyət yəqin ki, təxirə salınmadan araşdırılacaq və Kənd Təsərrüfati Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyindən cavab istəliniləcək.
Növbəti materialda daha geniş açıqlama verilmişdir. Mütəxəssislər Gundelik-baku.com saytına ürək ağrısı ilə danışırlar. 
Kənd təsərrüfati nazirliyi yanında Aqrar xidmətlər agentliyi (sədr Mirzə Əliyev) tərəfindən Qida təhlükəsizliyi agentliyinin Ü/130 nömrəli, 20 sentyabr 2021-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2022-ci il üzrə epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planına” müvafiq olaraq təqribən 10 milyon ABŞ dolları həcmində büdcə vəsaiti hesabına 2021-ci ilin sentyabr ayında baytarlıq vaksinlərinin satınalınması məqsədi ilə əvvəlcədən xüsusi hazırlanmış ssenari üzrə “tenderlər serialı” həyata keçirilmişdir. İnanmaq olar ki, “Serial”da baş verən özəlliklərin bəzilərini diqqətlə izləsələr Ölkəmizdə
daxil olmuş materiallarda korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin ümumiləşdirilməsini həyata keçirməli olan, habelə onun nəticələrinə əsasən fəaliyyətinə dair daha çox şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə orqanlarının, habelə dövlət müəssisələrinin fəaliyyətinin yoxlanılmasını dövlət orqanlarına və ya auditor təşkilatlarına həvalə etməli olan və cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarını Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərməli olan və əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərməli olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası;
dövlət satınalmalarının dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi prinsipləri əsasında həyata keçirilməsini təmin etmək məqsədilə həmin sahə üzrə dövlət tənzimlənməsində, dövlət siyasətinin, normativ hüquqi aktların hazırlanmasında və ekspertizasının aparılmasında, həmçinin dövlət satınalmaları haqqında qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət müəssisələri və büdcədən maliyyələşən təşkilatlar tərəfindən malların (iş və xidmətlərin) satınalınması üzrə yaradılan tender komissiyalarınınişində iştirak etməklə və dövlət büdcəsinin icrasına, dövlət büdcəsindən, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsinə və maliyyə orqanları ilə razılaşdırılmış qaydada təsdiq edilmiş smetaya uyğun istifadəsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirməli olan Maliyyə nazirliyi;
dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini strukturuna daxil olan müvafiq qurum vasitəsilə təmin etməli olan İqtisadiyyat Nazirliyi və sair səlahiyyətli orqanlar ola bilər ki, şoka düşməmək üçün naşatır spirti iyləməli olacaqlar.
Ssenari üzrə vaksinlərin satınalınması üçün əvvəlki illərdə olduğu kimi bir açıq tender yox, 11 adda olan vaksinlər 5 qrupa bölünərək 4 elektron tender və 1 birbaşa müqavilə ilə satınalma həyata keçirildi. Bu “yenilik”də doğan suallar:
1. Bölgü nə üçün aparılıb? Bu əvvəlcədən sövdələşmənin nəticəsi deyilmi?
2. Bölgü hansı meyarlarla həyata keçirilib, vaksinlər hansı oxşarlıqlarına görə qruplaşdırılıb və dünyanın hansı bir sivil ölkəsində belə praktika mövcuddur? Yenədə, bu əvvəlcədən sövdələşmənin nəticəsi deyilmi?
3. Vaksin istehsalçısi olmayan Caspian Eyes şirkəti birbaşa müqavilə üçün hansı meyarlarla seçilib? Bu şirkət serial zamanı “Heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Leptospiroz xəstəliyinə qarşı vaksin” adlı tenderdə ən aşağı qiymət (3 233 001,62 AZN) təqdim etmiş şürkət deyilmi? Bu halda daha
yüksək qiymət təqdim etmiş (4 612 735,20 AZN) Maybo şirkətini galib elan etmək üçün Qiymətləndirmə komissiyası Satınalma prosedurları haqqında hesabatında Caspian Eyes şirkətinin hansı nöqsanlarını “aşkar” edərək rəsmiləşdirib?
4. Sivil ölkələrin (uzağa getməyək, məsələn Qazağıstan) praktikasında olduğu kimi, istehsalçıların birbaşa iştirakını təmin etmək məqsədi ilə satın alınacaq hər bir vaksini ayrica lot kimi göstərməklə bir açıq tender niyə elan edilmir? Büdcə vəsaitinə qənaəti və keyfiyyətli mal alınmasını təmin edə biləcək daha səmərəli nəticələr əldə edilməsinə imkan verə biləcək bu satınalma formatından nəyə görə yayınılır?
5. Tender İştirakçıları üçün Təlimatların 2-ci bəndində (Tender iştirakçılarının iştirak uyğunluğu) “Dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərdə və bu ƏŞT-də göstərilən hallar istisna olmaqla, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş istənilən hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər” yazmaq Dövlət satınalmaları haqqında Qanunun 8.1. Maddəsini (Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər.) inkar etmək deyilmi? Cənab Mirzə Əliyev bəyəm məlumatlı deyilmi ki, Azərbaycanda vaksin istehsalı mövcud deyil? Nəyə görə tenderdə iştirak naminə xarici istehsalçılar Azərbaycan Respublikasında qeydiyyatdan keçməlidirlər? Bu hansı sivil ölkədə belə bir hal tələb kimi qoyulur? Bu büdcə vəsaitinin istifadəsində vasitəçi şirkətlərin xidmətindən istifadə etməklə hancı məqsədə nail olmaq üçündür?
6. SOS!SOS! “Heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Leptospiroz xəstəliyinə qarşı vaksin” adlı tenderdə qalib elan edilmiş Maybo şirkəti 1 fevral 2022-ci iltarixli MJB-012/2022 nömrəli məktubla Russiyanin Vladimir şəhərindəki mötəbər vaksin istehsalçısı olan “Heyvan Sağlamlıği üzrə Elmi Tədqiqat İnstitutuna” (ВНИИЗЖ) müraciət edərək Azərbaycan Respublikasınin Kənd təsəttüfatı nazirliyinə satmaq üçün 3 752 574 doz qoyunların çiçək xəstəliyinə vaksini, quduzluq xəstəliyinə qarşı 208 664 doz inyeksion və 82 400 doz oral vaksin istəmişdir. Bu o demək deyilmi “qalıb” şirkətin tenderə təqdim etdiyi təklifində umumiyyətlə vaksinlərin tender şərtlərində tələb olunan qaydada adları (!!!), spesifikasiyaları (!!!), GMP sertifikatları (!!!), istehsalçılarnın avtorizasiya məktubu (!!!) olmayib? Qiymətləndirmə komissiyası nəyi qiymətləndirib??? İmzalanmış müqavilədə hansı vaksininlərin adları yazılıb? Gömrük rəsmiləşdirilməsi zamanı nələr baş verəcək?
7. Brusellyoz xəstəliyinə qarşı tətbiq olunan St.19 vaksini üçün keçirilmiş tender ləğv edildikdən sonra başqa bir şirkətlə birbaşa müqavılə bağlanarkən Türkiyənin
HAKEM şirkətinin təqdim etdiyi bir doz üçün 0.39 ABŞ dolları təklifi nəzərə alınıbmı?
8. SOS! SOS! Dabaq xəstəliyinə qarşı vaksinlərin satınalınması məqsədi ilə birbaşa müqavilə imzalanmış vaksin istehsalçısi olmayan və Qiymətləndirmə komissiyası tərəfindən o birisi tenderlərdə ciddi nöqsanları “ciddi nöqsanları aşkar edilmiş” bu Caspian Eyes şirkəti hansı meyarlarla seçilib?
9. SOS! SOS!Tenderlərin şərtlərində tələb olunan vaksinlərin indiyə qədər gətirilməməsi nəticəsində “Azərbaycan Respublikasında 2022-ci il üzrə epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planında” nəzərdə tutulan vaksinasiyanın vaxtında yerinə yetirilməməsini kimsə kimdən soruşacaqmı? Heç olmasa bu gecikmələr nəticəsində tələb olunan dövrlərdə vaksin vurulmaması səbəbindən heyvanlarda arasında gözlənilən tələf olma və bala salmalar nəticəsində ölkə iqtisadiyyatına vurulacaq ziyanı kimsə hesablayacaqmı?
10. Və sair...
Allah xalqımızı kovid pandemiyasından və korrupsiya epidemiyasından qorusun! /Gundelik-baku.com/

Oxşar xəbərlər