Şəkinin icra başçısı neçənci ildə anadan olub ? - Elxan Usubov 2 doğum tarixi yazaraq kimi aldadır ?
16-02-2022, 13:51
7 565

Şəkinin icra başçısı neçənci ildə anadan olub ? - Elxan Usubov 2 doğum tarixi yazaraq kimi aldadır ?

Gündəlik-Bakı paytaxtda oturub Şəkidə baş verənləri görüb işıqlandıra bilir, amma...

İcra başçısı Elxan Usubov  5 addımlığındakı  vəhşiliyi görə bilmir...


İcra başçısının milyonluq mülkləri….

Elxan Usubov da HƏBS oluna bilər… 


Vallah,  bu məmurların  tərcümeyi-hallarını eşələyəndə  elə gülməli hallara  rast gəlirəm ki, bəlkə də dünyada analoqu yoxdur...
Bu gün haqqında  bəhs edəcəyim şəxsin, yəni Şəkinin icra başçısı  Elxan Usubovun Vikipediyadakı  rəsmi tərcümeyi-halına baxmalı oldum. 
Deməli,  1-ci cümlədə yazır ki, Şəki Şəhər  İcra Hakimiyyətinin başçısı  Elxan  Usubov  1958-ci il  15 yanvar tarixdə  Mingəçevirdə anadan olub. 
Sonra yazır ki, Şəkinin icra başçısı  Elxan  Usubov  1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. İxtisasca elektrik mühəndisi və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur.
2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir.
2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Kimin zərrəcə  şübhəsi varsa,  buyurub  Vikipediyada Elxan Usubov səhifəsinə baxsın. 
Bir adam ki, öz  doğum tarixinin ilini, gününü  səhv yazırsa, o boyda rayonları belə birisinin öhdəsinə necə vermək olar ? 
Təsəvvür edirsiniz, ixtisasca “mantyor”  olan  bu adamın 1 saatlıq idarəetmə təcrübəsi  olmadığı halda  Ağstafaya  icra başçısı  təyin ediblər. Sonra da Şəkinin icra başçısı olub. Yəni 16 ildir  fasiləsiz olaraq icra  başçısı vəzifəsində çalışır, əslində ÇALIB-TALAYIR. 
Bu adam dövlət məmuru olsa da, bu gün də adına xeyli şirkət var. 
"CHEMİCO CO LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1996-cı ilin iyulunda, "A.Q.T.İ.M." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ilin fevralında qeydiyyatdan keçib.
Hər iki şirkətin təsisçisi və qanuni təmsilçisi Elxan Usubovdur. 
"A.Q.T.İ.M." MMC-nin hüquqi ünvanı  olan, AZ1108, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, 2095-2096-CI MƏHƏLLƏdə isə oğlu yaşayır və orada qeydiyyatdadır. Şəkinin icra başçısı Elxan Usubovun şəkidə dağlar qoynunda geniş mənzərəli bir villası da mövcuddur. 
 Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil
- Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil
- Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında mənzil
- Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi
- Şəkidəki süd zavodu
- Şəkidə fəaliyyət göstərən sanatoriyalar
- Şəkidəki "Sünbül" çörəkbişirmə sexi
- Şəki, M.F.Axundov prospektində Hotel və Restoran
- Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri
- Oğuzda meşədə restoranı
- Ağstafada bir neçə obyektlər
- Mingəçevirdə obyektləri
- Bakıda, Şağan Sun City ərazisində böyük bağı
- Gürcüstanda böyük fındıq zavodu
Biz  siyahını  uzadıb oxucunu yormaq istəmirik. 
Ancaq  bu boyda sərvət  icra başçısı Elxan Usubovun gözünün  qabağını necə tutubsa, Şəkidə oturub Böyük Dəhnə kəndində baş verən rəzaləti görmür. 
Bəli, Gündəlik-Bakı qəzeti Bakıda fəaliyyət göstərsə də Şəkinin Böyük Dəhnə kəndində itlərin güllələnnməsi  ilə bağlı  reportaj hazırlayıb  dövlət qurumlarını  tədbir görməyə  çağırır, ancaq  Elxan Usubov  5 addımlığında baş verən vəhşlikdən  xəbər tuta bilmir. Çünki onu ancaq və ancaq PUL düşündürür. 
Bizim  hazırladığımız  reportajdan sonra  yüzlərlə  Şəki  sakini zəng edərək  minnətdaralığını bildirir.
Bəli,  bizim reportajdan sonra  müvafiq dövlət qurumları da hərəkətə keçdi və güllələnmiş itlərin leşi  su mənbəyindən yığışdırıldı. 
Amma təəssüf ki, icra başçısı  Elxan Usubov  hələ də  kabinetindən bayıra çıxıb  əraziyə baş çəkmir. 
Biz reportajda  güllələnmiş  anasını əmən it balalarını göstərib  qəddar və vəhşilik edənlərə demişdik ki, hətta itin balasına  it kimi deyil, heyvan balası kimi yanaşmaq lazımdır. Və dilsiz-ağızsız  heyvanlar bizə əmənətdir demişdik. 
Ancaq bəlli olur ki, bəzi məmurlara  heç nəyi, hətta iti də əmanət etmək olmaz. /Gundelik-baku.com/

Oxşar xəbərlər