Manşet
16-02-2022, 11:28
1 944
Rövnəq Abdullayevin “kadrı” Pirallahının icra başçısı Vasif İmanovun MİLYONLUQ MÜLKLƏRİ- Vasif İmanovun HƏBSİ qaçılmazdır…
Rövnəq Abdullayev getdi....Sən də ŞƏLƏ-ŞÜLƏNİ yığışdır, LƏLƏ VASİF...
Pirallahının icra başçısı Vasif İmanov 880 manat maaşla 5 milyonluq villanı necə alıb ?
Haqqında bəhs edəcəyimiz şəxs, yəni Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanov 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib və 10 il “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik kimi çalışıb.
Sonradan 1991-1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003-2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışmışdır.
YAP Pirallahı Rayon Təşkilatı İdarə Heyətinin üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.
Yəni bu adamın siyasi trayektoriyasına nəzər salanda bəlli olur ki, Lələ Vasif kimi tanınan icra başçısı Rövnəq Abdullayevin “kadro”sudur.
Dövlətin rəsmi sənədlərində bu adamın maaşı 880 manat göstərilir.
Onda ortaya belə bir sual çıxır:
İcra başçısı Şabrandakı, daha dəqiq desək Gilavar kəndindəki 5 milyon dəyəri olan villanı hansı pulla tikdirib ?
Bu villa icra başçısı Vasif İmanovun çoxsaylı villalarından biridir.
Özü də Vasif İmanovun villaları mütəq qudalarının villası ilə yanaşı olmalıdır.
Məlumat üçün qeyd edək ki, Vasif İmanov Azərsu-nun sabiq rəhbəri Qorxmaz Hüseynovla qudadır.
Belə ki, Vasif İmanovun oğlu Turan Həsənzadə Qorxmaz Hüseynovun qızının həyat yoldaşıdır.
Yeri gəlmişkən, Turan Həsənzadə Ədliyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza Mərkəzində yüksək vəzifə tutur. Və iki il öncə onun adı içkili vəziyyətdə qəza törətməsi ilə bağlı mediada hallanmışdı.
Cənab icra başçısının adı isə 44 günlük Zəfər savaşının iştirakçısı olan şəxslə bağlı mediada ciddi müzakirə olunub.
Belə ki, icra başçısına işlə bağlı müraciət edən Qarabağ qazisinə bir neçə aydan sonra küçədə SÜPÜRGƏÇİ işləmək təklif olunub.
Bizə elə gəlir ki, belə icra başçısının özünə küçə süpürtmək daha düz olar.
Bəli, son 7-8 ildə icra başçısı Vasif İmanov Pirallahını qarış-qarış satıb.
İcra başçısı Vasif adına uyğun olaraq VAST MMC yaradıb və milyonlarla dövlət vəsaitini bu şirkətə köçürərək mənimsəyir. Oğlunun və digər ailə üzvlərinin hesabına köçürülən pulların dəyəri milyonlar təşkil edir.
Yuxarıda qeyd etdik ki, İmanovu bu vəzifəyə SOCAR – ın sabiq prezidenti Rövnəq Abdullayev gətirib. Onun sayəsində milyonlar qazanan icra başçısı ağasına dənizkənarında villalar və yaxta hədiyyə edib. İcra başçısının digər qudası isə “Azərsüvinir” MMC – nin sədri Tariyeldir.
İcra başçısının ikinci oğlu Zöhrab isə rayonda sahibkarlarla məşğul olur. Onun hərəkətləri artıq rayonda ciddi narazılıq yaradıb.
İcra başçısının PA-da çalışan şəxslərdən biri ilə qohumluq əlaqəsi olması da bəllidir.
Düzdür, onunla bizim hər hansı bir problemimiz yoxdur, sadəcə məlumat üçün qeyd etdik.
Ümumiyyətlə, icra başçısı Vasif İmanovun “ayaması” Lələdir. Yaxınları ona LƏLƏ deyə müraciət edir.
Amma LƏLƏ həddən artıq xəsis imici qazanıb.
Belə ki, insanlara çatası haqqı yeyir və hər dəfə də deyir ki, Rövnəq müəllimin filan sifarişini icra elədim, bu qədər pul xərclədim…
Yazının sonunda cənab icra başçısına üz tutub soruşuruq ki, LƏLƏ, Cənub zonasından gələn, daha doğrusu iş adamlarının gətirib stolun üstünə qoyduğu 110-dan kiməsə 1 manat vermisənmi..?
Niyə yalan danışırsan ?
Sözün qısası, dalında duran Rövnəq getdi, qudan Qorxmaz getdi….
Sən də şələ-şüpəni yığışdır, Lələ…?
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/